İzahlı lüğət

PARAZİTIZM (ID - 32427)

[yun.] biol. Parazitlik, tüfeylilik, tüfeyli həyat.

PARAZİTLİK (ID - 32428)

is. 1. biol. İki orqanizmdən birinin (parazitin) digərinin hesabına qidalanması (yaşaması); parazitizm.
2. Başqasının hesabına yaşama; tüfeylilik.

PARAZİTOLOGİYA (ID - 32429)

[yun. parasitos və logos] Parazitlər və parazitizm haqqında elm.

PARAZİTOLOQ (ID - 32430)

[yun.] Parazitologiya mütəxəssisi.

PARÇ (ID - 32431)

is. Tayqulp, birəlli, qulplu su qabı. Parçla su içmək. Birparç su. - [Usta Zeynal Qurbana:] ..Get bizə, saxsı ləyən var, küpə var, oları və birparç da götür, gəl. C.Məmmədquluzadə. Qızxanım .. parçı ağzına qədər ayranla doldurub,...

PARÇA1 (ID - 32432)

is. 1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. Kağız parçası. Odun parçası. - Buruqların dörd tərəfində dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov. Dəstə sürüşkən...

PARÇA2 (ID - 32433)

is. Toxunma mallar: çit, bez, mahud və s.; arşınmalı. Ağır sandıq seçməparçalarla dolu idi. Mir Cəlal. Göyçəkparçanı alıb, o üz-bu üzünə baxdı. B.Bayramov.

PARÇABOZBAŞ (ID - 32434)

is. Parça ətlə kartof, noxud və s.-dən hazırlanan bozbaş növü.

PARÇACIQ (ID - 32435)

is. Kiçik parça; tikəcik.

PARÇAÇI (ID - 32436)

1. Bax bəzzaz.
2. Bax bəzzaziyyə 2-ci mənada. [Xortdan:] Hacının şəhərdə parçaçı dükanı var idi. Ə.Haqverdiyev.

PARÇADÖŞƏMƏ (ID - 32437)

is. Xuruşu düyünün altında bişən ət parçalarından ibarət plov növü.

PARÇALAMA (ID - 32438)

"Parçalamaq” dan f.is.

PARÇALAMAQ (ID - 32439)

f. 1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq. - Köpək madyanın alt dodağını dartıbparçaladı. S.S.Axundov. // Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq. // Məc....

PARÇALANMA (ID - 32440)

“Parçalanmaq” dan f.is.

PARÇALANMAQ (ID - 32441)

1.” Parçalamaq” dan məch.
qayıd. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov....

PARÇA-TİKƏ (ID - 32442)

sif. Parça, qırıq, qalıq, xırda hissə. Parça-tikə çörək. // Is. mənasında. Parça-tikədən qurama tikmək.

PARDAQ (ID - 32443)

is. [fars. “pərdaxt” dan] Düz səth üzərində parıltı, parlaqlıq, cila.

PARDAQÇI (ID - 32444)

is. Sənəti mebel və s. pardaqlamaqdan ibarət olan, pardaqlama işi ilə məşğul olan; cilalayıcı, pardaqlayıcı (adam). Pardaqçı usta.

PARDAQLAMA (ID - 32445)

“Pardaqlamaq” dan f.is.

PARDAQLAMAQ (ID - 32446)

f 1. Üstünü bir şeylə sürtərək parıldatmaq, hamarladıb işıldatmaq; cilalamaq.
2. Tütün yarpaqlarını ipə düzüb asmaq.

PARDAQLANMA (ID - 32447)

“Pardaqlanmaq” dan f.is.

PARDAQLANMAQ (ID - 32448)

1. “Pardaqlamaq” dan məch. Stollarpardaqlandı. Dəripardaqlandı.
2. qayıd. Qəşəngləşmək, gözəlləşmək, təravətlənmək, çiçək kimi açılmaq. Pəri gül kimi pardaqlandı, yasəmən kimi çiçək açdı. “Qurbani” . [Nəcibə]...

PARDAQLANMIŞ (ID - 32449)

b ax pardaqlı. Sən hələ bilmirdin sevgi xoş gülüş; Sevgi pardaqlanmış əyin-baş deyil. S.Tahir.

PARDAQLATMA (ID - 32450)

“Pardaqlatmaq” dan f.is.

PARDAQLATMAQ (ID - 32451)

icb. Pardaqlama işi gördürmək, işıldatmaq, parıldatmaq, parıltı verdirmək, cilalatmaq. Mebeli ustaya pardaqlatmaq.

PARDAQLAYICI (ID - 32452)

1. sif Pardaqlama işi görən; pardaqlayan, cilalayıcı. Pardaqlayıcı dəzgah.
Bax pardaqçı.

PARDAQLI (ID - 32453)

sif Üzərinə pardaq verilmiş; pardaqlanmış, cilalanmış, işıldadılmış. Pardaqlı dəri.

PAREMİYA (ID - 32454)

is. [yun.] 1. Dini-əxlaqi hekayə // Hədis.
Kinayə, rəmz.
Idiomlar.

PAREZ (ID - 32455)

is. [yun.] Natamam iflic, bədənin müəyyən vəzifə daşıyan hissəsinin zəifləməsi. Parez olmaq.

PARƏBİZƏN (ID - 32456)

is. [fars.] zool. Üzərində qırmızı, sarı və ya ağ xallar olan böcək; xanımböcəyi.

PARILDADILMA (ID - 32457)

“Parıldadılmaq” dan f.is.

PARILDADILMAQ (ID - 32458)

“Parıldamaq” dan məch.

PARILDAMA (ID - 32459)

“Parıldamaq” dan fıs. Günün parıldamasına baxmayaraq, maşınla pambıq yığmaq mümkün deyildi. Ə.Vəliyev.

PARILDAMAQ (ID - 32460)

f Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq. İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. ..Şərq buludları altun kimi parıldayır, Ay və ulduzlar sönük bir halda gözdən itirdi.. Çəmənzəminli....

PARILDAŞMA (ID - 32461)

“Parıldaşmaq” dan f.is.

PARILDAŞMAQ (ID - 32462)

qarş. 1. Bərq vurmaq, parıltı vermək (çox şey haqqında); parlaşmaq. Pəncərələrdən içəri işıq dolur, teleqraf telləri, dəmir taxtapuşlar parıldaşırdı. Ə.Vəliyev. Yaşıl otlar üzərində xırdaca damcılar inci kimi parıldaşırdı....

PARILDATMA (ID - 32463)

“Parıldatmaq” dan f.is.

PARILDATMAQ (ID - 32464)

f Bir şeyi silməklə, yaxud üzərinə bir şey sürtməklə, çəkməklə ona parıltı vermək; işıldatmaq. Taxtanı pardaqlayıb parıldatmaq. // İşıldatmaq, parlatmaq. Dirəkdən asılmış iri fənərlərin işığı asfalt yolu parıldadırdı....

PARIL-PARIL (ID - 32465)

parıl-parıl parlamaq bax par-par parıldamaq (“par-par” da). Hanıparıl-parılparlayan gözlər? S.Rüstəm. Samovarlar parıl-parıl parlayaraq qaynayırdılar. S.Rəhman.

PARILTI (ID - 32466)

is. Qığılcım kimi saçan gözqamaşdırıcı işıq. Qaranlıq otaqda poqonların parıltısından özünü itirən,.. tüfəng-tapançalı Ələmdardan çəkinən Alagöz udqundu. S.Rəhimov. ..Brilyantların parıltısı qaranlıqda şəfəq saçdı....

PARILTILI (ID - 32467)

sif Parıltısı olan, parıldayan, bərq vuran. Dağ gülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə doldu. M.Dilbazi.

PARİK (ID - 32468)

[fr.] Parçaya tikilmiş süni taxma saç. Parik qoymaq. Teatrpariki. - Parikin ən xırda təfərrüatında da zahiri bənzəyişə xüsusi fikir verilmişdi. M.Hüseyn.

PARİKLİ (ID - 32469)

sif. Başına parik qoymuş, başında parik olan.

PARİTET (ID - 32470)

is. [lat.] Bərabərlik, bərabər vəziyyət.

PARK (ID - 32471)

[ing.] 1. Xiyabanları, çiçəklikləri, nohurları və s. olan böyük bağ, ağaclıq. Mərkəzi mədəniyyət və istirahət parkı. Dənizkənarı park. - Səlim [Mehribanı] əski qəbiristanın yerində yeni salınmaqda olan parka apardı. S.Hüseyn....

PARKET (ID - 32472)

[fr.] 1. Hər hansı bir həndəsi şəkil formasında döşəmə salmaq üçün işlədilən kiçik hamar taxta parçaları.
2. Belə taxtacıqlardan düzəldilmiş döşəmə. [Veysəl] nəzərlərini silinmiş parketdən ayırmadı. B.Bayramov....

PARKETÇİ (ID - 32473)

is. Parket ustası, parket düzən fəhlə. Parketçilər briqadası.

PARLADILMA (ID - 32474)

“Parladılmaq” dan f.is.

PARLADILMAQ (ID - 32475)

bax parıldadılmaq.

PARLAQ (ID - 32476)

sif. 1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı. Parlaq günəş. - Atabala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal. Parlaq günün şöləsində; Gah yüyürür, gah dururdu. N.Rəfibəyli. // İşıqlı, ziyadar....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed