PEYİNLİK (ID - 32727)is. Peyin yığılmış yer, peyin olan yer. [Sərçələr qışda] gündüzlər özlərini həyətə, tövləyə, pəyəyə, peyinliyə, evlərin dəhlizlərinə soxaraq yem . S.S.Axundov. Çayqırağının yaxşı bir cəhəti də bu idi ki, su və...
|
PEYİNSƏPƏN (ID - 32728)sif. k.t. Əkiləcək sahəyə peyin səpmək üçün işlədilən. Peyinsəpən maşın. // Is. mənasında. Peyinsəpəni təmir etmək. Yeni markalı peyinsəpən.
|
PEYK (ID - 32729)is. Planet və ya ulduzun ətrafında fırlanan göy cismi. Ay Yerin peykidir. Yupiterin 11 peyki vardır. □ Süni peyk - tədqiqat məqsədi ilə raket vasitəsilə kosmosa buraxılan və göy cisimləri kimi müəyyən orbiti olan cihaz, qurğu. Yerin...
|
PEYKAN (ID - 32730)is. [fars.] Əsil mənası “oxun ucundakı sivri dəmir” olub, klassik ədəbiyyatda “kirpik, (gözəlin kirpiyi)” mənasında işlənmişdir. Əlhəzər, yay qaşın, şuxpeykanından; Vurar, yıxar, ötmək olmaz yanından. Q.Zakir. Əzrayılı...
|
PEYLƏMƏ (ID - 32731)“Peyləmək” dən f.is.
|
PEYLƏMƏK (ID - 32732)f. dan. Xəncər, bıçaq və s. ilə vurmaq, vurub öldürmək, ya yaralamaq. [Siçan:] Bu pişiyin atını bir peyləyin; Xakə yıxın, ömrünü tey eyləyin. S.Ə.Şirvani.
|
PEYLƏNMƏ (ID - 32733)“Peylənmək” dən f.is.
|
PEYLƏNMƏK (ID - 32734)məch. dan. Xəncər, bıçaq və s. ilə vurulmaq, vurulub öldürülmək, ya yaralanmaq. Iki dəqiqə çəkmədi ki, peylənmiş (f.sif.) dəvə kimi nərə çəkib göyə qalxdı. Mir Cəlal.
|
PEYMAN (ID - 32735)[fars.] bax əhd 1-ci mənada. Nədən ləğv oldu peymanlar; Verildi odlu fərmanlar. M.Ə.Sabir. □ Peyman bağlamaq (etmək) - əhd bağlamaq. Ovçu vermədi aman; Toruna düşdü tərlan; Yarla peyman bağlayıb; Qoymuşam yolunda can. (Bayatı)....
|
PEYMANƏ (ID - 32736)is. [fars.] klas. 1. Qədəh, piyalə. Sındırma qəlbini peymanə kimi. M.Rahim.
2. məc. Çaxır, şərab mənasında. Qara gözlər süzülüb sərməst olur peymanədən; Ahu tək hərdən dönüb baxmağı öldürdü məni. M.P.Vaqif. Təğafül... |
PEYRƏVİ (ID - 32737)is. [fars.] klas. Qabaqda gedən, rəhbər. // Dalınca gedən, arxasınca gedən.
|
PEYSƏR (ID - 32738) |
PEYVƏND (ID - 32739)is. [fars.] 1. k.t. Müəyyən xüsusiyyət vermək üçün bir bitki gözcük və ya saplağının başqa bitkiyə calanması; qələm, calaq. □ Peyvənd etmək (vurmaq) - qələm etmək, calamaq. Vurduq ağaclara biz peyvənd, calaq. M.Seyidzadə.
tib.... |
PEYVƏNDLƏMƏ (ID - 32740) “Peyvəndləmək” dən f.is.
|
PEYVƏNDLƏMƏK (ID - 32741)f. 1. Peyvənd etmək, calaq etmək, qələm etmək. Alma ağacını peyvəndləmək.
2. Peyvənd vurmaq, peyvənd etmək. Qripə qarşı peyvəndləmək. |
PEYVƏSTƏ (ID - 32742)is. [fars.] klas. Daim, həmişə, müttəsil. Peyvəstə bizə yetər bəlası; Novfəl qəzəbindən et qiyası. Füzuli. Çox çəkir hicrini Vaqifi-xəstə; Leylü nahar, şamü səhər peyvəstə. M.P.Vaqif.
|
PƏDƏR (ID - 32743)is. [fars.] klas. Ata. Pədərim Salehdir, madərim Reyhan. Molla Cümə. Şad oldu pədər, madəriniz, - bu boya çatdız. M.Ə.Sabir.
|
PƏDƏRŞAHLIQ (ID - 32744)is. tar. Kişi qohumluğu xəttinə əsaslanan və kişinin hakim olduğu qəbilə qruplarından ibarət ibtidai icma quruluşunun son dövrü; patriarxat.
|
PƏHLƏVAN (ID - 32745)is. [fars.] 1. Çox güclü adam; qəhrəman, igid. Gəzinir ortada səkkiz pəhləvan; Əyri qılınclardan sanki damır qan. H.K.Sanılı. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. M.S.Ordubadi.
2.... |
PƏHLƏVANİ (ID - 32746)b a x qəhrəmani.
|
PƏHLƏVANLAŞMA (ID - 32747)"Pəhləvanlaşmaq” dan f.is.
|
PƏHLƏVANLAŞMAQ (ID - 32748)f Qoçaqlaşmaq, cəsurlaşmaq, pəhləvan olmaq, cəsarətlənmək. ..Ağagülpəhləvanlaşan (f.sif.) dostunun üzünə mat-mat baxdı. S.Rəhimov.
|
PƏHLƏVANLIQ (ID - 32749)is. İgidlik, qəhrəmanlıq, qoçaqlıq. Kişilər dəm vurur pəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan. S.Vurğun. Qollarını niyə çırmalamısan, kişi, yoxsa pəhləvanlıq eləmək fikrindəsən? M.İbrahimov.
|
PƏHMAYİ (ID - 32750)is. zool. Enli bədəni olan balıq növü.
|
PƏH-PƏH (ID - 32751)bax bəh-bəh. [Hacı Məhəmmədəli:] Pəh-pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə. C.Məmmədquluzadə. [Sultan bəy:] Bəli! Sultan bəyin qızı bir gədəyə aşıq olubdur, pəh-pəh, pəh! Ü.Hacıbəyov.
|
PƏHRİZ (ID - 32752)is. [fars.] Müəyyən yemək rejimi. Bu camıma şərab süz, pəhriz etmək hədərdir; İçimdə atəşim var, pəhriz edim mən nədən? Şəhriyar. □ Pəhriz gözləmək (saxlamaq) - müəyyən yemək rejiminə riayət etmək. Xəstə pəhriz gözləməlidir....
|
PƏHRİZKAR (ID - 32753)is. [fars.] Pəhriz gözləyən (saxlayan), pəhriz rejiminə riayət edən adam.
|
PƏHRİZKARLIQ (ID - 32754)is. Pəhrizini gözləmə, ona riayət etmə. Hər iki dünyanın neməti sənətdə, bütün sənətlərin açarı elm və tərbiyədədir. Xüsusilə, nəfisi tərbiyə etmək, təvazökarlıq, pəhrizkarlıq, düz danışmaq, təmiz adlı olmaq, başqalarına...
|
PƏJMÜRDƏ (ID - 32755)sif. [fars.] Üzünün rəngi qaçmış, solğun, pərişan, halı pozğun. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun?! H.Cavid. Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb balkonda durdu. Çəmənzəminli....
|
PƏJMÜRDƏLİK (ID - 32756)is. Pəjmürdə adamın görkəmi; solğunluq, pərişanlıq.
|
PƏL (ID - 32757)is.: pəl qatmaq (vurmaq) - bir işə maneçilik törətmək, əngəl olmaq, pəlləmək. ..Onu vuran adam ümumi işə pəl qatır, tək özünə yox, gördüyü xeyirli işə də əngəl törədir.. M.Hüseyn. [Gilə Nəbiyə:] Biz toya çoxdan hazırıq....
|
PƏLƏ (ID - 32758)sif Yastı, enli. [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu” .
|
PƏLƏBIG(LI) (ID - 32759)sif. Yekə, yastı və uzunbığlı.
|
PƏLƏQULAQ(LI) (ID - 32760)sif. İri, yastıqulaqlı. Balacaboylu, kök, pələqulaq, yekəburun bir uşaq əlini yuxarı qaldırıb dedi. Ə.Abasov.
|
PƏLƏNG (ID - 32761)is. 1. Pişik cinsindən dərisi zolaqlı iri yırtıcı heyvan; qaplan. .. Sədinin bir sözü çıxmır yadımdan: Pişiyin duruşu rəngbərəng olur; Pələngi görəndə o, siçanlaşır; Siçanı görəndə o, pələng olur. X.Rza.
2. məc. İgid,... |
PƏLƏNGİ (ID - 32762)sif Rəngarəng, ala-bəzək. Pələngi parça.
|
PƏLƏNGLİK (ID - 32763)is. İgidlik, qoçaqlıq, rəşadət.
|
PƏLLƏMƏ (ID - 32764)"Pəlləmək” dən f.is.
|
PƏLLƏMƏK (ID - 32765)f məh. İşə maneçilik törətmək, pəl vurmaq, pəl qatmaq.
|
PƏLMƏ (ID - 32766)is. dan. Tutqun, aydın olmayan, yarıişıq, zəif işıq.
|
PƏLMƏLƏNMƏ (ID - 32767)"Pəlmələnmək” dən f.is.
|
PƏLMƏLƏNMƏK (ID - 32768)f məh. Rəngləri çıxaraq bir-birinə qarışmaq, ala-bula olmaq. Xalıların, cecimlərin .. və döşəklərin boyaları bir-birinə qarışaraq pəlmələnmişdi. Çəmənzəminli.
|
PƏLTƏK (ID - 32769) |
PƏLTƏKLİK (ID - 32770)is. Danışarkən bəzi səsləri düzgün tələffüz edə bilməməkdən ibarət nitq nöqsanı. Pəltəkliyi müalicə etmək. - Oğlan məhzpəltəkliyinin gülüşə səbəb olduğunu düşünüb, qulağının dibinəcən qızardı. M.Hüseyn.
|
PƏNAH (ID - 32771)is. [fars] 1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə. Pənah etmək (eyləmək) - 1) özü üçün sığınacaq etmək, məskən etmək. Aləmin dərdü qəmindən xəbərin yox, Seyyid; Mən ki meyxanəni illərdipənah...
|
PƏNAHGAH (ID - 32772)is. [fars.] 1. Pənah aparılan yer, pənah yeri, sığınacaq yeri. [Adamlardan biri:] Sən hər şeydən əvvəl bizə bir pənahgah tap ki, biz oradan düşmən ilə vuruşaq. P.Makulu.
məc. Allah mənasında. [Gövhər xanım:] Ey cəmi yaranmışın... |
PƏNAHLANMA (ID - 32773)"Pənahlanmaq” dan f.is.
|
PƏNAHLANMAQ (ID - 32774)f Pənah aparmaq, pənah gətirmək, imdad istəmək; sığınmaq. [Bədəl:] Yəqin hər kəs isə .. bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. Ə.Haqverdiyev.
|
PƏNBƏ (ID - 32775)sif şair. Açıq-al, gül rəngində. Sevda gəlinlərə məxsus pənbə tüllər içində olaraq gələr.. H.Cavid. Soldu yavaş-yavaş pənbə yanaqlar; Gülümsündü acı gülgün dodaqlar. Ə.Cavad.
|
PƏNCƏ (ID - 32776)is. [fars.] 1. Əl ayası ilə beş barmaq birlikdə. Pəncəsini açmaq. - Nəbipəncəsinə sığmayan bafanı yerə qoyub, belini düzəltdiyi zaman günəş onu salamladı. Ə.Abasov. // Heyvanların qabaq ayaqlarının barmaqları ilə dırnaqları....
|
Bu səhifə dəfə baxılıb