İzahlı lüğət

OYUN

is. 1. Əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif növlü əyləncə, məşğələ. Qaçdı-tutdu oyunu. Gəlin-gəlin oyunu. - Belə maraqlı oyunlardan biri də xalq arasında kosaldıqaç (kos aldın qaç) adı ilə məşhur olan oyundur. H.Sarabski. Müəyyən qayda, üsul və şərtlərlə icra edilən idman məşğələsi, idman növü. 0ahmat oyunu. Basketbol oyunu. - Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski. □ Oyun kağızı - kart, qumar kağızı. Hənirtisiz ora yaxınlaşan Veys tez əyilib, oyun kağızlarından bir topa götürdü.. Ə.Əbülhəsən. // Görüş, yarış, matç. Rəqib komandaların oyunu. Oyun saat 6-da başlanır.
Rəqs. Oyun havası. Vağzalı. oyunu. Oyuna tək girən oğlan .. gözaltı elədiyi qızın qabağına yeriyir,.. onu oyuna dəvət edir. B.Bayramov.
məc. Hoqqa, kələk, fənd, fırıldaq, hiylə. [İkinci kəndli:] Bu qədər oyun olmaz ki, Səfiər bəy bizim başımıza gətirir. B.Talıblı. Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi. Müəyyən rolu oynama, ifa eləmə. Artistin oyunu tamaşaçıların xoşuna gəldi.
□ Oyun tutmaq - b a x başına oyun gətirmək (“baş” da). [Ağa Həsən:] Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin. M.F.Axundzadə. [Ələsgər:] And olsun Allaha, sənə bir oyun tutacağam ki, atanın toyu yadına düşə. Ə.Haqverdiyev. Oyun çıxar(t)maq - 1) hoqqa çıxarmaq, gülməli hərəkətlər etmək (atılıb-düşmək, hoppanmaq və s.). [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. [Təlxək] başlayır oyun çıxarmağa, gülməsək də, bir az kefimiz açılır. S.Rəhman; 2) məc. bir işlə qeyri-ciddi məşğul olmaq, zarafata salmaq. Oyun çıxar(t)ma, işinə fikir ver! Başına oyun açmaq - b ax baş. Başına oyun gətirmək bax baş.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

O4

OX1

OM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed