PROJEKTOR (ID - 33377)[fr. projecteur, əsli lat. projectio - irəli atılmış] İstənilən tərəfə paralel işıq şüaları salan güclü işıqlandırıcı cihaz. [M.Qorki] xitabət kürsüsünə qalxdığı zaman hər tərəfdən projektorları ona tərəf yönəltdilər....
|
PROJEKTORÇU (ID - 33378)is. Projektorlarla işləyən, projektoru idarə edən şəxs.
|
PROKAT (ID - 33379)[rus.] tex. Metalı fırlanan vallar arasında sıxmaqla emal etmə. Boru prokatı.
|
PROKATÇI (ID - 33380)is. Prokat sexində işləyən fəhlə.
|
PROKRİPSİYA (ID - 33381)is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundankənar elan edilmiş şəxslərin siyahısı.
|
PROKUROR (ID - 33382)[lat. procurare - qayğısına qalmaq] 1. Qanunların dəqiq və dürüst yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs. Rayon prokuroru. Prokurorun sanksiyası.
2. Məhkəmə prosesində dövlət ittihamçısı.... |
PROKURORLUQ (ID - 33383)is. 1. Qanunların yerinə yetirilməsinə nəzarət edən və qanunu pozanları məsuliyyətə cəlb edən dövlət orqanı. Rayon prokurorluğu.
2. Prokuror vəzifəsi, prokuror vəzifəsini ifa etmə. |
PROQNOZ (ID - 33384)[yun. prognosis] Əldə olan elmi dəlillərə əsasən hər hansı bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında fikir söyləmə. // tib. Xəstəliyin gedişindəki bütün məlumatlara əsasən onun nəticəsi haqqında fikir söyləmə....
|
PROQRAM (ID - 33385)[programma - elan, sərəncam]
Görüləcək iş, fəaliyyət və s.-nin planı. Sənayeni inkişaf etdirməkproqramı. Siyasi partiyanın, yaxud hər hansı bir siyasi və ya ictimai xadimin öz qarşısına qoyduğu məqsəd və məramı şərh... |
PROQUL (ID - 33386)[rus.] Üzürsüz işə gəlməmə, işə çıxmama; işburaxma.
□ Məcburi proqul - qanunsuz olaraq işə buraxılmadığına görə vəzifəsini yerinə yetirə bilməmə. |
PROQULÇU (ID - 33387)is. Üzürsüz işə çıxmayan, proqul edən işçi; işburaxan.
|
PROLETAR (ID - 33388)[lat.] 1. Müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Proletar sinfi. - Bir qolumuz oldu; bir də ki zindan; Tarix proletar ad verdi bizə. S.Vurğun.
köhn. Yoxsul, heç bir mülkiyyəti olmayan adam. |
PROLETARİAT (ID - 33389)[lat. proletarius] bax proletar 1 -ci mənada.
|
PROLETARLAŞDIRMA (ID - 33390)“Proletarlaşdırmaq” dan f.is.
|
PROLETARLAŞDIRMAQ (ID - 33391)t-li. Muzdlu fəhləyə, proletara çevirmək; yoxsullaşdırmaq.
|
PROLETARLAŞMA (ID - 33392)f.is. Kapitalizm şəraitində xırda əmtəə istehsalçıları (kəndlilərin, sənətkarların, kustarların və b.) labüd olaraq müflisləşib yoxsullaşması və proletarlara çevrilməsi.
|
PROLETARLAŞMAQ (ID - 33393)f Muzdlu fəhləyə, proletara çevrilmək.
|
PROLOQ (ID - 33394)[yun. pro - ön və logos - söz, nitq] Ədəbi və ya musiqi əsərinin giriş hissəsi.
|
PROPELLER (ID - 33395)[lat. propellere - irəli itələmək] Təyyarə, aeroxizək, qlisser və s.-ni hərəkətə gətirən hava vinti; pər.
|
PROREKTOR (ID - 33396)[lat. pro - yerində, əvəzində və rector - rəhbər] Rektorun müavini, köməkçisi.
|
PROSES (ID - 33397)[lat. processus - gediş] 1. Hər hansı bir hadisənin gedişi. Bitkinin inkişaf prosesi. // Müəyyən nəticə əldə etmək məqsədilə görülən ardıcıl işlərin məcmusu. Texnoloji proses. Neftçıxarma prosesi.
Xəstəliyin aktiv inkişafı,... |
PROSESSUAL (ID - 33398)sif. [lat.] hüq. Prosesə aid olan, proseslə (3-cü mənada) əlaqədar olan. Prosessual məcəllə.
|
PROSKRIPSİYA (ID - 33399)is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundan kənar elan edilmiş şəxslərin siyahısı.
|
PROSPEKT1 (ID - 33400)[lat. prospectus - görünüş, mənzərə] Şəhərdə böyük enli və düz küçə. Nərimanov prospekti.
|
PROSPEKT2 (ID - 33401)[lat.] Gələcək elmi əsərin, dərsliyin, məcmuənin və s.-nin müfəssəl planı. Kitabın prospekti. // Vərəqə və ya kitabça şəklində reklam.
|
PROSTAT (ID - 33402)is. Kişilərdə cinsiyyət vəzisi.
|
PROTEIN (ID - 33403)is. [yun.] Sadə zülal.
|
PROTEKTORAT (ID - 33404)[lat.] Güclü dövlətin zəif dövləti özünə tabe etmə formalarından biri (belə bir şəraitdə tabe ölkə öz dövlət quruluşunu saxlasa da, əslində müstəqilliyini tamamilə itirmiş olur).
|
PROTESTANT (ID - 33405)[lat. protestans - etiraz edən] Protestantlığa (protestantizmə) mənsub olan, ona etiqad edən adam.
|
PROTESTANTİZM (ID - 33406)[lat.] XVI əsrdə katolisizmə protest əlaməti olaraq reformasiya ilə əlaqədar əmələ gələn müxtəlif xristian məzhəblərinin ümumi adı; protestantlıq.
|
PROTESTANTLIQ (ID - 33407)bax protestantizm.
|
PROTEZ (ID - 33408)[yun. prothese - əlavə etmək, birləşdirmək] Bədənin itirilmiş hissəsini əvəz etmək üçün onun formasında düzəldilmiş süni üzv. Diş protezi.
|
PROTEZÇİ (ID - 33409)is. Protez qayıran, protez hazırlayan mütəxəssis.
|
PROTEZLƏMƏ (ID - 33410)"Protezləmək” dən f.is.
|
PROTEZLƏMƏK (ID - 33411)f xüs. Protezlə təmin etmək, itirilmiş bədən üzvünü protezlə əvəz etmək, protez qayırmaq.
|
PROTOKOL (ID - 33412)[yun. protokollon] İclasda, müşavirədə, istintaqda və s.-də baş verən hadisələrin qeydiyyatının, görülən işlərin və qərarların yazıldığı sənəd. Iclasın protokolu. Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında...
|
PROTON (ID - 33413)[lat. protos - birinci] fiz. Oksigen atomunun nüvəsi olan və bütün maddələrin atom nüvəsinin tərkibinə daxil olan müsbət elektrik yüklü hissəcik.
|
PROTOPLAZMA (ID - 33414)[yun.] biol. Heyvan və bitki orqanizmləri hüceyrələrində gedən həyat proseslərinin əsasını təşkil edən maddə.
|
PROTOTİP (ID - 33415)[yun.] 1. ədəb. Ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs. Babək “Od gəlini” ndəki Elxanın prototipidir.
2. Sonra gələn bir şəxsin və ya şeyin sələfi olan... |
PROVİZOR (ID - 33416)[lat. provisor - əvvəlcədən görən] Yüksək ixtisaslı aptek işçisi; əczaçı.
|
PROVİZORLUQ (ID - 33417)is. Provizorun işi; əczaçılıq.
|
PROVOKASİYA (ID - 33418)[lat.] Ayrı-ayrı şəxsləri, yaxud qrupları, təşkilatları və ya ölkələri onların özləri üçün təhlükəli olan, bəzən də onların məhvinə səbəb ola bilən bir işə təhrik etmə: fitnəkarlıq, fitnə, araqarışdırma. // Gizli...
|
PROVOKATOR (ID - 33419)[lat. ] 1. Provokasiya vasitəsilə iş görən polis casusu. Çar xəfiyyəsinin provokatoru.
2. Təhrikçi, fitnəçi, fəsadçı. |
PROVOKATORLUQ (ID - 33420)is. Fitnəçilik, fəsadçılıq, təhrikçilik.
|
PROYEKSİYA (ID - 33421)[lat. projectio - irəli tullama] riyaz. Hər hansı bir şeyin müstəvi üzərində təsviri. Xəttin proyeksiyası.
|
PROZEKTOR (ID - 33422)[lat. prosector - yaran, parçalayan] Xəstəxananın patoloji anatomiya şöbəsinə rəhbərlik edən həkim. □ Prozektor otağı - klinika və xəstəxanada meyit yarılan yer (otaq).
|
PRUSSAKLAR (ID - 33423)cəm Keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq; şimal-şərq almanları.
|
PSİXEYA (ID - 33424)is. [yun.] Qədim yunan mifologiyasında insan qəlbinin mücəssəməsi; bir qayda olaraq, kəpənək və ya qız şəklində təcəssümü.
|
PSİXİ (ID - 33425)sif. [yun. psyche] Ruhi. Psixi hücum - düşmənin (müqabil tərəfin) psixikasına təsir etmək, onun iradəsini qırmaq, sıralarını pozmaq, qorxutmaq məqsədilə edilən hücum.
|
PSİXİATR (ID - 33426)[yun.] Ruhi xəstəliklər həkimi.
|
Bu səhifə dəfə baxılıb