İzahlı lüğət

OYNATMAQ

f. 1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq. - Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. // Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq. - Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu. Ə.Vəliyev. [Qız] küncdə oturub gəlin oynadarmış. Çəmənzəminli.
O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq. [Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmipozardı. A.Şaiq. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım. A.Divanbəyoğlu. // Tərpətmək. Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı. M.İbrahimov.
icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq. Əlində atıb-tutmaq, fırlatmaq. [Doktor:] Hə, de anamın oğluyam, verim, - deyib, konfeti əlində oynadardı. M.İbrahimov. [Hidayət] əlində oynatdığı sarı yarpağı.. kənara firlatdı. B.Bayramov.
məc. Göstərmək, təzahür etdirmək. 0ahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı. Çəmənzəminli.
məc. Ələ salmaq, dolamaq, sarımaq. [Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram. Ə.Haqverdiyev. [Elçi:] Məni oynatmaq olmaz. C.Cabbarlı. // məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır.
məc. Yerindən eləmək. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OL

OY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed