PARÇALAMAQf. 1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq. Kağızı parçalamaq. - Köpək madyanın alt dodağını dartıbparçaladı. S.S.Axundov. // Bütöv bir şeyi kəsmək, bölmək, doğramaq. Əti parçalamaq. // Məc. mənada. [Şamil] uzaqdan-uzağa alman əsgərini görəndə.. birbaş irəli atılıb onu dırnaqları iləparçalamaq istəyirdi. M.Hüseyn. // Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. Canavar qoyunu parçalamışdı.
[Kərim baba:] ..Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır. Şaiq. // Məc. mənada. İncə bir riqqət Rübabənin könlünü parçaladı. Mir Cəlal. Bir neçə hissəyə ayırmaq, bölmək. xüs. Tərkib hissələrinə, elementlərinə ayırmaq. Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq. Paylaşın - Hamı bilsin
|