İzahlı lüğət

PARLAQLIQ (ID - 32477)

is. Parlaq şeyin hal və keyfiyyəti. Lakın parlaqlığı. Şüşənin parlaqlığı.
Gülşən belə hesab edirdi ki, göy üzündəki ulduzlara parlaqlıq verən, onları ucaldan Qəhrəmanlar kəndinin zəhmətsevər, fədakar cavanlarıdır....

PARLAMA (ID - 32478)

“Parlamaq” dan f.is.

PARLAMAQ (ID - 32479)

1. B a x parıldamaq. Vaqifin sınaqlı gözləri arvadına rast gələrəkparladı. Çəmənzəminli. Ulduzlar da parlayır bir cüt qara gözüntək.. M.Rahim.
f məc. Ad-san qazanmaq, nüfuz və etibar qazanmaq, adı yüksəlmək, adı çıxmaq,...

PARLAMAN (ID - 32480)

bax parlament. O, bir gün parlaman önündə durmuş; Kimsəsizlər kimi boynunu burmuş; Baxırdı qayəsiz bir izdihama. M. Müşfiq.

PARLAMENT (ID - 32481)

[fr.] Bütünlüklə və ya qismən seçilmiş nümayəndələrdən təşkil olunmuş ali qanunverici məclis. Parlament binası.

PARLAMENTARIZM (ID - 32482)

[fr.] Başda parlament olan dövlət idarə sistemi.

PARLAMENTLİ (ID - 32483)

sif Parlamentarizmə əsaslanan. Parlamentli respublika.

PARLATMA (ID - 32484)

“Parlatmaq” dan f.is.

PARLATMAQ (ID - 32485)

b a x parıldatmaq. Ey div addımlarilə yüksələn diyar; Fikrini xalqımın zövqilə parlat! M. Müşfiq.

PARLAYICI (ID - 32486)

sif Parlaq, parlayan, parıldayan.

PARLAYIŞ (ID - 32487)

is. Parlama, parıldama, işartı, işıq. Eldən qanad aldım, şimşəkdən sürət; Günəşdən parlayış, mühitdən qüvvət. A.Şaiq.

PARNİK (ID - 32488)

[rus.] Şitil, gül, tezyetişən tərəvəz, göyərti yetişdirmək üçün üstü şüşə salınmış çərçivələrlə örtülü ləklərdən ibarət oranjereya növü; şitillik. Parnikdə şitil yetişdirmək. Parnikdən xiyar dərmək. - [Teymur]...

PARODİYA (ID - 32489)

[yun.] Satirik ədəbiyyatın növlərindən biri; hər hansı ədəbi cərəyanı, janrı, məşhur yazıçını, yaxud əsəri məsxərəyə qoymaq məqsədilə yazılan əsər. Sabirin parodiyaları. Musiqi parodiyası. Parodiya yazmaq.

PAROXOD (ID - 32490)

[rus.] Buxar mühərriki ilə hərəkətə gətirilən gəmi.

PAROXODÇU (ID - 32491)

is. köhn. Paroxod sahibi.

PAROL (ID - 32492)

[fr. parole - söz] Hərbi xidmət və ya gizli təşkilatlarda öz adamlarını tanımaq üçün işlədilən məxfi, şərti söz və ya ifadə.
Dayan! - Ozgə deyil; - Söylə parolu! M.Rahim.

PAROVOZ (ID - 32493)

[rus.] Dəmir yolunda qatarları çəkib aparmaq üçün buxar mühərrikli lokomotiv. Parovoz deposu. Parovoz tüstüsü.
Yalnız parovozun fiti eşidilirdi. M.Hüseyn.

PAROVOZÇU (ID - 32494)

is. Parovozu sürən, parovoza xidmət edən dəmiryolçu.

PAR-PAR (ID - 32495)

par-par parıldamaq - gözləri qamaşdıracaq dərəcədə parıldamaq. Pəncərələrpar-parparıldayır. Stolun üstüpar-par parıldayır.

PART (ID - 32496)

təql. Partlayan, yaxud atılan və yaxud da yerə düşən ağır bir şeydən çıxan səs.

PARTAPART (ID - 32497)

is. Çoxlu silahdan atəş açılarkən çıxan səs. Göydən dolu kimi top gülləsi tökülür, partapartdan qulaq tutulur. Ə.Əbülhəsən.

PARTER (ID - 32498)

[fr.] Tamaşa zalının tamaşaçılar üçün yerləri olan aşağı mərtəbəsi. Parterə bilet almaq. Parterin 3-cü sırası.

PARTILDAQ (ID - 32499)

is. Ağacdan, qamışdan, kağızdan və s.-dən düzəldilmiş tapança kimi səslənən uşaq oyuncağı.

PARTILDAMA (ID - 32500)

"Partıldamaq” dan f.is.

PARTILDAMAQ (ID - 32501)

f. Partıltı səsi çıxarmaq; partlamaq, part-part eləmək.

PARTILTI (ID - 32502)

is. 1. Partlayış səsi, partlayan şeyin çıxardığı səs, partlayışa bənzər səs. Ağayarın balkonunda yüngül birpartıltı eşidildi. Ə.Əbülhəsən.
2. Hay-küy, dava-dalaş, qarğaşalıq. Bir partıltı qopdu ki... - [Ədil bəy:]...

