İzahlı lüğət

PİLTƏ

is. 1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək. - Məşədi bəy tez ayağa qalxdı, lampanın piltəsini qaldırdı. M.Hüseyn. // Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. [İmamyar Türbətə:] Dinamitin piltəsini ki gördün? C.Cabbarlı.
2. tib. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed