İzahlı lüğət

POLİFONİK (ID - 33177)

sif [yun.] Polifoniyaya aid olan; çoxsəsli. Polifonik musiqi.

POLİKLINİKA (ID - 33178)

[yun.] Müxtəlif ixtisaslar üzrə əhaliyə (istər gələn, istərsə də evdə yatan xəstələrə) həkim yardımı göstərən tibb müəssisəsi.

POLİFONİYA (ID - 33179)

[yun. polyphonia] mus. Vokal və ya instrumental əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik.

POLİQLOT (ID - 33180)

[yun.] Çox dil bilən adam.

POLİQON (ID - 33181)

[yun.] Hərbi təlim, habelə müxtəlif silahların sınaqdan keçirilməsi üçün böyük sahə. Poliqonda təlim keçmək.

POLİQRAFÇI (ID - 33182)

is. Poliqrafiya sənayesi işçisi, poliqrafiya mütəxəssisi.

POLİQRAFIK (ID - 33183)

sif [yun.] Poliqrafiya ilə əlaqədar olan, poliqrafiyaya aid olan. Poliqrafik işlər. Kitabın poliqrafik keyfiyyəti. s

POLIQRAFIYA (ID - 33184)

[yun. polygraphia - çox yazı] Çap məhsulları istehsalının bütün növlərini əhatə edən texnika, sənaye sahəsi.

POLIMERLƏR (ID - 33185)

cəm [yun. polymeres - çox hissədən ibarət] Kimyəvi tərkibi eyni olan, lakin molekuldakı atomların miqdarına görə isə bir-birindən fərqlənən maddələr. // Həmin maddələrdən hazırlanan, düzəldilən. Polimer materiallar.

POLINEZİYA (ID - 33186)

is. [yun.] Sakit Okean adalar qrupu. Polineziya adaları vulkan mənşəlidir.

POLINEZIYALILAR (ID - 33187)

cəm Sakit okean adalarının (Polineziyanın) yerli əhalisi.

POLIOMIELIT (ID - 33188)

[yun. polios - boz və myelos - ilik] tib. Uşaq iflici.

POLIP (ID - 33189)

[yun. poly - çox və pus - ayaq]
zool. Yerindən hərəkət edə bilməyən dəniz heyvanı - bağırsaqboşluqluların oturaq növü. Şirin su polipi. Mərcan polipi.
2. tib. Burunun, analığın və s.-nin selikli qişasında əmələ gələn...

POLİS (ID - 33190)

[alm. polizai] 1. Polisiyada xidmət edən adam. Araz cavab verməyib polislər ilə birlikdə qapıdan çıxdı. A.Şaiq.
Polisiya, polis idarəsi. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev....

POLISEMIYA (ID - 33191)

[yun. poly - çox və sema işarə] dilç. Bir sözdə bir neçə mənanın olması; sözün çoxmənalılığı.

POLISIYA (ID - 33192)

[alm. polizei] 1. Mövcud quruluşun təhlükəsizliyini və onun qoymuş olduğu qanun-qaydaları qoruyan xüsusi inzibati orqan.
2. top. Bu orqanda xidmət edənlər; polislər.

POLISMEN (ID - 33193)

[ing. policeman] İngiltərə və ABŞ-da polis nəfəri; polis.

POLISMEYSTER (ID - 33194)

[alm. polizeimeistr] 1917-ci il inqilabından qabaq Rusiyada: iri şəhərlərin polis rəisi.

POLITEXNIK (ID - 33195)

sif. [yun.] 1. Texnikanın müxtəlif sahələrinə aid olan, onlarla bağlı olan. Politexnik institut. Politexnik muzey.
2. Politexnizm əsasında qurulmuş. Politexnik təhsil.

POLITEXNIKI (ID - 33196)

b ax politexnik 2-ci mənada.

POLITEXNIKÜM (ID - 33197)

[yun.] Politexnik məktəb.

POLITEXNIZM (ID - 33198)

[yun.] Şagirdi istehsalatın bütün əsas sahələri ilə nəzəri və əməli tanış etmək əsasında qurulmuş təlim sistemi.

POLITOLOQ (ID - 33199)

is. [yun.] Siyasətlə və siyasət elmi ilə məşğul olan adam; siyasətşünas, siyasətçi.

POLITURA (ID - 33200)

is. [lat.] Ağacdan olan məmulatın üzərinə çəkib işıldatmaq üçün spirtli lak, spirtdə həll edilmiş qatran məhlulu.

POLK (ID - 33201)

is. [rus.] Adətən diviziya, ya briqada tərkibinə daxil olan müstəqil qoşun vahidi. Qvardiya polku. Polk komandiri. Tank polku. - Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Mir Cəlal.

POLKA (ID - 33202)

is. [çex. polka] 1. Cəld oynanılan Avropa rəqslərindən birinin adı, habelə həmin rəqsin musiqisi. Nəfəsli musiqi çalsa polkanı; Qızısır köhnənin soyumus qanı. H.K.Sanılı.
2. Həmin rəqs ritmində musiqi əsəri. Raxmaninovun...

POLKÖVNIK (ID - 33203)

is. [rus.] Podpolkovnik rütbəsindən sonra gələn zabit rütbəsi və ya adı, habelə belə rütbəsi və ya adı olan şəxs. Uzun, gözü eynəkli, polkovnik rütbəsində ikinci bir zabit də buraya yanaşdı. S.Vəliyev.

POLKOVNIKLIK (ID - 33204)

is. Polkovnik rütbəsində olma.

POLONEZ (ID - 33205)

is. [fr.] Milli polyak rəqsi.

POLOVES (ID - 33206)

is. Türk tayfalarından biri və həmin tayfaya mənsub olan adam; qıpçaqlar.

POLYAK (ID - 33207)

Qərbi slavyan xalqlarından biri və bu xalqa mənsub adam.

POLYAKCA (ID - 33208)

sif və zərf Polyak dilində. Polyakca kitab. Polyakca-rusca lüğət.

POLYARLAŞMA (ID - 33209)

fiz. İşıq və elektromaqnit titrəyişlərinin müəyyən bir səth üzərində baş verməsi xassəsi.

POMADA (ID - 33210)

[fr.] Müxtəlif ətirli maddələrin qatışığından ibarət kosmetik yağ. Dodaq pomadası. - Çantasında cürbəcür pomada, üzyağı var; Dillənir dindirməmiş gərəksiz bir saz kimi. S.Rüstəm.

POMADALI (ID - 33211)

sif. Pomada çəkmiş (çəkilmiş), pomada sürtmüş (sürtülmüş). Pomadalı qız.

POMİDOR (ID - 33212)

[ital. pomidoro] Quşüzümü ailəsinə mənsub bostan bitkisi. Pomidor şitil etmək. // Həmin bitkinin girdə qırmızı meyvəsi. Bazardan pomidor almaq. - [Məcid kişinin] qabağındakı ağ süfrənin üstündə göygöyərti, pendir, çörək,...

PONÇİK (ID - 33213)

[pol. paczek] İçinə mürəbbə, riçal və ya başqa şirni qoyulan kömbə, qoğal.

PONÇO (ID - 33214)

is. [isp.] Düzbucaq biçimli plaş.

PONİ (ID - 33215)

[ing.] Kiçikboylu at cinsi.

PONTON (ID - 33216)

[fr.] 1. Müvəqqəti körpü və ya bir şeyi su üzərində saxlamaq üçün, yaxud da bərə kimi istifadə olunan yastıdibli gəmi, qayıq. // Belə gəmilərin üstündə qurulan müvəqqəti körpü. Ponton qurmaq. Ponton körpü.
2. Batmış...

PONTONÇU (ID - 33217)

is. Mühəndis qoşunları hissələrində xidmət edən hərbi qulluqçu; ponton quraşdırma mütəxəssisi.

POPLİN (ID - 33218)

is. [fr.] Qabarıq zolaqlı ipək və pambıq qarışığından parça.

POPULİST (ID - 33219)

is. və sif. [lat.] Populyarlıq və kütlənin rəğbətini qazanmaq üçün icrası qeyri-mümkün böyük vədlər verən siyasətçi və hərəkat.

POPULYAR (ID - 33220)

sif [lat. popularis - xalq]
Anlaşılan sadə dildə yazılmış; məzmunu, ifadə tərzi sadə olan; kütləvi. Populyar kitab. Populyar dildə yazılmış əsər.
2. Məşhur, geniş kütlələrin rəğbətini qazanmış. Populyar musiqi. Populyar...

POPULYARLIQ (ID - 33221)

is. Məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə, onun rəğbətini qazanma.

POPURRİ (ID - 33222)

is. [fr.] 1. Populyar opera, operetta, balet, xalq mahnıları və rəqs motivlərindən tərtib edilən musiqi əsəri.
2. Qarmaqarışıq.

POROŞOK (ID - 33223)

[rus.] Bərk maddənin toz halına salınmış hissəcikləri; toz.

PORS (ID - 33224)

“порция” sözünün canlı dildə işlənilən yanlış forması. [Tələbə:] Üçümüzə iki pors şişlik [sifariş] etdik. Qantəmir.

PORSİYA (ID - 33225)

[lat.] Yeməkxanada, restoranda bir adamlıq xörək və ya içki. [Mirzə Mahmud:] Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər. Ə.Haqverdiyev.

PORSUQ (ID - 33226)

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed