İzahlı lüğət

PALANLI (ID - 32277)

sif Dalında palanı olan; çullu. Bir gün .. palanlı ata minmiş bir qocanı darvazamızın ağzında durmuş gördüm. S.S.Axundov.

PALATA (ID - 32278)

[lat. palatium - saray] 1. Xəstəxanalarda və müalicə müəssisələrində xəstələr yatan otaqlardan hər biri. Bir az sonra həkim palataları gəzəcəkdi. Ə.Əbülhəsən.
Bəzi ölkələrdə nümayəndəlik orqanlarının adı. Aşağı...

PALAZ (ID - 32279)

is. Yundan və ya pambıqdan toxunma enli, uzun, qalın, xovsuz xalça növü. Hücrənin fərşi ibarətdi birpalazdan. C.Məmmədquluzadə.

PALAZQULAQ (ID - 32280)

sif 1. Qulaqları çox yekə olan; iriqulaqlı, yekəqulaqlı. Palazqulaq adam.
məc. dan. zar. İri kağız pula zarafatla verilən ad. Palazqulaq iyirmibeşlik. - Bir palazqulaq yüzlük [məhkəməyə], birpalazqulaq yüzlük dəpristavın ovcuna...

PALAZLIQ (ID - 32281)

sif. Palaz toxumaq üçün yarayan, palaz toxumaq üçün ayrılmış. Palazlıq iplik.

PALAZTOXUYAN (ID - 32282)

sif. və is. Palaz toxumaqla məşğul olan (adam).

PALÇIQ (ID - 32283)

is. 1. İslanaraq horra halına gəlmiş torpaq. Ayaqqabılarını palçığa batırmaq.
..Yolun palçığından tərpənmək olmayırdı. Ə.Haqverdiyev. Müalicə məqsədilə istifadə olunan dəniz, yaxud çay lili və ya tərkibində müxtəlif...

PALÇIQÇI (ID - 32284)

is. Palçıq (4-cü mənada) tutan və palçığı bənnaya verən bənna köməkçisi. Palçıqçı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. C.Cabbarlı.

PALÇIQÇILIQ (ID - 32285)

is. Palçıqçının işi, peşəsi. Palçıqçılıqla məşğul olmaq.

PALÇIQLAMA (ID - 32286)

"Palçıqlamaq” dan f.is.

PALÇIQLAMAQ (ID - 32287)

f 1. Palçıq vurmaq, palçıq sürtmək; malalamaq. Divarı palçıqlamaq.
2. Palçığa bulamaq (bulaşdırmaq), palçıqlı olmaq. Paltosunu palçıqlamaq.

PALÇIQLANMA (ID - 32288)

“Palçıqlanmaq” dan f.is.

PALÇIQLANMAQ (ID - 32289)

1. məch. Palçıq vurulmaq, palçıq sürtülmək; malalanmaq. Divar palçıqlandı.
2. qayıd. Palçığa bulanmaq. Üst-başı palçıqlandı.

PALÇIQLATMA (ID - 32290)

“Palçıqlatmaq” dan f.is.

PALÇIQLATMAQ (ID - 32291)

icb. 1. Palçıq vurdurmaq, palçıq sürtdürmək; malalatmaq. Barını palçıqlatmaq.
2. Palçığa bulatmaq, palçığa bulaşdırmaq.

PALÇIQLI (ID - 32292)

sif 1. Palçıq basmış, palçıqla örtülü. Palçıqlı yer. Palçıqlı səki. - Polad asfaltlı küçədən çıxıb, palçıqlı bir döngəyə girdi. S.Rəhman. Qabaqda sürüşkən və palçıqlı kəndyolu görünürdü. H.Seyidbəyli.
2....

PALÇIQLIQ (ID - 32293)

is. Çoxlu palçıq olan yer; zığlıq, lehməlik. Palçıqlıqda batmaq.

PALÇIQTUTAN (ID - 32294)

sif və is. Bina tikmək üçün palçıq (4-cü mənada) hazırlayan. Palçıqtutan fəhlə. - Burada bənnalar, daşdaşıyanlar, palçıqtutanlar həvəslə, tər tökərək işləyirdilər. M.İbrahimov. [Biri] palçıqtutan, daşyonan, divartikən...

PALEOANTROP (ID - 32295)

is. [yun.] 250-350 min il əvvəl Avropa, Asiya və Afrikada yaşamış qədim insanlar; neandertal adamı.

PALEOQRAF (ID - 32296)

[yun.] Paleoqrafiya mütəxəssisi, qədim əlyazmaları tədqiqatçısı.

PALEOQRAFİYA (ID - 32297)

[yun. palaios və grapho] Yazı tarixini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən tarixi filoloji fənn.

PALEOLİT (ID - 32298)

[yun. palaios və lithos] Daş əsrinin ən qədim dövrü. Paleolit əsri.

PALEONTOLOGİYA (ID - 32299)

[yun. palaios, ontos və logos] Qazıntı nəticəsində tapılan nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elm.

PALEONTOLOJİ (ID - 32300)

“Paleontologiya” dan sif Paleontoloji tədqiqat. Paleontoloji atlas.

PALEONTOLOQ (ID - 32301)

[yun.] Paleontologiya mütəxəssisi.

PALEOZAVR (ID - 32302)

[yun. palaios və zavros] Qazıntı nəticəsində tapılmış nəhəng kərtənkələ.

PALEOZOY (ID - 32303)

[yun. palaios və zoe] Yerin geoloji tarixində mezozoy dövründən əvvəlki dövr. Paleozoy dövrü.

PALID (ID - 32304)

is. bot. Qoza şəklində meyvəsi olan, möhkəm oduncaqlı, iri yarpaqlı ağac. [Dər viş:] Qoca baltanı götürüb, uzaqda duran palıd ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı.. A.Divanbəyoğlu.

PALIDLI (ID - 32305)

sif. Palıd ağacı olan, palıd ağacı bitmiş, palıd ağaclarından ibarət. [Qız dedi:] Nəbi ilə Həcərin oylaqlarından birisi olan Şırlanbulağın yanında sıx palıdlı meşədə düşdük. S.Rəhimov. Meşələr görmüşəm qocapalıdlı;...

PALIDLIQ (ID - 32306)

is. Çoxlu palıd ağacı olan yer, palıd meşəsi. Palıdlıqda odun doğramaq.

PALİTRA (ID - 32307)

is. [fr.] 1. Rəssamın iş prosesində rəng qarışdırdığı nazik taxta parçası; sini, saxsı lövhə.
2. Rəssamın yaradıcılıq üslubuna xas olan bədii ifadə vasitələrinin məcmusu.

PALLI-PALTARLI (ID - 32308)

bax pal-paltarlı. Zərnigar xanım bu dəfə dinmədi. Elə pallı-paltarlı yerinə uzandı. I.Şıxlı.

PALMA (ID - 32309)

[lat.] Uca, düz gövdəsinin başında yelpikvari budaqlardan ibarət tacı olan, isti ölkələrdə bitən həmişəyaşıl ağac. Qatar, palma ağacları içərisində gizlənən stansiyanın qabağında dayandı. M.S.Ordubadi.

PALMALIQ (ID - 32310)

is. Çoxlu palma ağacı bitmiş yer.

PAL-PALTAR (ID - 32311)

top. Paltar, geyim, üst-baş; paltarlar. [Muzdur] ..pal-paltarı öz tərtib və səliqəsi ilə bir-birinin üstünə dərişdirdi. S.M.Qənizadə. Anam pal-paltarımı səliqə ilə hazırladı. İ.Əfəndiyev.

PAL-PALTARLI (ID - 32312)

b ax paltarlı. Pal-paltarlı yatmaq.

PALPASİYA (ID - 32313)

is. [lat.] tib. Xəstəni müayinə etmək üsulu.

PALTAR (ID - 32314)

is. Əyinə geyilən hər növ geyim; libas. İş paltarı. Ev paltarı. Paltar tikdirmək. - Elçilər qızı təzə paltarda görəndə heyran-heyran bir-birlərinin üzünə baxdılar. Çəmənzəminli. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim...

PALTARASAN, PALTARASILAN (ID - 32315)

is. Paltar asmaq üçün xüsusi düzəldilmiş asqı aləti. İmran kişi papağını çıxardıb, dəmir paltarasılandan asdı. M.Hüseyn. Qapıların yanında .. qoz ağacından qayrılmış paltarasanlar qoyulmuşdu. M.Ibrahimov.

PALTARBİÇƏN (ID - 32316)

sif. Parçadan paltar biçən. Paltarbiçən qadın. // İs. mənasında. Parçadan paltar biçən usta, dərzi.

PALTARÇI (ID - 32317)

sif. və is. Ictimai yerlərdə gələnlərin paltarını saxlamaqla məşğul olan; qarderobçu. Paltarçı qadın. - Paltarçı qız çıxarılan paltarları yuyanlara, təmizləyənlərə və ütüləyənlərə verdi. M.S.Ordubadi.

PALTARKƏSDİ (ID - 32318)

PALTARLI (ID - 32319)

sif. Əynində paltarı olan; geyimli. [Əsgərləri] qarşılayıb alqışlayan çox idi: cırıq çarıqlı, yırtıq paltarlı muzdurlar.. H.Nəzərli.

PALTARLIQ (ID - 32320)

sif. Paltar tikmək üçün yarayan, paltar tikmək üçün ayrılmış. Paltarlıq çit. - Rüxsarə Nənəqız üçün aldığı paltarlıq parçanı, haşiyəli yaylığı, bir cüt də yastıdaban ayaqqabını çıxartdı. S.Rəhimov. // İs. mənasında....

PALTARTİKƏN (ID - 32321)

1. is. Paltar tikməklə məşğul olan usta; dərzi.
2. sif. Paltar tikməyə məxsus. Paltartikən maşın.

PALTARYUYAN (ID - 32322)

sif. 1. İşi paltar yumaqdan ibarət olan, paltar yumaqla məşğul olan. Paltaryuyan qadın [Aslanı] səmimiyyətlə qarşılayıb oturmasını xahiş etdi. S.Vəliyev. Paltar yumağa məxsus. Yeni növ paltaryuyan maşınlar da öz quruluşu etibarilə...

PALTAVA (ID - 32323)

is. Doşab, yağ və undan hazırlanan halva növü.

PALTO (ID - 32324)

[fr.] Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi. Uşaq paltosu.
[Mehriban] şkafdan paltosunu alıb geydi. S.Hüseyn.

PALTOLUQ (ID - 32325)

is. Palto tikmək üçün yarar, palto tikmək üçün ayrılmış. Paltoluq drap. // İs. mənasında. Palto tikmək üçün yarayan parça. 3 metr paltoluq almaq.

PALTUS (ID - 32326)

is. Qalxanbalıqlar fəsiləsindən balıq növü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed