PAZI (ID - 32627)is. məh. Çuğundur. □ Pazı kimi çuğundur kimi (tünd-qırmızı, qıpqırmızı). Həmişə belə tənbehdən sonra qulaqlarım pazı kimi qızarardı. C.Məmmədquluzadə. Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb, pazı kini...
|
PAZLAMA (ID - 32628)“Pazlamaq” dan f.is.
|
PAZLAMAQ (ID - 32629)f 1. Paz vurmaq, pazla yarmaq.
2. Paz vurub bərkitmək, pazla möhkəmlətmək. Pərdinin yanını pazlamaq. |
PAZLANMA (ID - 32630)“Pazlanmaq” dan f.is.
|
PAZLANMAQ (ID - 32631)məch. 1. Paz vurulmaq, pazla yarılmaq (odun və s.). Kötüklər pazlandı.
|
Paz (ID - 32632)vurulub bərkidilmək, pazla möhkəmlədilmək.
|
PAZŞƏKİLLİ (ID - 32633)sif Paza oxşar, paz kimi ucu nazik, getdikcə yoğunlaşan.
|
PE (ID - 32634)“P” hərfınin və bu hərflə işarə olunan samitin adı.
|
PEÇ (ID - 32635)[rus.] is. Binaları qızdırmaq, üstündə xörək bişirmək və s. məqsədlər üçün kərpicdən, metaldan düzəldilmiş qurğu; soba. [Gülsənəm] ..otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. Peçin üstündə anasının...
|
PEÇAT (ID - 32636)[rus.] bax möhür 1-ci mənada. [Tofiq:] Gəl, gəl, bu saat mən “hə-yox” cavabını alım, ərizənə peçat basdırım. M.İbrahimov.
|
PEÇENEQLƏR (ID - 32637)cəm Eramızın IX-XI əsrlərində Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq.
|
PEÇENYE (ID - 32638)[rus. печенье - bişmiş] Kövrək, adətən şirin xəmirdən bişirilmiş şirniyyat növü. Nəcəflə Qızyetər zənbildən iki bükülü konfet, bir qutu peçenye və bir qutu şokolad çıxarıb stolun üstünə qoydular. M.İbrahimov.
|
PEDAQOGİKA (ID - 32639)[yun. paidogogike] Tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm.
|
PEDAQOJİ (ID - 32640)sif. 1. Pedaqoqla əlaqədar olan, pedaqoqla bağlı olan. Pedaqoji şura. Pedaqoji kadrlar. // Pedaqoqlar, müəllimlər hazırlamaqla məşğul olan. Pedaqoji texnikum. Pedaqoji institut. Pedaqogika ilə əlaqədar olan, pedaqogika ilə bağlı olan....
|
PEDAQOQ (ID - 32641)[yun. paidogogos] Sənəti müəllimlik və tərbiyəçilikdən ibarət olan adam, pedaqogika sahəsində mütəxəssis. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi [“Hacı Daşdəmir” ] bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan...
|
PEDAQOQLUQ (ID - 32642)is. Pedaqoqun işi; müəllimlik, tərbiyəçilik.
|
PEDAL (ID - 32643)[fr. pedale - ayaq] Müxtəlif maşınlarda, musiqi alətlərində və s.-də ayaq manivelası. Velosipedinpedalı. Royalınpedalı.
[Maşinist] qarşısındakı dəstəkləri və ayaqlarının altındakı pedalları çox məharətlə işlədirdi.... |
PEDANT (ID - 32644)[ital.] Xırda və formal tələblərin yerinə yetirilməsinə həddindən (lüzumundan) artıq fikir verən adam; xırdaçı, hərf güdən. Peduntın biridir.
|
PEDANTIZM (ID - 32645)[ital.] Həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq.
|
PEDANTLIQ (ID - 32646)is. Hər şeydə həddindən artıq xırdaçılıq göstərmə; pedantizm.
|
PEDI (ID - 32647)is. Cənubi Afrikada yaşayan xalqlardan biri.
|
PEDIÄTR (ID - 32648)[yun.] Uşaq xəstəlikləri - pediatriya mütəxəssisi olan həkim; uşaq həkimi.
|
PEDİATRlYA (ID - 32649)[yun. paidos - uşaq və iatreia - müalicə] Tibbin, uşaq xəstəliklərindən, onların müalicəsindən və qarşısını almaq üsullarından bəhs edən şöbəsi.
|
PEDİKÜR (ID - 32650)[fr. pedicure, əsli lat. pedis ayaq və curare - qayğısına qalmaq] Ayaq dımaqlarının təmizlənməsi, cilalandırılması və ayaqlardakı döyənəklərin rədd edilməsi.
|
PEDİKÜRÇÜ (ID - 32651)is. Pedikürlə məşğul olan qadın (qız).
|
PEDİNSTİTUT (ID - 32652)is. Pedaqoji institut (orta məktəb müəllimləri hazırlayan ali məktəb).
|
PEDMƏKTƏB (ID - 32653)is. Pedaqoji məktəb (ibtidai məktəb müəllimləri və uşaq bağçası tərbiyəçiləri hazırlayan orta məktəb).
|
PEDSOVET (ID - 32654)is. Pedaqoji şura (məktəb müəllimlərinin, təhsil və inzibati məsələləri həll etmək səlahiyyəti olan iclası).
|
PEMZA (ID - 32655)[ing. əsli lat.] Süngər daşı.
|
PENCƏK (ID - 32656)[ing.] Kişi kostyumunun açıq, qatlanan yaxalığı və düymələnən ətəkləri olan hissəsi. Osmanla Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin düymələri və toqqaları parıldayırdı. İ.Şıxlı.
|
PENCƏKLI (ID - 32657)sif Pencək geymiş, əynində pencəyi olan. Pencəkli oğlan.
|
PENCƏK-ŞALVAR (ID - 32658)is. Pencək və şalvardan ibarət geyim komplekti; kostyum. Pencək-şalvar tikdirmək.
|
PENCƏR (ID - 32659)is. Müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı. [Nabat Firəngizə:] Böyük olanda nə olar, bıçağı götür, kətənin pencərini doğra. Bayramov. Güləsər taxılın içində pencər yığan qızlardan...
|
PENCƏRLİK (ID - 32660)is. Çoxlu pencər bitmiş sahə, yer. Pencərlikdən pencər yığmaq.
|
PENDİR (ID - 32661)is. Maya vurulmuş süddən xüsusi surətdə hazırlanan bərk və ya yarıbərk kütlə şəklində qida məhsulu. Motalpendiri. - Arvadların bir qismi.. südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev.
|
PENİSİLLİN (ID - 32662)[lat.] əcz. Kif göbələklərinin bəzi növlərindən alınan müalicə preparatı; antibiotik.
|
PENNİ (ID - 32663)is. Xırda fin pulu.
|
PENSİYA (ID - 32664) |
PENSİYAÇİ (ID - 32665)is. Pensiya alan adam.
|
PENSNE (ID - 32666)[fr.] Yay vasitəsilə burunun üstünə taxılan gözlük (eynək). Sallaqbığlı, irigövdəli rəis pensnesini gözündən çıxarıb, təəccüblə Xəlil mirzəyə baxdı. Q.İlkin.
|
PENSNELI (ID - 32667)sif Gözündə pensne olan, pensne taxmış. [Roza ilə Şeyda görüşdüyü halda] şıq geyimlipensneli Əşrəf daxil olur. H.Cavid.
|
PENYA (ID - 32668)is. [lat.] Borclu tərəf öhdəsinə düşən haqqı vaxtında vermədikdə ödəməli olduğu əlavə haqq.
|
PERIFERIYA (ID - 32669)is. [yun.] 1. Əyalət, ətraf.
sif anat. Ətraf üzvlər. is. riy. Çevrənin, fiqurun sərhədi. |
PERIGEY (ID - 32670)[yun. peri - ətraf və ge - yer]
astr. Günəş orbitinin Yerə ən yaxın nöqtəsi. |
PERIKMƏK (ID - 32671)f Diksinmək, hövllənmək.
|
PERIMETR (ID - 32672)[yun. perimetros] riyaz. Yastı həndəsi fiqurun bütün tərəflərinin uzunluğunun cəmi.
|
PERISKOP (ID - 32673)[yun. periskopeo - ətrafa baxıram] Örtülü yerdən, sualtı qayıqdan və s.-dən müşahidə aparmaq üçün optik cihaz. Sualtı qayığın periskopu.
|
PERITONIT (ID - 32674)[yun.] tib. Qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişasının iltihabı.
|
PERQAMENT (ID - 32675)[Kiçik Asiyada qədim Perqama şəhərinin adından] 1. Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi.
Həmin material üzərində yazılmış qədim əlyazması. [Peterburq... |
PERMANENT (ID - 32676)sif. [lat.] Arası kəsilmədən davam edən, daimi. Permanent inqilab. Permanent inkişaf
|
Bu səhifə dəfə baxılıb