İzahlı lüğət

ORMANLIQ (ID - 31649)

is. Meşəlik. Burası qalın, sıx ormanlıq, sərt qayalıq, uçurumlu dərdlərlə qucaqlanmışdı. A.Şaiq.

ORNAMENT (ID - 31650)

[lat. ornamentum - bəzək] Rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış, bəzək. Xan sarayının ornamentləri. Qədim Şərq ornamentləri.

ORNAMENTAL (ID - 31651)

sif [lat.] Omamentlərdən ibarət olan; omament mahiyyətində olan, ornament mahiyyəti daşıyan. Ornamental memarlıq əsəri. - [“Azərbaycan xalçaları” kitabına] 20-ci illərdən bu günədək hazırlanan ornamental, portretli və yubiley...

ORNAMENTÇİ (ID - 31652)

is. Ornament ustası olan sənətkar.

ORNAMENTÇİLİK (ID - 31653)

is. Ornamentçinin işi, sənəti.

ORNAMENTLİ (ID - 31654)

sif. Ornamenti olan, ornamentlərlə bəzədilmiş; ornamental. Ornamentli divar yazısı.

ORNİTOLOGİYA (ID - 31655)

[yun. ornitos - quş və logos - nəzəriyyə] Zoologiyanın quşlar bəhsi.

ORNİTOLOJİ (ID - 31656)

sif [yun.] Omitologiyaya aid olan, ornitologiya ilə əlaqədar olan.

ORNİTOLOQ (ID - 31657)

[yun.] Ornitologiya mütəxəssisi.

OROGEN (ID - 31658)

is. [yun.] Geosinklinalların inkişafının ikinci mərhələsi.

OROQRAFİK (ID - 31659)

sif [yun.] Oroqrafiyaya aid olan, oroqrafiya ilə əlaqədar olan.

OROQRAFİYA (ID - 31660)

[yun. oros - dağ və grapho - yazıram] Fiziki coğrafiyanın, Yer səthinin relyefini öyrənən şöbəsi.

ORONİM (ID - 31661)

[yun.] Dağ adları.

ORTA (ID - 31662)

1. is. Bir şeyin kənarlarından, uclarından az-çox bərabər dərəcədə aralı olan yer; bir şeyin mərkəzi. Kəndin ortası. - Otağın ortasında bir soba vardı. S.Hüseyn. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın...

ORTABAB (ID - 31663)

sif. 1. Ortayaş(lı), orta yaşlarda olan; nə cavan, nə qoca. ..Şərəf ortabab, qara və arıq övrətdi. C.Məmmədquluzadə. Orta keyfiyyətli; miyanə. Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı....

ORTABABLIQ (ID - 31664)

is. Orta yaşda, orta vəziyyətdə olma. [İmanov] ortaboylu, bozumtul qısa saçlarını geri daramış, buğdayısifət, gözləri tünd-qara, gülümsər bir kişi idi. M.Hüseyn. Ortaboy ağ kəlağayılı bir qadın irəli yeridi. Mir Cəlal.

ORTABOYLU (ID - 31665)

is. Boyu orta olma.

ORTAQ (ID - 31666)

is. Birlikdə görülən işin, əsasən alverin iştirakçılarından hər biri; şərik. Ortaq çox olduqda ziyan az olur. (Ata. sözü). [Musanın nəvəsi] qəzada qalıb atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. □ Ortaq olmaq -...

ORTAQLAŞMA (ID - 31667)

“Ortaqlaşmaq” dan f.is.

ORTAQLAŞMAQ (ID - 31668)

f Ortaq olmaq, şərik olmaq.

ORTAQLI (ID - 31669)

ORTAQLIQ (ID - 31670)

is. Ortaq olma; şəriklik.

ORTALIQ (ID - 31671)

is. 1. B ax aralıq 1-ci mənada. Ortalıqda qalan şeyləri götürmək.
Açıq yer, meydan, sahə. Ortalıqda qoca .. ağac, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. “Koroğlu”...

ORTAM (ID - 31672)

is. Mühit, şərait, vəziyyət.

ORTANCIL (ID - 31673)

sif Böyüklə kiçik arasında olan; orta (bacı, qardaş və b. haqqında). Ortancıl oğul düşmənin hücumundan qorxub qaçdı. F.Köçərli. [Kərbəlayı Mehdi:] Ortancıl qızım mənə oxşayıb, sözü dik deyir! Çəmənzəminli.
..Ortancıl...

ORTASİN(Lİ) (ID - 31674)

bax ortayaş(lı). Ortasin(li) kişi.

ORTAYAŞ(LI) (ID - 31675)

sif Nə qoca, nə də cavan; ortabab, ortasin(li). Ortayaş(lı) qadın. - Musa qarabənizli, ortayaşlı, ortaboylu, qorxunc simalı bir tipdir. H.Cavid. Çayxana müdiri qapıda durub ortayaşlı bir kişi ilə danışırdı. Çəmənzəminli.

