İzahlı lüğət

ODLANMAQ

qayıd. 1. Yandırılmaq, yanğm törədilmək. Evi odlanan mən, əli kösövlü sən. (Ata. sözü). // Od düşüb yanmaq, alışmaq, alışıb-yanmaq. [Yaqut] yanan canının ağrısını əks etdirən dəhşətli bir səslə: - Burax məni, Yunus, .. burax, sən də odlanacaqsan! - deyə qışqırıb qucağımda çırpınırdı. Ə.Məmmədxanlı. Odlu silahla öldürülmək, ya yaralanmaq. Uça bilmirdilər, odlanırdılar; Şama dəyib yanan pərvanə kimi. M.Rahim.
məc. Bərk hirslənmək, əsəbiləşmək. Özündən çıxmaq. [Ruhnəvaz] Qurbanlıya qarşı göstərdiyi laqeydliyi və etinasızlığı xatırlayıb odlandı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

O4

ON

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed