İzahlı lüğət

OXŞAYICI (ID - 31449)

sif 1. Nəvazişli, şəfqətli, mehriban. Oxşayıcı baxış.
2. məc. Mülayim, yumşaq, sakit; ruhu oxşayan. Gecənin sərin, oxşayıcı mehi [Qədiri] alıb ayrı aləmlərə apardı. Mir Cəlal.

OXŞAYIŞ1 (ID - 31450)

is. Bənzəyiş, oxşarlıq, bənzərlik. Zahiri oxşayış.

OXŞAYIŞ2 (ID - 31451)

is. Nəvaziş.

OXŞƏKİLLİ (ID - 31452)

sif Ox şəklində olan, ucu ox kimi iti olan; oxvari.

OXŞƏKİLLİLİK (ID - 31453)

is. Oxşəkilli şeyin forması; oxvarilik.

OXU (ID - 31454)

is. Hər hansı mətni səslə və ya səssiz oxuma; qiraət. □ Oxu zalı - kitab, qəzet və s. oxumaq üçün kitabxana, klub və s. yanında xüsusi otaq, zal; qiraətxana. Oxu zalında məşğul olmaq.

OXUCU (ID - 31455)

1. is. Kitab və s. oxuyan, mütaliəçi. Yazıçılarla oxucuların görüşü. - Indi xəbər verim oxucuma mən; Xəyalı küsdürən bir faciədən. S.Vurğun.
is. Kitabxanaya yazılmış adam, kitabxana üzvü, kitabxanadan istifadə edən şəxs....

OXUDULMA (ID - 31456)

“Oxudulmaq” dan f.is.

OXUDULMAQ (ID - 31457)

“Oxutmaq” dan məch.

OXUMA (ID - 31458)

“Oxumaq” dan fıs. [Vahid:] Lakin [anamın] oxuması ilə ağlamasını seçmək çətin idi. B.Bayramov.

OXUMAQ (ID - 31459)

f 1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. Ingiliscə oxumaq. - Cənab Bax kağızı .. diqqətlə oxudu, sətirlərə təkrar təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi.. Çəmənzəminli.
Təhsil...

OXUMUŞ (ID - 31460)

f.sif Təhsil almış, məktəb qurtarmış; təhsilli, savadlı. Oxumuş qız. - [Kətxuda] bilirdi ki, Inmirə camaatının şəhərdə yaxşı iş bilən, oxumuş adamları vardır. N.Nərimanov. // İs. mənasında. Nə əhlimizdə ayıqlıq əlaməti...

OXUNAQLI (ID - 31461)

sif Həvəslə oxunan, maraqlı. Oxunaqlı kitab. - Məncə “'Ana abidəsi” gərək faydalı, oxunaqlı bir roman olsun. S.Rəhimov. // Asan oxunan, rəvan, səlis. Əsərin oxunaqlı dili var.

OXUNMA (ID - 31462)

"Oxunmaq” dan f.is.

OXUNMAQ (ID - 31463)

məch. 1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub. - O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi. Çəmənzəminli. ..Qış gecələrini bu ailə müharibə haqqındakı söhbətlərə, ya da...

OXUNUŞ (ID - 31464)

is. Oxuma işi, oxuma tərzi; oxunma. Şerin oxunuşu. - Hamı ehtiramla fərmanın oxunuşunu dinlədi, sonra hərə öz ürək sözünü dedi. S.Rəhimov.

OXUŞMA (ID - 31465)

“Oxuşmaq” dan f.is.

OXUŞMAQ (ID - 31466)

qarş. 1. Mahnı və s. oxumaqda yarışmaq; deyişmək. Aşıqlar oxuşurlar.
..Mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə, buyursun oxuşaq. Ə.Haqverdiyev.
Səs-səsə verib oxumaq;...

OXUTDURMA (ID - 31467)

“Oxutdurmaq” dan f.is.

OXUTDURMAQ (ID - 31468)

“Oxumaq” dan icb. Kağızı oxutdurmaq. - Hacı məktubu xanıma oxutdurmaq istəyirdi. M.S.Ordubadi. [Səriyyə:] [Əmim] 9 il zəhmətimi çəkib oxutdurdu. C.Cabbarlı.

OXUTMA (ID - 31469)

“Oxutmaq” dan f.is.

OXUTMAQ (ID - 31470)

icb. 1. Oxumağı xahiş etmək (başqasından), oxumağa sövq etmək, yaxud icazə vermək. Pərinisə.. qardaşından təvəqqe elədi ki, kağızı aparıb bir adama oxutsun. Məmmədquluzadə. // Oxumağı məsləhət görmək. Indi mən bildim ki,...

OXUYAN (ID - 31471)

is. 1. Xanəndə. Əntiqə indi nə oxuyur, nə də oxuyanlara yanaşırdı. Mir Cəlal. Ayna bulaqların ləzzəti varmı; Üstündə oxuyan, çalan olmasa? N.Rəfibəyli.
Oxucu. Bu təsəvvürdə olan oxuyanlar az deyil. N.Nərimanov. Mən “Həyat”...

OXU-YAZI (ID - 31472)

is. 1. Oxuyub-yazmaqla məşğul olma, oxuma və yazma işi. Vaxtını oxuyazı ilə keçirmək.
2. Oxuyub-yazmağı bacarma; savad. Nadir vuruşmalar əsasında oxu-yazı öyrənib, biliyini artırmışdı. B.Talıblı.

OXUYUB-ÇALAN (ID - 31473)

top. Xanəndə və sazəndə, oxuyan və çalan, xanəndə və çalğıçı. Toya oxuyub-çalan dəvət etmək. - [Səfərqulu bəy:] Ədə, oxuyan-çalanlara xəbər vermisənmi? S.S.Axundov.

OXUYUB-YAZMA (ID - 31474)

“Oxuyub-yazmaq” dan f.is.

OXUYUB-YAZMAQ (ID - 31475)

f. Oxumaq və yazmaqla məşğul olmaq, zehni işlə məşğul olmaq. Gecə-gündüz oxuyub-yazmaq.

OXVARİ (ID - 31476)

b a x oxşəkilli.

OXYARPAQ (ID - 31477)

is. zool. Çayların sahillərində və ya bataqlıqda bitən ağ çiçəkləri və oxşəkilli yarpaqları olan ot bitkisi.

OX-YAY (ID - 31478)

bax ox-kaman.

OKEAN (ID - 31479)

[yun. okeanos - ucsuz-bucaqsız dəniz] Dünyanın bütün su ilə örtülü, yaxud onun materiklər arasındakı hissəsi. Şimal Buzlu okeanı. Sakit okean.

OKEANOQRAF (ID - 31480)

[yun.] Okeanoqrafiya mütəxəssisi.

OKEANOQRAFİK (ID - 31481)

sif. [yun.] Okeanoqrafiyaya aid olan, okeanoqrafiya ilə bağlı olan. Okeanoqrafik tədqiqat.

OKEANOQRAFİYA (ID - 31482)

[yun. okeanos - ucsuz bucaqsız dəniz və grapho - yazıram] Fiziki coğrafiyanın dəniz və okeanlarda gedən fiziki, kimyəvi, geoloji, bioloji prosesləri və hadisələri tədqiq edən sahəsi.

OKSİD (ID - 31483)

is. [yun.] Kimyəvi elementlərin oksigenlə birləşməsi.

OKSİGEN (ID - 31484)

[yun. oxys - turş və genos əmələ gətirən] Havanın tərkibinə daxil olan, tənəffüs və yanmaq üçün zəruri olan, hidrogenlə birləşdikdə su əmələ gətirən rəngsiz və iysiz qaz - kimyəvi element. □ Oksigen balışı (yastığı)...

OKTAEDR (ID - 31485)

[yun. okta - səkkiz və hedra üz] riyaz. Səkkiz səthdən ibarət fiqur; səkkiztərəfli.

OKTAVA (ID - 31486)

[lat. octava - səkkizinci] mus. Qammanın səkkizinci pilləsi, habelə müxtəlif yüksəklikdə olan ən yaxın eyniadlı səslər arasındakı interval.
2. Ən alçaq bas səsi.

OKTYABR (ID - 31487)

[lat. october, octo - səkkiz] Təqvim ilinin onuncu ayı. Oktyabr döyüşləri. Mübarizə oktyabrın 20-də üsyançıların tam məğlubiyyəti ilə qurtardı. Oktyabr ayı Cavidlər ailəsinin ayıdır.

OKULİST (ID - 31488)

[lat. oculis - göz] Göz xəstəlikləri mütəxəssisi olan həkim.

OL (ID - 31489)

OLACAQ (ID - 31490)

is. 1. Tale, alın yazısı, labüd şey. [Mahmud bəy:] Olacağa çarə yoxdur, hacı! N.Vəzirov.
İçində yaşamaq üçün yer (mənzil, ev və s.). [Alı Rövşənə:] İndi özümüzə bir olacaq, atlarımıza da bir tövlə tik. “Koroğlu”...

OLAN-QALAN (ID - 31491)

sif dan. İşlədildikdən, sərf olunduqdan sonra qalan. [Qurban:] Olan qalan pul da bir otuz manat olardı, toya xərc olundu, getdi. Ə.Haqverdiyev. Samovarda olan-qalan su axıb qurtardıqdan sonra içindəki od samovarın özünü yandırıb odluğunu...

OLAN-OLMAZ (ID - 31492)

sif dan. Hər nə var, mövcud. Olan-olmaz yem ehtiyatı tükəndiyindən qışda zəif düşmüş heyvanın saxlanması daha da çətinləşirdi. B.Bayramov. // İs. mənasında. Qalan-qalmaz, mövcud olan, qalmış olan pul, şey və s. Aslan bütün...

OLAY (ID - 31493)

is. Hadisə, əhvalat.

OLDUQCA (ID - 31494)

sif Çox, xeyli, lap çox, həddən artıq. Olduqca mürəkkəb məsələ. - [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdi. S.Hüseyn. Gün olduqca isti idi. Ə.Vəliyev.

OLEANDR (ID - 31495)

[fr.] Xoşiyli qırmızı, al və ya ağ gülləri olan həmişəyaşıl kol bitkisi; söyüdgülü. Oleandr və ya söyüdgülü .. geniş becərilən bəzək bitkisidir, yarpaqları dəstə halında üç-üç düzülür. M.Qasımov.

OLİQARXİYA (ID - 31496)

[yun. oligarchia] 1. Qədim və orta əsrlərdə: cəmiyyətin zadəganlardan ibarət yuxarı təbəqəsinin əsasında qurulan dövlət üsulu, habelə hakimiyyət sürən bu qrupun özü.
2. məc. İri inhisarçı kapitalın nümayəndələrindən...

OLİMP (ID - 31497)

[yun. dağ adı] mif 1. Qədim yunan əsatirində: allahların məskəni, habelə yığışdığı yer.
2. Bax olimpiya. Olimp oyunları.

OLİMPİADA (ID - 31498)

[yun. olympias (olympiados)] Qədim Yunanıstanda: olimpiya oyunları bayramları arasındakı dörd ildən ibarət təqvim vahidi.
Dörd ildən bir keçirilən beynəlxalq idman yarışları.
İdman, teatr və s. yarışları. Bədii özfəaliyyət...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed