P (ID - 32227)Azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. bax pa.
|
PAÇA (ID - 32228)is. [fars. paçə - kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndəpaçası aralı qalar. (Ata. sözü). Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əliləpaçasından...
|
PAÇABƏND (ID - 32229)is. [fars. ]: paçabənd etmək (eləmək) - bax paçalamaq. [Mirzə Səttar:] Xux, yeyərsiz məni, çox böyük adamlar gəlir, onları paçabənd eyləyib qoyaram altıma. M.Əliyev.
|
PAÇALAMA (ID - 32230)“Paçalamaq” dan f.is.
|
PAÇALAMAQ (ID - 32231)f Paçasından tutmaq; yapışmaq, paçabənd etmək. Nuşapəri xanım səbir eləyə bilməyib tez yorğan-döşəkdən durdu, qarını paçalayıb, qoydu dizinin altına. (Nağıl). [Feyzi] cəsarətlə sürünün içinə yeriyib, ala əmliyipaçaladı.....
|
PADAR (ID - 32232)is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam.
|
PADŞAH (ID - 32233)is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. “Qabusnamə” .
məc. dan. Yarışda,... |
PADŞAHLIQ (ID - 32234)is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl). Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq....
|
PADŞAHPƏRƏST (ID - 32235)is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist.
|
PADŞAHPƏRƏSTLİK (ID - 32236)is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan.
|
PADŞAHYANA (ID - 32237)sif köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə. Kişi gedib bazardan bir dəst padşahyana libas aldı.. (Nağıl).
|
PADZƏHƏR (ID - 32238)is. [fars.] Zəhərə qarşı maddə, dərman. Ibn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda.. padzəhərlər haqqında ətraflı məlumat vermişdir. R.Əliyev.
|
PAFOS (ID - 32239)[yun. pathos - ehtiras] 1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq. Yalançı pafos. - Direktor .. saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. M.Hüseyn.
2. Hər hansı bir yüksək ideyanın doğurduğu... |
PAFOSLU (ID - 32240)sif Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış.
|
PAH (ID - 32241)nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. Pah, nə pis oldu. Pah, nə çox kitabın var. Pah, yaman işə düşdük. Pah atonnan dan. - cümlənin əvvəlində işlənərək təəccüb bildirir. Pah atonnan, nə ağır yatdı bu...
|
PAHO (ID - 32242)b ax pah. [Hamı:] Paho! Bu nə işdir,.. belə də adam aldatmaq olarmı? Ü.Hacıbəyov. Paho, strajnik gəlib ki, xoş gördük! deyə Əhməd irəli gəlib Fərmanla görüşdü. Ə.Abasov.
|
PAXAR (ID - 32243)is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam.
|
PAXIL (ID - 32244)sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. Paxıl adam. - Bir adampaxıl olsa; Ömrü boyu dərd çəkər....
|
PAXILLIQ (ID - 32245)is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. [Hacı Fərəc:] ..Hər nə danışırlar qoy danışsınlar, .....
|
PAXIR (ID - 32246)b ax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz. B.Vahabzadə.
|
PAXIRLANMA (ID - 32247)“Paxırlanmaq” dan f.is.
|
PAXIRLANMAQ (ID - 32248)b a x paslanmaq.
|
PAXIRLI (ID - 32249)b ax paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. [İlyas:] Yanımdakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış damlası tappıldadı. Ə.Məmmədxanlı.
|
PAXLA (ID - 32250)is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək. // Həmin bitkinin plova qatılan iri toxumu.
|
PAXLALI (ID - 32251)sif İçində paxla olan, paxla ilə bişirilmiş. Paxlalı aş. □ Paxlalı bitkilər b ax paxlalılar. Paxlalı bitkilər əkilən sahələrin torpağı azot birləşmələrilə zənginləşir və münbit olur. H.Qədirov.
|
PAXLALIQ (ID - 32252)is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq.
|
PAXLALILAR (ID - 32253)cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi.
|
PAXLAPLOV (ID - 32254)is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov.
|
PAXLAVA (ID - 32255)is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirniyyatı. [Varlılar] bayrama xüsusi şəkərçörəyi, badamçörəyi,...
|
PAK1 (ID - 32256)sif [fars.] Təmiz. ..Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi. // Məc. mənada. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdəpak ol. M.Ə.Sabir. [Budağın] əxlaqı, pak və səmimi ürəyi.. onu müəllimlərə...
|
PAK2 (ID - 32257)is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur.
|
PAKER (ID - 32258)is. [ing.] Quyunun neft, su və qaz təbəqələrini bir-birindən ayıran qurğu.
|
PAKET (ID - 32259)is. [fr.] 1. İçərisinə məktub qoyulmuş konvert, zərf. Pristav əlini cibinə salıb, göy birpaket çıxarıb açdı. H.Nəzərli. Firidun paketi açdı, ikicə sətir yazılmışdı. M.İbrahimov.
2. Kağıza bükülmüş bir və ya bir neçə... |
PAKİZƏ (ID - 32260)sif [fars.] 1. Bax pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram.. Ə.Haqverdiyev.
məc. Yaxşı, gözəl, qəşəng. [Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə. Bu yaxında... |
PAKİZƏLİK (ID - 32261)is. Paklıq, təmizlik.
|
PAKLAMA (ID - 32262)"Paklamaq” dan f.is.
|
PAKLAMAQ (ID - 32263)f Murdar sayılan bir şeyi yumaqla pak etmək; təmizləmək. İt yalamış qabı paklamaq.
|
PAKLANMA (ID - 32264)“Paklanmaq” dan f.is.
|
PAKLANMAQ (ID - 32265)f Təmizlənmək, yuyulub təmizlənmək. // qayıd. Yuyunub təmizlənmək. Biz indi dünənin çirkablarından; Necə təmizlənək, necə paklanaq? B.Vahabzadə.
|
PAKLIQ (ID - 32266)is. 1. Təmizlik.
məc. Mənəvi təmizlik, daxili saflıq. [Mahmud:] O gecə cəmi ömrümün gözəlliyini, paklığını, salamatlığını beş dəqiqəyə qurban verdim. Çəmənzəminli. |
PAKT (ID - 32267)[lat.] Adətən böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə. Hücum etməmək haqqında pakt. Paktı imzalamaq.
|
PAQQAPAQ (ID - 32268)təql. Qaynayan mayedən çıxan səs. Samovar paqqapaq qaynayır.
|
PAQQILDAMA (ID - 32269)"Paqqıldamaq” dan f.is.
|
PAQQILDAMAQ (ID - 32270)f Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında. Durna bulağının daş şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su paqqıldayır....
|
PAL (ID - 32271)is. Təzə qozun üst göy qabığı. [Veys] ..üstünə salınmış qurama yorğana, keçən il qozpalı ilə boyanmış bez mütəkkəyə işarə ilə dedi.. Ə.Əbülhəsən.
|
PALAN1 (ID - 32272)is. [fars.] 1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman, ya küləşlə dolu primitiv yəhər. Ağa, palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi. M.S.Ordubadi.
Keçmişdə: hambalların dallarına... |
PALAN2 (ID - 32273) |
PALANDUZ (ID - 32274)is. [fars.] köhn. 1. Palan tikən usta.
2. İri qıyıq; çuvalduz. |
PALANLAMA (ID - 32275)"Palanlamaq” dan f.is.
|
PALANLAMAQ (ID - 32276)f Heyvanın dalına palan qoymaq; çullamaq (b ax palan11-ci mənada). [Mürşüdoğlu:] Öküzü palanlayıb göndərdim. S.Rəhimov. Aslan kişi gecə yarı olmamışdan yerindən qalxıb, paltarını, çarıq-corabını geyindi, eşşəkləri palanladı....
|
Bu səhifə dəfə baxılıb