İzahlı lüğət

PALÇIQLI

sif 1. Palçıq basmış, palçıqla örtülü. Palçıqlı yer. Palçıqlı səki. - Polad asfaltlı küçədən çıxıb, palçıqlı bir döngəyə girdi. S.Rəhman. Qabaqda sürüşkən və palçıqlı kəndyolu görünürdü. H.Seyidbəyli.
2. Palçığa batmış, palçığa bulanmış. Palçıqlı ayaqqabı. Palçıqlı maşın. - ..Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni yerə döşüyüb başlayırlar küftəyeməyə. C.Məmmədquluzadə. [Rüstəm] çox gec, üst-başı palçıqlı və yorğun-arğın halda evə qayıtdı. M.İbrahimov. // Bulanıq, lehməli. Palçıqlı su.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed