PISPISA (ID - 32927)is. zool. Peyinliklərdə, rütubət yerlərdə yaşayan qabığı bərk qara böcək. ..Saraydan enərkən çıxdı qarşıma; Pıspısa, süsəli, ya cırcırama. Şəhriyar.
|
PITRAQ (ID - 32928)1. is. bot. Kolluq və zibilliklərdə bitən ikiillik, yumru şəkildə olan üstü tikanlarla örtülü, dəydiyi şeyə yapışıb qopmayan ot-bitki. Adi pıtraq. Pıtrağın bütün növləri alaq bitkisidir.
zərf Çox sıx. Pıtraq meyvə gətirmək. ..Çəpərlərin... |
PİANİZM (ID - 32929)[ital.] mus. Fortepianoda çalma məharəti, yaxud fortepiano musiqisinin səciyyəvi xüsusiyyəti.
|
PİANİNO (ID - 32930)[ital.] Üfüqi çəkilmiş simləri olan hündür yeşik şəklində fortepiano növü. Pianino çalmaq. - Salonun başında pianino dururdu, onun üstündə, divarda əlində gül, yarıçılpaq bir qadın təsviri asılmışdı. M.İbrahimov.
|
PİANİNOÇU (ID - 32931)is. Pianino çalan musiqiçi.
PİANO1 is. dan. Pianino. ..Qurbanlı toz basmış pianonun üzərində qoyulmuş köhnə çərçivələrə nəzər yetirdi. Çəmənzəminli. PİANO2 mus. Çox yavaş, astadan (çalğı haqqında). Bir yanda kağıza... |
PİANOÇU (ID - 32932)bax pianinoçu.
|
PİASTR (ID - 32933)is. [ital.] 1. Qədim ispan sikkəsi pesonun italyanca adı.
1844 və 1916-cı illərdə Türkiyənin pul vahidi. Misir, Suriya, Sudan və Livanın pul vahidi. |
PİÇ (ID - 32934)is. [fars.] Vint. Piçlə bağlamaq.
□ Piçini burmaq - əl-ayağını yığışdırmaq, özbaşınalığına son qoymaq. Uşağın piçini burmaq. |
PİÇBURAN (ID - 32935)bax vintburan.
|
PİFOS (ID - 32936)is. [yun.] Antik dövrlərdə taxıl və başqa təsərrüfat ehtiyatlarını saxlamaq üçün böyük gil qab. Egey pifosları. Yunan pifosları bəzəksiz olurdu. Pifosları yerə basdırırdılar.
|
PİJAMA (ID - 32937)[ing. puyamaz] Xələt əvəzinə geyilən yüngül parçadan tikilmiş pencək və şalvardan ibarət yatmaq və ya ev paltarı. Kişi pijaması. Qadın pijaması. - Kişi heç kəsə bir söz demədən o biri otağa keçdi. Zolaq-zolaq pijamasını...
|
PİK (ID - 32938)[fr.] Sivriuclu dağ zirvəsi; formasından asılı olmayaraq dağ zirvəsinin ən yüksək nöqtəsi. Qələbə piki.
□ Pik saatı (vaxtı) - nəqliyyatın, elektrik stansiyasının və s. ən gərgin iş vaxtı. |
PİKADOR (ID - 32939)is. [isp.] Korridada nizənin ucu ilə öküzü qıcıqlandıran, qəzəbləndirən atlı.
|
PİKAP (ID - 32940)is. [ing.] Sərnişin və yükdaşıyan, giriş qapısı arxadan olan kiçik avtomobil.
|
PİKET (ID - 32941)[fr.] Kiçik qarovul dəstəsi. // Tətil olan yerlərdə qarovul çəkən tətilçilər dəstəsi. ..Nərildəyən qatar bizik, nəfəs dərirpiketlərdə. X.Rza.
|
PİKETÇİ (ID - 32942)is. Piketdə iştirak edən adam.
|
PİKTOQRAM (ID - 32943)is. [lat. pictus - rənglə nəqş olunmuş vəyun.] Şəkli yazı; qədim yazı növü. PİQMENT [lat. pigmentum - rəng] biol. Orqanizmdə dəri və toxumalara rəng verən maddə. Bitki piqmenti. Təbiətdə piqmentin yayılması. Fotobioloji proseslərdə...
|
PİQMENTASİYA (ID - 32944)[lat.] Heyvan və bitki orqanizmlərinin toxumalarında piqment rəng əmələ gəlməsi.
|
PİLƏ (ID - 32945)is. Baramadan alınan ipək. Qaranlıq bir otaqda üzü qırışmış bir qarı oturub, pilə əyirirdi. Çəmənzəminli. □ Pilə kimi - yumyumşaq, ipək kimi yumşaq, incə, zərif. Rüxsarənin pilə kimi yumşaq əlindən keçən soyuqluq Sübhanverdizadənin...
|
PİLƏK (ID - 32946)is. 1. Kiçik yastı düymə.
Boyunbağı, qolbaq və s.-də sallanan kiçik hissəcik. Qolbağın piləyi. Qızıl pilək. |
PİLƏKLƏMƏ (ID - 32947)“Piləkləmək” dən f.is.
|
PİLƏKLƏMƏK (ID - 32948)f Düymələmək, piləkləri bağlamaq. Donu piləkləmək.
|
PİLƏKLİ (ID - 32949)sif Üzərinə piləklər tikilmiş, xırda yastı düymələrlə bəzədilmiş. Keçən zaman vurardılar; Piləkli pərdə qapıya. M.Möcüz. Qız başını qaldırdı, piləkli araqçını gördü. Mir Cəlal.
|
PİLƏQURDU (ID - 32950)bax baramaqurdu.
|
PİLƏMƏ (ID - 32951)“Piləmək” dən f.is.
|
PİLƏMƏK (ID - 32952)f Odu üfürüb alışdırmaq, yaxud nəfəsli musiqi alətlərini səsləndirmək üçün ağzını hava ilə doldurub püfləmək. Birisi sacın altını gah piləyir, gah ətəkləyirdi. Ə.Vəliyev. [Qız tumanı] dartınanda açılan dizlərini şalı...
|
PİLƏTƏ (ID - 32953)is. [rus. плита] Üstündə xörək bişirmək və ya evi qızdırmaq üçün ağ neftlə yanan fitilli cihaz; kerosinka. Səriyyə pilətənin üstündəki xörəyi qarışdırmağa getdi. M.Hüseyn. // Eyni məqsəd üçün işlədilən elektrik...
|
PİLƏTƏÇİ (ID - 32954)is. Pilətə təmir edən usta.
|
PİLİK (ID - 32955)is. Ocaq, tonqal və s.-ni yandırmaq üçün neft hopdurulmuş alışqan. Əskidən pilik. Ocağın altına pilik qoymaq.
|
PİLLƏ (ID - 32956)is. [fars.] 1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. Ləman ucadan gülüb, bir neçə pillə qalxdı və Teymura sarı döndü. H.Seyidbəyli. // Cəm şəklində: pillələr - pilləkən. [Usta...
|
PİLLƏKƏN (ID - 32957)is. [fars.] Çıxmaq və düşmək üçün pillələrdən düzəldilmiş qurğu. Daş pilləkən. - [Yaşlı kişi:] Pilləkənə açılan qapını açdıqda qarşımda qara ipək çarşaba bürünmüş, üzünü rübənd ilə örtmüş bir qadın gördüm....
|
PİLLƏLİ (ID - 32958)sif. 1. Saylardan sonra gələrək, pilləkənin neçə pillədən ibarət olduğunu göstərir. 10 pilləli pilləkən.
2. Bir neçə pillədən ibarət olan, pillələri olan. Pilləli raket. |
PİLOT (ID - 32959)[fr.] Uçucu aparatları idarə edən təyyarəçi. Təklənmişpilot quzğunların birini vurub yerə saldı. M.Hüseyn. O, bizim pilotlardır; Göz baxdıqca ucalır. M.Seyidzadə.
|
PİLOTAJ (ID - 32960)[fr.] Uçucu aparatları idarə etmə məharəti; təyyarə ilə manevr etmə. Yüksək pilotaj.
|
PİLOTKA (ID - 32961)[rus.] Əsgəri yay baş geyimi (ilk dövrlərdə ancaq pilotlarda). ..Pilotkalarını yanlarına atıb oturmuş üç əsgər söhbət edirdi. Ə.Əbülhəsən. Bir gün [Azad] pilotkasını yan qoymuş gözəl bir sanitarkanın yaralı gətirdiyini gördü....
|
PİLPİLƏ (ID - 32962)is. məh. Palçıq vulkanı. Ləpələrin üstündə; Əbədi neft qaynayan; Pilpilələr görmüş o! İ.Səfərli.
|
PİLTƏ (ID - 32963)is. 1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək. - Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn....
|
PİLTƏLƏMƏ (ID - 32964)"Piltələmək” dən f.is.
|
PİLTƏLƏMƏK (ID - 32965)f. 1. Pilətə, lampa və s.-yə piltə keçirmək, piltə salmaq. Lampanı piltələmək.
2. tib. Yaraya və ya boşluğa piltə (tampon) qoymaq. Yaranı piltələmək. |
PİLYASTR (ID - 32966)is. [fr.] Divarda şaquli çıxıntı.
|
PİNC (ID - 32967)is. köhn. Sınıq saxsı, çini və ya şüşə qabları yapışdırmaq üçün yumurta ağı, söndürülmüş əhəng və pambıqdan hazırlanan yapışqan. Sayad dağda tor qurmaz; Qurub boynunu burmaz; Sınıq qaba pinc qoysan; Yenə gedər, su durmaz....
|
PİNCLƏMƏ (ID - 32968)“Pincləmək” dən f.is.
|
PİNCLƏMƏK (ID - 32969)f. köhn. Sınıq çini və ya şüşə qabı pinclə yapışdırmaq, pinc qoymaq. Bankanı pincləmək.
|
PİNƏ (ID - 32970)is. [fars.] 1. Yamaq (ayaqqabıda). Pinə eləmək - yamamaq. Otur evdə, atanın eylə pinə çul-çuxasın. C.Cabbarlı.
2. Döyənək. □ Pinə bağlamaq - döyənək olmaq. Işləməkdən əlipinə bağlayıb. - Namaz qılmaqdan [Şeyx İbrahimin]... |
PİNƏÇİ (ID - 32971)sif və is. Ayaqqabı təmir etməklə (pinəçiliklə) məşğul olan adam. [Qafar:] Pinəçi Qafar tutduğu yerə kirə versin? S.S.Axundov.
|
PİNƏÇİLİK (ID - 32972)is. Pinəçinin işi, sənəti, peşəsi. ..Bu altı nəfər müsəlmanın biri usta Cəfər Hacı Iman oğludur. Bunun sənəti pinəçilikdir. C.Məmmədquluzadə. Mən o Şeyx Şabanı deyirəm ki, yolun qırağındakı Məhəllə məscidinin qabağında...
|
PİNƏKİ (ID - 32973)is. dan.: pinəki aparmaq (vurmaq) - oturmuş halda huşa getmək, yuxu aparmaq, mürgüləmək, yuxuya getmək. Yorğunluqdan pinəki vurur.
|
PİNƏLƏMƏK (ID - 32974)f Pinə etmək, yamamaq (ayaqqabını).
2. məc. Tez, başdansovma etmək. |
PİNİYA (ID - 32975)is. [lat.] İynəyarpaqlı italyan küknar ağacı.
|
PİNQ-PONQ (ID - 32976)[ing. pinq-ponq] Stolüstü tennis.
|
Bu səhifə dəfə baxılıb