ORTİT (ID - 31676)

is. [yun.] Radioaktiv mineral.

ORTODOKS (ID - 31677)

[yun.] kit. Ortodoksal görüşlü.

ORTODOKSAL (ID - 31678)

[yun.] kit. Hər hansı bir əqidəyə, məsləkə, nəzəriyyəyə münasibətində sabit və ardıcıl olan; ardıcıl.

ORTODOKSALCASINA (ID - 31679)

zərf kit. Ortodoks kimi, ortodoksal.

ORTODOKSALLIQ (ID - 31680)

is. kit. Öz məsləkində, əqidəsində, dünyagörüşündə sabitlik; ardıcıllıq.

ORTOQONAL (ID - 31681)

is. riyaz. Düzbucaqlı.

ORTOPED (ID - 31682)

[yun.] Ortopediya mütəxəssisi olan həkim; ortopedist.

ORTOPEDIK (ID - 31683)

sif [yun.] Ortopediya ilə bağlı olan, ortopediya ilə əlaqədar olan. Ortopedik tədqiqat. // Bədənin hər hansı deformasiyasının müalicəsi üçün olan. Ortopedik gimnastika. Ortopedik ayaqqabı.

ORTOPEDİST (ID - 31684)

[yun.] bax ortoped.

ORTOPEDİYA (ID - 31685)

[yun. orthos - düz və paideia - tərbiyə] Tibb elminin, onurğa və hərəkət üzvlərinin (əllərin, ayaqların) sabit deformasiyalarının öyrənilməsi, müalicəsi və profilaktikası ilə məşğul olan bəhsi.

ORUC (ID - 31686)

is. [fars. “ruzə” dən] din. Müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında müsəlmanların gün çıxandan gün batana qədər heç bir şey yeyib-içməməsi. [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Ə.Haqverdiyev....

ORUCLUQ (ID - 31687)

is. köhn. Hicri-qəməri təqvimin ramazan ayında oruc tutulduğu üçün həmin aya verilən ad. [Molla Nəsrəddin:] Qazı ağa, orucluğun başlanmağını nədən bilmək olar? “M.N.Lətif.” Orucluqda bir axşamdan, bir də obaşdandan yeyərdilər...

OSETİN(LƏR) (ID - 31688)

Şimali Osetiyanın və Cənubi Osetiyanın əsas əhalisini təşkil edən xalq.

OSETİNCƏ (ID - 31689)

sif və zərf Osetin dilində. Rusca-osetincə lüğət. Osetincə danışa bilmək.

OSMANLI(LAR) (ID - 31690)

Türkiyədə yaşayan türklərin köhnə adı. Osmanlı deyir ki, millət azad olsun.. M.Ə.Sabir.

OSTAN (ID - 31691)

is. [fars.] İranda inzibati ərazi vahidi. Ostanlara bölünmək.

OT (ID - 31692)

is. 1. Ağaclara, kollara mənsub olmayan yaşıl gövdəli incə bitki. Alaq otu. Yem otu. Ot biçmək. - [Mələk] bulağın qırağından bir çəngə ot yolub sənəyin ağzına basdı.. Divanbəyoğlu. // Yerin həmin bitkilərdən ibarət yaşıl...

OTABƏNZƏR (ID - 31693)

sif. Ota oxşayan, ot kimi.

OTAQ (ID - 31694)

is. 1. Mənzilin, evin divar və ya arakəsmələrlə bir-birindən ayrılmış qisimlərindən hər biri. Uç otaqdan ibarət mənzil. Bu evdə neçə otaq var? - Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı. Çəmənzəminli. [Vəzir:]...

OTAQCIQ, OTAQCA (ID - 31695)

is. Kiçik otaq, balaca otaq. Otaqcığın bir tərəfində, balaca taxt üstündə samandan döşəkcə, illərlə üzü yuyulmamış balış. N.Nərimanov.

OTAQLI (ID - 31696)

sif Otağı olan, yaşamaq üçün yeri, mənzili olan. Qızı otaqlıya vermə, papaqlıya ver. (Ata. sözü).

OTAQSIZ (ID - 31697)

sif Otağı olmayan, yaşamaq üçün yeri, mənzili olmayan.

OT-ALAF (ID - 31698)

top. 1. Alaq otları. [Xarabalığa] gedən cığırı da ot-alaf basmışdı. M.İbrahimov. Daşlıq yolun kənarlarında ot-alaf elə ucalmışdı ki, deyərdin buralar xüsusi biçənək yeridir. Mir Cəlal. Quru ot, alaf, saman və s.-dən ibarət...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed