OĞURLATMA (ID - 31399)“Oğurlatmaq” dan f.is.
|
OĞURLATMAQ (ID - 31400)icb. 1. Bir şeyi başqasının vasitəsilə xəlvəti əlinə keçirmək. [Xaqani:] Bir yanda toy-büsat, bir yanda matəm; 0ah qız oğurladır, rəzalətə bax. M.Rahim.
2. Bir şeyin oğurlanmasına səbəb olmaq, başısoyuqluq, diqqətsizlik,... |
OĞURLUQ (ID - 31401)is. 1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir. - [Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Ömründə...
|
OĞURLUQCA (ID - 31402)zərf Gizlicə, xəlvəti, başqalarına sezdirmədən. Oğurluqca içəri girmək. - ..Mən üç yüz evin kattası ola-ola bir ulağ da tapa bilmirəm, gedərəm oğurluqca özgələrin eşşəyini gətirrəm? C.Məmmədquluzadə.
|
OĞURSAQ (ID - 31403)is. məh. Balası öldükdən sonra süd verən inək. Oğursağı sağmaq.
|
OĞUZ (ID - 31404)is. Göytürk imperatorluğu dövründə 9 tayfadan birini təşkil edən, bugünkü Azərbaycan və Türkiyə türkləri ilə yanaşı türkmən və qaqauzların da mənşəyində dayanan böyük bir türk boyu (tarixən oğuzların bir qolu boz-ok,...
|
OH (ID - 31405)nida. 1. Heyrət, təəccüb bildirir. Oh, nə hündür ağacdır. Qorxu, ürək sıxıntısı bildirir, yaxud zəhmət və sıxıntıdan qurtardığına dəlalət edir. Oh, canım qurtardı. - [Səməd] birdən beyninə hücum edən bu müdhiş sualın...
|
OHA (ID - 31406)təql. İnək, öküz və b. iribuynuzlu heyvanları hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək üçün çıxarılan səs. Oha var dağa çıxarar; Oha var dağdan endirər. (Məsəl). // Is. mənasında. Yorulmuş öküz ohanı Allahdan...
|
OHALAMA (ID - 31407)“Ohalamaq” dan f.is.
|
OHALAMAQ (ID - 31408)f “Oha” edərək inək, öküz və b. iribuynuzlu heyvanı hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək. Xaraba kəndin küçəsi ilə gələn bir qoca, qabağında gedən öküzü ohalayırdı. Ə.Məmmədxanlı.
|
OHO (ID - 31409)nida. Gözlənilməz bir şey qarşısında təəccüb, heyranlıq, sevinc, yaxud tərif bildirir. [Səfər bəy:] Oho, xoş gəlmişsən, xoş gəlmişsən, elə bu saat sənin fikrini eləyirdik ki, niyə hacı dərviş gəlməyir.. B.Talıblı. [Aslan...
|
OX1 (ID - 31410)nida. 1. Təəssüf, məyusluq, peşmançılıq, narazılıq və s. hissləri ifadə edir. Ox, bu nə işdir, elədim. Ox, başımız getdi. Ox, sənin əlindən hara qaçaq? // Heyrət, təəccüb, heyranlıq, həsrət ifadə edir. [Pəri:] Ox, belə...
|
OX2 (ID - 31411)is. 1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). Oxu yaya qoymaq. Oxla ovu vurmaq. - Bunu fikirləşib, Koroğlu başçı durnaya bir ox atdı. “Koroğlu” . Ox, kaman, qılınc və nizələr işlətməkdə...
|
OXABƏNZƏR (ID - 31412)bax oxvari.
|
OXALAMA (ID - 31413)“Oxalamaq” dan f.is.
|
OXALAMAQ (ID - 31414)bax ovxalamaq. [Yəhya Kamal] ..gözlərini oxalayıb bir də baxdı. Mir Cəlal.
|
OXALANMA (ID - 31415)“Oxalanmaq” dan f.is.
|
OXALANMAQ (ID - 31416)bax ovxalanmaq. Mururizamanla oxalandı; Töküldü ehramların daşı. O.Sarıvəlli.
|
OXATAN1 (ID - 31417)is. köhn. Ox-kamanla silahlanmış əsgər.
|
OXATAN2 (ID - 31418)(lat. Sagittarius) - Zodiak bürcü.
|
OXAY (ID - 31419) |
OXDAN (ID - 31420)is. köhn. Çiyindən asılan oxqabı, oxluq, sadaqa (dəridən və ya ağacdan olardı). [Qara Məlikin] kamanı köhnə oxdanı sadə bir dəridən ibarət idi. M.S.Ordubadi.
|
OX-KAMAN (ID - 31421)top. köhn. Ox və kamandan ibarət primitiv silah; ox-yay. Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib, ox-kamanını götürüb bağa getdi. (Nağıl). Qara Məlik vəliəhdin qəsdindən xəbərdar olduğu üçün qılıncını,...
|
OXQABI (ID - 31422)bax oxdan.
|
OXLAMA (ID - 31423)“Oxlamaq” dan f.is.
|
OXLAMAQ (ID - 31424)f 1. Oxla vurmaq. Ceyranı oxlamaq. - Yanaqların güldü, solmaz; Oxladın, yaram sağalmaz. Aşıq Ələsgər.
2. dan. Ox keçirmək, ox salmaq (b ax ox2 cü mənada). Arabanı oxlamaq. |
OXLANMA (ID - 31425)“Oxlanmaq” dan f.is.
|
OXLANMAQ (ID - 31426)məch. 1. Oxla vurulmaq. İgidim oxlanıbdı; Ürəklər qara qandı. (Bayatı).
2. dan. Ox keçirilmək, ox salınmaq (bax ox2 3-cü mənada). |
OXLOV (ID - 31427)is. Xəmir yaymaq üçün işlədilən ortası yoğun, ucları getdikcə nazikləşən taxta mildən ibarət alət. Oxlovla xəmir yaymaq.
|
OXLOVÇU (ID - 31428)is. köhn. Çörəkxanada xəmir yayan işçi. Üzüpörtmüş şatır oxlovçunun verdiyi xəmiri.. təndirə yapırdı. P.Makulu.
|
OXLOVLAMA (ID - 31429)“Oxlovlamaq” dan f.is.
|
OXLOVLAMAQ (ID - 31430)f 1. Oxlovla yaymaq. Xəmiri oxlovlamaq.
2. Oxlovla döymək, oxlovla vurmaq. Uşağı oxlovlamaq. |
OXLU (ID - 31431)sif Oxu olan. Oxlu təkər.
□ Oxlu kirpi zool. - gəmiricilər dəstəsindən kürəyi və yanları uzun tikanlarla örtülü məməli heyvan. |
OXLUQ (ID - 31432)is. 1. Ox qayrılmaq üçün yarayan. Oxluq ağac.
Bax oxdan. 0ah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq. |
OXRA (ID - 31433)is. [yun.] Açıq qəhvəyi rəngli təbii boya.
|
OXRANMA (ID - 31434)“Oxranmaq” dan f.is.
|
OXRANMAQ (ID - 31435)f məh. Yavaşdan kişnəmək. At oxrandı.
|
OXRANTI (ID - 31436)is. məh. Yavaş kişnəmə, kişnərti. Oxrantı səsi. - [Qoca:] Oyanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. A.Divanbəyoğlu.
|
OXŞADILMA (ID - 31437)“Oxşadılmaq” dan f.is.
|
OXŞADILMAQ (ID - 31438)f Bənzədilmək.
|
OXŞAMA1 (ID - 31439)“Oxşamaq1’dan f.is.
|
OXŞAMA2 (ID - 31440)1. “Oxşamaq2” dan f.is.
2. əd. Azərbaycan şifahi xalq ədəbiyyatında lirik şeir formalarından biri. Səhhət, Cabbarlı və Vurğun kimi sənətkarlarımız öz əsərlərində oxşamalardan ustalıqla istifadə etmişlər. |
OXŞAMAQ1 (ID - 31441) f Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. - [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız. H.Nəzərli.
|
OXŞAMAQ2 (ID - 31442)f 1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb .. oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq,...
|
OXŞANMA (ID - 31443)“Oxşanmaq” dan f.is.
|
OXŞANMAQ (ID - 31444)məch. Əzizlənmək, nəvaziş olunmaq, sevilmək, nəvazişlənmək. Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən .. heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal. Sevildi, oxşandı o, məktəbdə də; Evdə olduğu tək ərköyün...
|
OXŞAR (ID - 31445)sif Bənzər, oxşayan, bənzəyən. Cəmiləyə oxşar bir ana öz toppuş qızı ilə oynayırdı. S.Rəhimov. ..Əndamlı xanım xalata oxşar, qırmızıgüllü, sarı paltar geymişdi. M.İbrahimov. // Misl, bərabər. Oxşarı yoxdur. // İs. mənasında....
|
OXŞARLIQ (ID - 31446)is. Bənzərlik, uyğunluq, bənzəyiş, oxşama. Onların arasında heç bir oxşarlıq yoxdur.
|
OXŞATMA (ID - 31447)“Oxşatmaq” dan f.is.
|
OXŞATMAQ (ID - 31448)f. 1. Bənzətmək. [Qulam müəllim] Dəmirovu oxşatmışdı, ancaq tanıya bilməmişdi. S.Rəhimov. Qız yenə gülümsündü və bu təbəssüm onu məsum bir uşağa oxşatdı. H.Seyidbəyli.
2. Yanılıb bir şeyi başqa bir şey zənn etmək,... |
Bu səhifə dəfə baxılıb