PATRİARX (ID - 32577)[yun. patriarches] 1. Qəbilə cəmiyyətində qəbilə başçısı.
2. Bir ölkədəki pravoslav kilsəsinin yüksək ruhani rütbəsi və bu rütbəni daşıyan şəxs. |
PATRİARXAT (ID - 32578)[yun.] 1. Bax pədərşahlıq.
2. Patriarxın idarəsi altında olan kilsə. |
PATRİARXLIQ (ID - 32579)is. Patriarxın vəzifəsi, işi; patriarx titulu.
|
PATRON (ID - 32580)[fr.] 1. Odlu silahlarda, əsasən tüfəng və tapançada atmaq üçün barıt, qırma və ya güllə ilə doldurulmuş pistonlu (kapsullu) metal, ya karton tağalaq (giliz). [Şərifzadə] keşikçidən aldığı silahla müqavimət göstərməyə başlayanda...
|
PATRONAJ (ID - 32581)is. [fr.] Ev şəraitində müalicə; profilaktik idarələrlə yanaşı, uşağın inkişafına və tərbiyəsinə nəzarət etmə.
|
PATRONDAŞ (ID - 32582)[alm. patrontasche] Tüfəng və tapança patronlarını qoymaq üçün yuvacıqları (gözləri) olan kəmər. [İmamverdi:] A kişi, patrondaş hanı? Yalandan küyə basmışdım. C.Cabbarlı. Fərman evə girdi, tüfəngini, patrondaşını çıxardıb,...
|
PATRONLAMA (ID - 32583)“Patronlamaq” dan f.is.
|
PATRONLAMAQ (ID - 32584)f. Silaha patron qoymaq; tüfəngi, ya tapançanı doldurmaq.
|
PATRONLU (ID - 32585)sif Patronu olan, patron qoyulmuş; dolu. Patronlu tüfəng.
|
PATRONSUZ (ID - 32586)sif Patronu olmayan, patron qoyulmamış; boş. Patronsuz tüfəng.
|
PATRÜL (ID - 32587)[fr.] Müəyyən bir rayonun təhlükəsizliyinə, nizam və qaydasına nəzarət etmək üçün ayrılmış əsgər, milis və s.-dən ibarət kiçik silahlı dəstə və ya hərbi gəmi, təyyarə. Patrul dəstəsi. Patrul təyyarəsi. - Bu müddətdə...
|
PAUZA (ID - 32588)[yun. pausis - kəsilmə] 1. Danışıq zamanı müvəqqəti dayanma, fasilə, ara vermə.
Musiqidə: ritm cəhətdən tənzim edilən fasilə. Musiqi əsərlərinin ifası zamanı işlədilən fasiləyə (tənəffüsə) pauza deyilir. “İbtidai... |
PAVİLYON (ID - 32589)[fr.] Bağlarda, parklarda və s.-də hər hansı bir məqsəd üçün tikilən kiçik yüngül tikili. Su pavilyonu. Gül pavilyonu. -Mağaza və pavilyonların al-əlvan titrək illüminasiyası, bəzəkli vitrinlər adamsız çox qüssəli görünürdü....
|
PAY1 (ID - 32590)is. 1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. [Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə. // Eyni mənada xörək haqqında. [Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər...
|
PAY2 (ID - 32591)is. [fars.] klas. Ayaq. Düşəydipayinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. Q.Zakir. Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki-payinə hər gün. C.Cabbarlı. Görəndə qamətini göz yaşım...
|
PAYA (ID - 32592)is. Bir şeyi saxlamaq üçün tir, dayaq, sütun; dirək. Sınmış şalbanın altına paya vurmaq. - ..Bəziləripaya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır. Ə.Vəliyev.
|
PAYACIQ (ID - 32593)is. Kiçik paya, balaca paya.
|
PAYAÇƏPƏRİ (ID - 32594)is. dan. Yerə basdırılmış payalardan düzəldilmiş çəpər. Payaçəpəri çəkmək.
|
PAYALAMA (ID - 32595)“Payalamaq” dan f.is.
|
PAYALAMAQ (ID - 32596)f Paya basdırmaq, paya vurmaq. Üzümlüyü payalamaq.
|
PAYALANMA (ID - 32597)“Payalanmaq” dan f.is.
|
PAYALANMAQ (ID - 32598)məch. Paya basdırılmaq, paya vurulmaq.
|
PAY-BÖLÜŞ (ID - 32599)pay-bölüş etmək (eləmək) bölüşdürmək, aralarında paylaşdırmaq. ..Şahmar bəy bir neçə ildi mal-dövləti pay-bölüş edib [Şah bəydən] aralanmışdı. Ə.Əbülhəsən. [Nəcəfalı:] Buyurun yenə başda əyləşin, elin var-yoxunu...
|
PAYÇI (ID - 32600)is. Hər hansı bir işdə payına düşən pulu verərək üzv olan adam (b ax pay1 6-cı mənada). Payçıların iclası.
|
PAYDAR (ID - 32601)is. və sif. [fars.] klas. Davamlı, qaim, sabit, sürəkli. Bəxtəvər, Vahid, o kəslərdir ki, bu xoş aləmdədir! Hər zaman bu şən həyatı paydar istər könül. Ə.Vahid. □ Paydar olmaq - sabit olmaq, qaim olmaq, davam etmək. [Vaqif İrakli...
|
PAYƏ (ID - 32602)is. [fars.] klas.: nə payədə - nə dərəcədə, nə qədər. [Həsənağa Hacı Quluya:] Görürsən, hacı, xalq nə payədə qudurub?.. Ə.Haqverdiyev. İndi bu qədərpulun vəbalı nə payədə ağır olacağını qiyasa gətirib biçarə muzdur...
|
PAYƏNDAZ (ID - 32603)[fars.] bax ayaqaltı 1-ci mənada.
|
PAYIZ (ID - 32604)is. [fars.] İlin yaydan sonra gələn fəsli. Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi.. S.S.Axundov.
|
PAYIZGÜLÜ (ID - 32605)is. bot. Əsasən oktyabrnoyabr aylarında çiçəklənən müxtəlif rəngli iri gül; xrizantem. Ağ payızgülü. Payızgülü dərmək.
|
PAYIZLIQ (ID - 32606)sif Payıza, payız fəslinə məxsus, payız üçün ayrılmış, bir payıza bəs edəcək qədər olan. Payızlıq yem. Payızlıq taxıl. // Payızda yetişən, yaxud payızda açan. ..Bir neçə səbət payızlıq armud gətiriləcək. Ə.Əbülhəsən....
|
PAYIZSİYƏNƏYİ (ID - 32607)is. zool. Siyənək balığının gözlərinin iriliyi ilə fərqlənən növü.
|
PAYLAMA (ID - 32608)"Paylamaq” dan f.is.
|
PAYLAMAQ (ID - 32609)f Çoxları arasında bölüşdürmək, hərəyə öz payını vermək. Maaş paylamaq. - [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov. Yusif sovxozdan cibinə qoyduğu almaları uşaqlarınapaylayıb...
|
PAYLANIŞ (ID - 32610)is. Paylanma işi; paylanma.
|
PAYLANMA (ID - 32611)"Paylanmaq” dan f.is.
|
PAYLANMAQ (ID - 32612)məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Dəvətnamələrpaylandı. - Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli. Yataqxanada...
|
PAYLAŞDIRILMA (ID - 32613)“Paylaşdırılmaq” dan f.is.
|
PAYLAŞDIRILMAQ (ID - 32614)məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı. M.S.Ordubadi.
|
PAYLAŞDIRMA (ID - 32615)“Paylaşdırmaq” dan f.is.
|
PAYLAŞDIRMAQ (ID - 32616) |
PAYLAŞMA (ID - 32617)“Paylaşmaq” dan f.is.
|
PAYLAŞMAQ (ID - 32618)qarş. Öz aralarında bölüşdürmək, hərə öz payını götürmək.
|
PAYLAYICI (ID - 32619)is. tex. Maşınlarda, mühərriklərdə, cihazlarda və s.-də qaz, buxar, elektrik enerjisi və s.-nin verilməsini nizama salan hissə, qurğu. Avtomobilin paylayıcı qutusu. Paylayıcı qurğu.
|
PAYLI-LÜŞLÜ (ID - 32620)sif və zərf dan. Pay gətirən və ya aparan; payla gələn və ya yola salınan. Paylı-lüşlü qonaq. - Birinci dəfə [Veysəli] yadına salan, paylı-lüşlü yanına gələn usta Qaçay idi. Ə.Vəliyev.
|
PAY-LÜŞ (ID - 32621)is. dan. Pay, hissə, qismət. Ellər bu dünyadan pay-lüş alanda; Azadlıq sovqatı adıma gəldi. M.Rahim.
|
PAYMAL (ID - 32622)is. [fars. ]: paymal etmək (eləmək) - ayaq altına salmaq, zəlil etmək, təhqir etmək. Neyləmişdi sənə Vaqif a zalım; Onu qəm əlində payimal etdin. M.P.Vaqif. Paymal olmaq - ayaq altına düşmək, heç olmaq, zay olmaq, məhv olmaq, xar...
|
PAY-PİYADA (ID - 32623)dan. bax piyada 1-ci mənada. Kəl Həsən Simurqun qanadınnan öpüb, pay-piyada gəlib çıxdı Bəndərpuşa. (Nağıl). [Murad:] Nuriyyə xanım stansiyadan paypiyada gəlirdi. İ.Əfəndiyev.
|
PAYTAXT (ID - 32624)is. [fars.] Dövlətin, hökumətin və hökumət idarələrinin yerləşdiyi baş şəhəri. Bakı Azərbaycanın paytaxtıdır.
|
PAZ (ID - 32625)is. Bir şeyi yarmaq, ya genəltmək üçün ucu nazik, getdikcə yoğunlaşan ağac və ya dəmir parçası. Ağacı pazla yarmaq.
|
PAZAQ (ID - 32626)is. məh. 1. Olduqca arıq adam.
2. Yağsız ət. |
Bu səhifə dəfə baxılıb