PARTİTURA (ID - 32503)

[ital.] Çoxsəsli musiqi əsərinin bütün partiyalarının (3-cü mənada) məcmusu. Operanın partiturası. // Belə əsərin bütün partiyalarının yazıldığı not dəftəri.

PARTİYA (ID - 32504)

[fr.] 1. Bir sinfin, siyasi təşkilat şəklində birləşmiş, öz sinfi mənafeyini ifadə və başqa siniflərlə mübarizəsinə rəhbərlik edən hissəsi. Siyasi partiyalar.
Adətən böyük miqdarda olan şey, mal və s. Bir partiya mal. Yükləri...

PARTİZAN (ID - 32505)

[fr.] Düşmən arxasında müstəqil hərəkət edən silahlı xalq dəstələrinin iştirakçısı. Partizanlar tez-tez yerlərini dəyişir, hər gün də təzə bir üsul işlədirdilər. M.Hüseyn.

PARTİZANÇILIQ (ID - 32506)

is. 1. Qeyri-mütəşəkkil, intizamsız, özbaşına hərəkət, özbaşınalıq.

Partizançılıq (ID - 32507)

etmək - bir işi özbaşına etmək, bir işi özbaşına görmək, heç kəslə hesablaşmayaraq, intizam gözləmədən hərəkət etmək.
Bax partizanlıq 1-ci mənada.

PARTİZANLIQ (ID - 32508)

is. 1. Partizan mübarizəsində, partizan dəstəsində iştirak etmə; partizan hərəkatı, partizan mübarizəsi. □ Partizanlıq etmək - partizan mübarizəsi aparmaq, partizan dəstəsində iştirak etmək, partizan olmaq.
Bax partizançılıq...

PARTLADICI (ID - 32509)

sif. Partlatmaq işi ilə məşğul olan, partlatmaq üçün olan. Partladıcı maddə. Partladıcı qurğu.

PARTLADILMA (ID - 32510)

“Partladılmaq” dan f.is.

PARTLADILMAQ (ID - 32511)

“Partlatmaq” dan məch. Partladılmış (f.sif.) bomba. - Surxay partladılacaq qayaya göz gəzdirdi. Dinamit qoydurdu. M.İbrahimov.

PARTLAQ (ID - 32512)

sif Partlamış halda olan; partlamış.

PARTLAMA (ID - 32513)

“Partlamaq” dan f.is.

PARTLAMAQ (ID - 32514)

f 1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncımxıncım olmaq, qəlpələnmək. Bomba partladı. Körpü minadan partladı. - Səfər və Tanrıverdi .. başlarını aşağı dikərək baxırkən quyu içində partlayan qazın...

PARTLATMA (ID - 32515)

“Partlatmaq” dan f.is. [Daşlar] kanal qazılarkən aparılan partlatma işlərinin nəticəsidir.. M.İbrahimov.

PARTLATMAQ (ID - 32516)

f 1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq. Dağı partlatmaq.
[frəngiz:] Qabağı kəsən, mane olan sal qayaları necə də partladıb dərəyə endirirlər. B.Bayramov. // Partlayış əmələ gətirib dağıtmaq, məhv etmək. Düşmən...

PARTLAYAN (ID - 32517)

sif. 1. B a x partlayıcı.
2. Partlayış nəticəsində tələffüz olunan (bax partlayış 3-cü mənada). Partlayan samitlər.

PARTLAYICI (ID - 32518)

sif Partlayan, partladıcı. Partlayıcı maddələr.

PARTLAYIŞ (ID - 32519)

is. 1. Partlama işi; partlama. Mərminin partlayışı. Bomba partlayışı.
[Əmrahov:] Bənd quranlar bu günlərdə partlayış [işləri] aparacaqlar. Q.İlkin.
fəls. Hər hansı bir hadisənin, antaqonistik ziddiyyət əsasında köhnə keyfiyyətdən...

PARTLAYIŞLI (ID - 32520)

bax partlayan.

PARTNYOR (ID - 32521)

is. [fr.] Çeşidli sahələrdə bir-birilə qarşılıqlı əlaqədə olanların hər biri; tərəf müqabili.

PARUSİN (ID - 32522)

[rus. napycинa - yelkənlik parça] Kobud bərk kətan parça növü. // Həmin parçadan tikilmiş. Parusin şalvar. - Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. [Oğlanın] əynində ütülənmiş ağ parusin paltar...

PAS1 (ID - 32523)

is. 1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş...

PAS2 (ID - 32524)

is. [fr.] Oyunda növbəni buraxmaq (“məndən keçdi” mənasında).

PAS3 (ID - 32525)

is. [ing.] Topu bir-birinə ötürmə.

PASAJ (ID - 32526)

[fr.] Hər iki tərəfində dükanlar olan örtülü qalereya. Kitab pasajı. - [Oğlan] bir gün şəhərin ən məşhur pasajının anbarında olan meyxana qarşısında durub ov arayırdı. A.Şaiq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed