İzahlı lüğət

PAÇA

is. [fars. paçə - kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndəpaçası aralı qalar. (Ata. sözü). Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əliləpaçasından qaldırıb tullayır. M.F.Axundzadə. Bir qədəryol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Ə.Haqverdiyev. Idrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. I.Məlikzadə. // Baldır; ayağın dizdən aşağı hissəsi. [Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu. M.Ibrahimov.
2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları). // Bunlardan hazırlanan yemək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed