İzahlı lüğət

ORUC

is. [fars. “ruzə” dən] din. Müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında müsəlmanların gün çıxandan gün batana qədər heç bir şey yeyib-içməməsi. [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Ə.Haqverdiyev. □ Oruc açmaq ramazan (orucluq) ayında günbatandan sonra yeyib-içmək. Oruc bayramı- bax orucluq bayramı (“orucluq” da). Novruz bayramında və oruc bayramında [qız evinə] tel, paxlava və s. həlviyyat xonça .. labüd gedəcəkdir.
R.Əfəndiyev. Oruc tutmaq - müsəlman dininin tələbinə görə ramazan (orucluq) ayında günçıxandan günbatana qədər heç bir şey yeyib-içməmək, ac qalmaq. [Xaspolad:] Vallah, indi heç orucluqda da oruc tutmuram. Cabbarlı. Orucunu yemək - oruc tutmamaq. [Kazım:] Deyirlər bir kənddə bir qocanı orucunu yediyinə görə döyüblər. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OHO

OX2

ORD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed