İzahlı lüğət

OX2

is. 1. Yayla atılan itiuclu və ya ucuna iti dəmir keçirilmiş mil (qədim silah növü). Oxu yaya qoymaq. Oxla ovu vurmaq. - Bunu fikirləşib, Koroğlu başçı durnaya bir ox atdı. “Koroğlu” . Ox, kaman, qılınc və nizələr işlətməkdə .. [mahir] olan bu xalq əkin və torpaq işlərində də sənətkardır. M.S.Ordubadi.
Istiqamət göstərmək üçün həmin mil şəklində işarə.
Maşının, mexanizmin və s.-nin hərlənən hissəsinin, habelə çarxın keçirildiyi mil, tir. Avtomobilin oxu. - [Rəşid:] ..Bir araba atını yıxılmış, ya bir arabanı oxundan və ya da çarxından sınan görsəydi, [Qurbanqulu] dərhal kömək edərdi. T.Ş.Simurq. Yolda evimizin yaxınında faytonumun çarxı oxdan çıxdı. S.S.Axundov.
Mehvər. Yer kürəsinin oxu. Planetlərin öz oxları ətrafında fırlanması.
xüs. Hər hansı cismin simmetriya və ya ağırlıq mərkəzindən keçən düz xətt. Təyyarənin oxu. Fırlanma oxu.
□ Ox kimi - 1) düz, düz istiqamətdə, düzünə. Maşınlar çölləri, təpələri, yarğanları və ox kimi düz yolları arxada buraxaraq “Qızıl bayraq” kolxozuna yaxınlaşmaqda idi. M.Ibrahimov; 2) çox cəld, tez, sürətlə, güllə kimi. Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin yarpaqları arasında qeyb oldu. A.Şaiq. Ox kimi gözə batmaq tez-tez, daim, hər addımda görünmək, göz önündə olmaq (arzu edilməyən bir adam və ya şey haqqında). Hər gün küçələrdə ox kimi gözə batan qorodovoy və qazaqlardan, əsər yox idi. A.Şaiq. Ox mənzili - oxun və ya güllənin hədəfə dəyə biləcəyi məsafə. Xana bir ox mənzili qalanda, Buğac atın üstündə dikəlib oxunu atdı.. M.Rzaquluzadə. Oxu atıb yayını gizlətmək - sözünü tam deməmək, fikrini yarımçıq söyləmək, əsil mətləbi üstüörtülü buraxmaq, deməmək. [Yusif:] Pəri xanım, axı, gecə eyvanların altında gəzəni demədin, oxu atdın, yayını gizlətdin. B.Bayramov. Oxu daşa dəymək - uğursuzluğa düçar olmaq, işi nəhs gətirmək. Qurşunumuz keçməz boşa; Oxlarımız dəyməz daşa. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ORD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed