PAS1is. 1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələ gələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarları yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır.. M.Ibrahimov. □ Pas atmaq (basmaq, tutmaq) - bax paslanmaq. ..Rəflərdə pas basmış .. qablar üst-üstə yığılmışdı. Çəmənzəminli. Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq. S.Vurğun. Pas yemək pasdan xarab olmaq, yeyilmək (metal şeylər haqqında). ..Dəmir civləri, mıxları pas yeyib naziltmişdi. B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Gözüm gördü, gönlüm qəmdən ayıldı; Şikəstə könlümün pası silindi. Aşıq Ələsgər. Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. Aşıq Kərəm.
xüs. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə. məc. Eyib, nöqsan, ləkə. □ Pası (pasının üstü) açılmaq - eybi, nöqsanı, gizli işləri aşkara çıxmaq, faş edilmək, ifşa olunmaq. Pasını (pasının üstünü) açmaq - eybini, nöqsanını, gizli işlərini açıb demək, faş etmək, aşkara çıxarmaq. Mənə qohum oldu bu cür biədəb; Varımı korladı, pasımı açdı. M.S.Ordubadi. “Bir” sözü ilə - bir müddət, bir vaxt. ..Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. “Koroğlu” . Ilyas gecədən bir pas keçirdib, durub getməkdə olsun. (Nağıl). Paylaşın - Hamı bilsin
|