İzahlı lüğət

OD

is. 1. Yanan bir şeydən çıxan qazlar; atəş. Odu söndürmək. Odda yanmaq. Odda qızdırmaq. Kömür odu. // məc. Obrazlı təşbehlərdə şiddətli hissiyyatın, ehtirasın, coşqunluğun, ruh yüksəkliyinin rəmzi kimi işlənir. Qəlbi od dənizi, gözüdür Bakı; Doğma Vətənimin gözüdür Bakı. B.Vahabzadə.
Çox bərk isti. Göydən sanki odyağırdı. Nəfəs almaq çətin idi. S.Vəliyev.
məc. Qızartı, qırmızılıq; hərarət. ..Yanaqlarının odu hələ də sönməyən qız.. anasının üzünə baxa bilmirdi. B.Bayramov. □ Od parçası - çox zirək, diribaş, bacarıqlı adam haqqında. [Canəli:] Ay maşallah, sən lap od parçasısan ki... Mən bu andırın dilini bir aya güclə öyrəndim... İ.Məlikzadə. // Nadinc, yıxıb-dağıdan, daim hərəkətdə olan uşaq haqqında. Uşaq deyil, od parçasıdır.
məc. dan. Ev, ailə, ocaq. Bu kənd üç yüz oddan ibarətdir. □ Od qonşusu - yaxın, qapıbir qonşu. Gərdənlər çəkili, baxışlar soyuq; Sanki xəbərsizik, od qonşusuyuq. M.Araz.
□ Od aparmış! - qarğış mənasında (əsasən uşaq haqqında deyilir). Od(u) ayaqlamaq - bir şeyi əldə etmək və ya məqsədə çatmaq üçün çox çalışmaq, səy göstərmək. Od eləmək - atəş açmaq, odlu silahla vurmaq. Gecənin bir vaxtı ortalıqda hazır toyuğu görən tülkü onu qapmağa gələndə [Yaşarın] atası od eləyib tülkünü vurmuşdu. M.Rzaquluzadə. Od götürmək - bərk hirslənmək, özündən çıxmaq, od tutmaq. Bu sözdən od götürdü. - Xalıqverdi kişini yenə də od götürdü. Ə.Vəliyev. Gülzarı od götürdü. Nə danışdığını özü də bilmədi. İ.Hüseynov. Od ilə su arasında qalmaq - çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək. [Cavad:] Səfər bəy qıza bənd olub, istəyir ki, kəbinini kəsdirib, evinə aparsın, mən də qalmışam odla su arasında. B.Talıblı. Sanitaryaralının çox əsəbiləşdiyini görüb odla su arasında qalmışdı. M.Hüseyn. Od kimi - 1) çox isti, qaynar, qızmar. Çay od kimidir. Dəmirə əl vurmaq olmur, od kimidir; 2) çox cəld, sürətlə, becid. Od kimi getmək. Od tutub yanmaq qızdırması qalxmaq, hərarəti yüksək olmaq, bərk qızdırmaq. Dürrə qızdırmadan od tutub yanırdı. S.Vəliyev. Şahpərinin od tutub yanan bədəni bircə an içində soyudu. B.Bayramov. ...od vurmaq - divan tutmaq, cəzalandırmaq. Uca, qocaman dağlarda bütün millətlərin mərd oğulları .. işğalçılara od vururdular. S.Vəliyev. Odla oynamaq - nəticəsi fəlakətlə qurtara biləcək bir iş görmək. Elə ki yandım; Odla oynamaqdan qorxdum, dayandım. B.Vahabzadə. Odlar yurdu (ölkəsi) obrazlı ifadə kimi “Azərbaycan” mənasında işlədilir. [Leyla:] Sən Odlaryurdunun öz övladısan! B.Vahabzadə. Odu söndürüb külü ilə oynamaq - əsas məsələni qoyub ikinci dərəcəli məsələ ilə məşğul olmaq, böyük işi qoyub kiçiyindən yapışmaq. Odu yatırılmaq - sakitləşdirilmək, aram edilmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OBA

OY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed