İzahlı lüğət

ORTAQ

is. Birlikdə görülən işin, əsasən alverin iştirakçılarından hər biri; şərik. Ortaq çox olduqda ziyan az olur. (Ata. sözü). [Musanın nəvəsi] qəzada qalıb atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. □ Ortaq olmaq - başqası ilə birlikdə bir iş görmək, bir işə iqdam eləmək, şərik olmaq. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi. S.Rəhimov. // Zərf mənasında. Birlikdə, şərikli. [Əhməd] bir tacirlə də ortaq alver etmək istəyəndə etibarı olmadığından heç kəs ona yaxın durmayırdı. B.Talıblı.
□ Ortaq bölən riyaz. - bir neçə ədədin qalıqsız bölündüyü ədəd; məs.: 3 ədədi 6, 12, 21 ədədlərinin ortaq bölənidir. Ortaq bölünən riyaz. - bir ədədə qalıqsız bölünən ədədlər; məs.: 4, 6, 20 ədədləri 2 ədədinin ortaq bölünənləridir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OHO

ORA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed