İzahlı lüğət

OVQAT

is. [ər. “vəqt” söz. cəmi] 1. klas. Vaxt, zaman. Bilmədin halını, bihudə keçirdin ovqat. Füzuli. Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq. C.Məmmədquluzadə.
Əhval-ruhiyyə, ruhi vəziyyət, hal, kef. Ovqatı qarışıqdır. Mir Cəlal.
□ Ovqatına soğan doğramaq zar. - kefini, əhvalını pozmaq. [Əşrəf bəy:] Indi mən bilirəm, şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. N.Vəzirov. Ovqatı təlx - kefi, əhvalı pozulmuş. Axşam xan ovqatı təlx evə qayıtdı. Çəmənzəminli. Əmi ovqatı çox təlx evə gəldi. N.Nərimanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OBA

OM

OY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed