PLOV (ID - 33127)is. Bişirilib süzülmüş düyüdən və müxtəlif xuruşlardan ibarət çoxlu növləri olan məşhur Şərq xörəyi; aş. Arabir plov, yazda da dolma hazırlanırdı. T.Ş.Simurq. [Seyid:] ..Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa,...
|
PLUTOKRAT (ID - 33128)[yun.] kit. Öz varı və dövləti sayəsində nüfuzu və hökmü olan adam.
|
PLUTOKRATIK (ID - 33129)[yun.] kit. “Plutokratiya” söz. sif. Plutokratik idarə üsulu.
|
PLUTOKRATİYA (ID - 33130)[yun. plutos - var-dövlət və kratos - hakimiyyət] kit. 1. Dövlətin bir ovuc ən varlı adamlar tərəfindən idarə olunduğu siyasi quruluş.
2. top. Plutokratlar. |
PLUTONİUM (ID - 33131)[xüs. is.-dən] Süni surətdə alınan radioaktiv xassəli kimyəvi element.
|
PLUTONIZM (ID - 33132)is. [yun.] Təbii səbəblərin təsiri ilə Yer örtüyünün silsiləvi dəyişkənliyi barədə XVIII əsrin sonlarında geologiyada mövcud olan istiqamət.
|
PLÜRALİZM (ID - 33133)is. [lat.] 1. Dünyanın əsasında müxtəlif müstəqil mənəvi mətləblərin durduğunu qəbul edən təlim.
2. Bir məsələ barəsində müxtəlif rəylərin olması; çoxfikirlilik. |
PLÜŞ (ID - 33134)is. [alm.] Uzunxovlu məxmər örtüklü divan.
|
PLYAJ (ID - 33135)[fr.] Çimmək və ya günəş vannası qəbul etmək üçün istifadə edilən dəniz, göl və çayın qumlu və ya çınqıllı sahil zolağı; çimərlik. Dənizplyajı. Qumsalplyaj. - Bağda, ya plyajda papaq - yan gəzən; təptəzə xuliqan görürəm,...
|
PLYONKA (ID - 33136)[rus. пленка] Foto və kino şəkilləri çəkmək, yaxud səs yazmaq üçün xüsusi materialdan hazırlanıb üzünə işığa həssas emulsiya çəkilmiş şəffaf elastik lent. Imamzadə hirslə ayağa qalxdı, ipdən asılmış plyonkanı əlinə...
|
PLYUS (ID - 33137)is. [lat.] riy. 1. Üstəgəl.
Xeyir. Bu işin plyusu çoxdur. |
PNEVMATİK (ID - 33138)sif. [yun.] Sıxılmış hava ilə hərəkətə gətirilən. Pnevmatik silah. - Üç nəfər pnevmatik silah işləyirdi. Ə.Sadıq. // Sıxılmış havanın gücü ilə görülən. Pnevmatik qazıma.
|
PNEVMATİKA (ID - 33139)[yun. pneumatika - hava] Pnevmatik qüvvə ilə hərəkətə gətirilən mexanizm, qurğu və alətlər.
|
PNEVMONİYA (ID - 33140)[yun. pneumon] tib. Ağciyər iltihabı.
|
POÇT(A) (ID - 33141)[pol. poczta, əsli ital.] 1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. - Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla...
|
POÇTALYON (ID - 33142) |
POÇTALYONLUQ (ID - 33143)is. Poçtalyonun işi, vəzifəsi.
|
POÇTAMT (ID - 33144)[alm.] Şəhərin baş poçtu, baş poçtxanası. Bakı poçtamtı.
|
POÇTÇU (ID - 33145)is. 1. Poçt işçisi, poçt xidmətçisi. Səhər tezdən Yəhya Kamal məktubu poçtçu Aslana verdi. Mir Cəlal.
dan. Poçtalyon. |
POÇTXANA (ID - 33146)[ital. poczta və fars. ...xanə] Poçt idarəsinin yerləşdiyi bina; poçt.
|
PODAQRA (ID - 33147)[yun. podagra] Orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn və bədənin müxtəlif hissələrində duz yığılmasından ibarət olan oynaq və toxuma xəstəliyi.
|
PODAQRALI (ID - 33148)sif Podaqra xəstəliyi olan (adam).
|
PODİUM (ID - 33149)is. [lat.] 1. Qədim Romada sirkdə hörmətli tamaşaçıların oturması üçün hündür yerlər.
Heykəltəraş və rəssamların işləməsi üçün uca yer. Qədim romalıların sərdabələrində meyitin külü tökülmüş qabları qoymaq üçün... |
PODNOS (ID - 33150) |
PODPOLKOVNİK (ID - 33151)[rus.] Mayor rütbəsindən sonra gələn zabit rütbəsi və habelə belə rütbəsi olan şəxs. Mahmud içəri girəndə podpolkovnik bir xəritənin qarşısında durmuş, düşünürdü. Ə.Əbülhəsən.
|
PODPOLKOVNİKLİK (ID - 33152)is. Podpolkovnik rütbəsində olma.
|
PODRAT (ID - 33153)[rus. подряд] Müəyyən haqq müqabilində bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş. Podrat iş. Podrata götürmək - 1) müəyyən haqq müqabilində bir işi görmək üçün iltizam qəbul etmək. [Şeyda:]...
|
PODRATÇI (ID - 33154)is. Podrat üzrə işləyən adam və ya təşkilat. Podratçı Şeyda qarovulçunun üstünə bağırıb deyirdi. A.Şaiq. Kəndlilər daha ağır, daha dözülməz şərtlərlə adada neft anbarları qazan podratçıları işləməyə məcbur olurdular....
|
PODRATÇILIQ (ID - 33155)is. Podratçının işi, podrat işi. Podratçılıq və mədən işlərinə bələd olmayan Qulu başını itirmişdir. A.Şaiq.
|
PODVAL (ID - 33156)is. [rus.] Qəzet səhifəsinin ayrıca məqalə çap olunmuş aşağı hissəsi; habelə qəzet səhifəsinin aşağı hissəsində dərc olunmuş məqalənin özü.
|
POEMA (ID - 33157)[yun.] 1. Mənzum hekayə janrı. Nizaminin poemaları. S.Vurğunun “Bəsti” poeması. - “Qız qalası” poemasını Cəfər Cabbarlı 1923-cü və 1924-cü illərdə çap etdirmişdi. M.Arif.
2. Sərbəst formalı, adətən lirik və ya instrumental... |
POETİK (ID - 33158)sif [yun.] 1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər. // Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.
Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti... |
POETİKA (ID - 33159)[yun.] 1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm.
2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xüsusiyyət, tərz, üsul. Füzulinin poetikası. |
POETİKLİK (ID - 33160)is. Şairanəlik, gözəllik, bədiilik, şeriyyət. Poetik əfsanələr.
|
POEZİYA (ID - 33161)[yun.] 1. Şeir. Nəsr, dramaturgiya və publisistikada inqilabi satiranın yaradıcısı Cəlil Məmmədquluzadə olmuşsa, poeziyada Sabir olmuşdur. M.İbrahimov. // Hər hansı bir xalqa, dövrə, ictimai qrupa və s.-yə məxsus şeir əsərlərinin...
|
POQON (ID - 33162)[rus.] Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Zabit poqonu. - [Xortdan:] Qolovinski çıxanda paqonları gün kimi parıldayırdı. Ə.Haqverdiyev.
|
POQONLU (ID - 33163)sif Poqonu olan. Poqonlu soldat.
|
POLAD (ID - 33164)is. [fars.] 1. Dəmir ərintisi ilə karbondan ibarət gümüşü-boz metal. Polad ərintisi. Paslanmayan polad. Poladdan qayırılmış, poladdan hazırlanmış. Polad rels. Polad dirək.
məc. Çox güclü, qüvvətli şey haqqında. Polad əzələ.... |
POLADƏRİDƏN (ID - 33165)is. xüs. Polad əritməklə məşğul olan usta; poladtökən.
|
POLADƏRİTMƏ (ID - 33166)sif və is. Polad əritmək üçün olan, polad əridilən. Poladəritmə sənayesi.
|
POLADI (ID - 33167)sif Polad rəngli, polad rənginə çalan, gümüşü-boz. Poladı parça.
|
POLADLAMA (ID - 33168)"Poladlamaq” dan f.is.
|
POLADLAMAQ (ID - 33169)xüs. Elektroliz vasitəsilə üzərinə nazik polad təbəqəsi çəkmək.
|
POLADLAŞMA (ID - 33170)"Poladlaşmaq” dan f.is.
|
POLADLAŞMAQ (ID - 33171)f. 1. Polad halına gəlmək.
məc. Bərkləşmək, möhkəmləşmək. |
POLADYAYAN (ID - 33172)sif tex. Poladı yayıb yastı hala salan. Poladyayan dəzgah. // is. Poladyayma ustası olan fəhlə. Poladyayanların yarışı.
|
POLADYAYMA (ID - 33173)is. xüs. Poladı yayıb yastı hala salma.
|
POLEMİKA (ID - 33174)is. [yun.] Müəyyən bir məsələ barədə fikir mübadiləsi; mübahisə, müzakirə, dartışma.
|
POLİARTRİT (ID - 33175)[yun. poly - çox və arthron oynaq] tib. Oynaqların iltihabı.
|
POLİETİLEN (ID - 33176)is. [yun.] Sintetik material.
|
Bu səhifə dəfə baxılıb