İzahlı lüğət

OV

is. 1. Vəhşi heyvan, quş vurma və ya tutma, həmçinin balıq tutma işi. Ova getmək. Ov eləmək. Ovumuz uğurlu oldu. - Atam məni həmişə ova aparırdı. M.Rzaquluzadə. □ Ov heyvanı (quşu) - ov üçün heyvan (və ya quş), ovlanan (quş). Orada baş-başa vermiş qocaman ağaclar altında qiymətli ov heyvanları yatır. H.Nəzərli. Ov iti (tulası) - ovçunun özü ilə ova apardığı xüsusi təlim görmüş it. Eldarın tulası Xallı zahirən cins ov tulası idi. M.Rzaquluzadə. Ovda vurulmuş çöl heyvanı (quşu). Ovu evə aparmaq. - Ov ətlərindən şişlik bişirmək üçün incə ətirli budaqlardan şişlər hazırlanmışdı. M.Rzaquluzadə. // Tutulmuş balıq.
məc. Oğurluq, soyğunçuluq, talançılıq və s. yolu ilə ələ keçirilən hər şey; qənimət. Neçə vaxt idi ki, bu lotuların əlinə bir ov keçmirdi. “Aşıq Qərib” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OX1

OX2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed