PƏRGARLAMA (ID - 32827)"Pərgarlamaq” dan f.is.
|
PƏRGARLAMAQ (ID - 32828)f. Nizam-intizam yaratmaq, qaydaya, səliqəyə salmaq; sahmanlamaq. Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan. M.S.Ordubadi.
□ Qurşağının altını pərgarlamaq - qarnını doydurmaq, yaxşıca yeyib doymaq. [Xəlil:] Qurşağın... |
PƏRGARLAŞMA (ID - 32829)“Pərgarlaşmaq” dan f.is.
|
PƏRGARLAŞMAQ (ID - 32830)f. Ustalaşmaq, mahirləşmək, bişmək, məharət qazanmaq. Işdə pərgarlaşmaq. - Və o gündən .. zenit topları düşmən tanklarını yandırmaqda pərgarlaşmağa başladı. Ə.Əbülhəsən.
|
PƏRGARLIQ (ID - 32831)is. Ustalıq, mahirlik, bacarıq, məharət.
|
PƏRİ (ID - 32832)is. [fars.] 1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər... |
PƏRİCAMAL (ID - 32833)[fars. pəri və ər. cəmal] bax pəriüz(lü). Yüz vədeyi-vüsal eləsin ol pəricamal; Nərgis gəlib görünməsinin ehtimalı yox. S.Ə.Şirvani.
|
PƏRİÇÖHRƏ (ID - 32834)[fars.] bax pəriüz(lü). Bu pəriçöhrələr eşqində gözəldir, Vahid! Qəzəli sən deyəsən, mən oxuyam əzbərdən. Ə.Vahid.
|
PƏRİSİMA (ID - 32835)[fars. pəri və ər. sima] bax pəriüz(lü). Ey pərisima, sənin didarının müştaqiyəm. M.P.Vaqif.
|
PƏRİSURƏT (ID - 32836)[fars. pəri və ər. surət] bax pəriüz(lü).
|
PƏRİŞAN (ID - 32837)sif. və zərf [fars.] 1. Dağınıq, qatma-qarış, nizamsız. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca.. dar küçə iləgedirdi. Çəmənzəminli. ..Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını...
|
PƏRİŞANLIQ (ID - 32838)is. 1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. M.P.Vaqif.
2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq. Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi... |
PƏRİÜZ(LÜ) (ID - 32839)sif. şair. Pəriyə oxşayan, pəri kimi gözəl (gözəlin epitetlərindən biri).
|
PƏRİZAD(Ə) (ID - 32840)is. [fars.] Folklorda və şeirdə gözəlin epitetlərindən biri. Adam gərək görsün həqqi aradə; Hanı sənin kimi birpərizadə. M.P.Vaqif.
|
PƏRQU (ID - 32841)is. [fars.] 1. Qu quşunun yumşaq tükü. Şiraslan üst-başı lələk, pərqu içində özünü içəriyə soxdu. M.Süleymanov.
2. İçində pərqu olan. Pərqu balış. - Sən ki pərqu yorğan-döşəyə uzanan kimi qarın içinə uzanıbsan!... |
PƏRLİ (ID - 32842)sif 1. Pər (3-cü mənada) olan. Balığın pərli üzgəci.
2. Pər (4-cü mənada) olan. Pərli çarx. |
PƏRLİ-BUDAQLI (ID - 32843)dan. bax qollu-budaqlı. ..Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maral onu görən kimi yaxınlaşıb əlini iylədi. İ.Şıxlı.
|
PƏRPƏRƏNG, PƏRPƏTÖYÜN (ID - 32844)is. bot. Yumşaq, ətli yarpaqları və incə çiçəkləri olan, yerə yatıq, bişirilib yeyilən yabanı ot-bitki.
|
PƏRPUÇ (ID - 32845)is. [fars.] köhn. Yox etmə, ləğv etmə, məhv etmə. Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər; Pərpuç eləyin çubifələqqanı, - deyirlər... M.Ə.Sabir.
|
PƏRSƏNG (ID - 32846)is. [fars. parə səng - daş parçası] 1. Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daşı götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər...
|
PƏRŞUM (ID - 32847)is. k.t. Təkrar şum, ikinci şum.
|
PƏRŞUMLAMA (ID - 32848)"Pərşumlamaq” dan f.is.
|
PƏRŞUMLAMAQ (ID - 32849)f k.t. Pərşum etmək, ikinci dəfə şumlamaq, təkrar şumlamaq.
|
PƏRT (ID - 32850)sif Əhvalı pozğun, tutqun, pərişan, bir şeydən inciyərək pozulmuş, məyus olmuş, incimiş; incik. Qüdrət İsmayılzadə .. evinə çox pərt (z.) qayıtmışdı. M.Hüseyn. Rüstəm kişi acıqlı, pərt və fikirli idi. M.İbrahimov. □...
|
PƏRTLƏŞMƏ (ID - 32851)“Pərtləşmək” dən f.is.
|
PƏRTLƏŞMƏK (ID - 32852) |
PƏRTLİK (ID - 32853)is. Pərt olmuş adamın halı; məyusluq, inciklik, qanıqaralıq. Rəhimbəy [oğlunun] pərtliyini yalnız neçə gündən bəri saxladığı küsü ilə izah edirdi. M.Hüseyn. Sübhanverdizadənin pərtliyi get-gedə artırdı. S.Rəhimov.
|
PƏRTÖV1 (ID - 32854)is. [fars.] klas. İşıq, nur, ziya, şüa, parlaqlıq. Xurşid rüxündən aldı pərtöv. Füzuli.
|
PƏRTÖV2 (ID - 32855)sif. [fars.] Səliqəsiz, nizamsız, laqeyd. // Narahat; rahatlıq, sakitlik, dinclik bilməyən, daim çalışıb-çapalayan.
□ Ağızdan pərtöv - b a x ağzıpərtöv. [Misir] ağızdan pərtöv, küsəyən idi.. Ə.Vəliyev. |
PƏRTÖVLÜK (ID - 32856)is. Səliqəsizlik, nizamsızlıq; laqeydlik. // Narazılıq, rahatsızlıq; sakitlik, dinclik bilməmə, daim çalışıb-çapalama.
|
PƏRVANƏ (ID - 32857)is. [fars.] 1. Adətən işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi. Məndən öyrənibdir oda yanmağı; Düşəndə xəbər al pərvanələrdən. Q.Zakir. [Ərəstu:] Pərvanə vurğundur işığa, nura. A.Şaiq. // Ümumiyyətlə, kəpənək.
2.... |
PƏRVAZ (ID - 32858)is. [fars.]: pərvaz etmək - b ax pərvazlanmaq. Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb uçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirdilər. T.Ş.Simurq; // məc. uçmaq, şadlanmaq, ruhlanmaq, qanadlanmaq (adətən...
|
PƏRVAZLAMA (ID - 32859)“Pərvazlamaq” dan f.is.
|
PƏRVAZLAMAQ (ID - 32860)f 1. Uçurmaq. Quşu pərvazlamaq.
2. məc. Ruhlandırmaq, qanadlandırmaq. Bu sayaq unudub ağır möhnəti; Rəna pərvazladı ilk məhəbbəti. M.Rahim. |
PƏRVAZLANMA (ID - 32861)“Pərvazlanmaq” dan f.is.
|
PƏRVAZLANMAQ (ID - 32862)f 1. Uçmaq. Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm. Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan (f.sif.) quşlar görünürdü. M.Hüseyn....
|
PƏRVAZLAŞMA (ID - 32863)“Pərvazlaşmaq” dan f.is.
|
PƏRVAZLAŞMAQ (ID - 32864)f Pərvazlanmağa başlamaq, yenicə qanad açmaq. [Uşaqlar] hərdən əllərini quma verib dırmaşanda yeni pərvazlaşan (f.sif.) bala kəkliyə oxşayırdılar. Mir Cəlal.
|
PƏRVƏRDİGAR (ID - 32865)is. [fars.] Allah, Tanrı. Kamalında, camalında eyib yox; Pərvərdigar vermiş hər hünər sənə. M.P.Vaqif. // Pərvərdigara şəklində - Ay Allah! Tanrım! (Allaha xitab).
|
PƏRVƏRİŞ (ID - 32866)is. [fars.] Bəsləmə, yediribiçirmə, qulluq etmə, yetişdirmə, qulluq, tərbiyə. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. S.S.Axundov. □ Pərvəriş tapmaq (etmək) böyümək, inkişaf...
|
PƏRVİN (ID - 32867)is. [fars.] Ülkər, Yeddiqardaş ulduzu; Sürəyya. Bizim palıdlarımız kəmənd atır Pərvinə; Ay da, ulduz da düşər palıdın kəməndinə. Şəhriyar.
PƏS1 dan. bax bəs2. Camaat yerbəyerdən dərvişi alqışlayıb deyirdilər: - Pəs... |
PƏSAB (ID - 32868)is. [fars.] Alçaq keyfiyyətli sirkə, şərab və s.
|
PƏSDƏN (ID - 32869)zərf Alçaq səslə, aşağı səslə; alçaqdan, yavaşcadan. O xımır-xımır pəsdən oxuyan kim idi? - deyə soruşdu. A.Şaiq. Nəsimin laylayıdır, yoxsa neyin naləsidir; Dinləpəsdən, ya da zildən niyə nalan gəldi? Şəhriyar.
|
PƏSƏND (ID - 32870) |
PƏSXAN (ID - 32871)is. [fars.] Aşağı səsdə oxuyan, bəmdə oxuyan xanəndə. [S.Şuşinski] həm bəm səsdə (pəsxan), həm orta səsdə (miyanəxan), həm də zildə (zilxan) məharətlə oxuyur. (Qəzetlərdən).
|
PƏSMƏNDƏ (ID - 32872)sif. [fars. pəsmandə] dan. Yatıb qalmış, satılmayan, işə getməyən, artıq qalan. Nemətullayevin rəhbərliyi altında rayona gələn mallar bölünə-bölünə davam edər və dükanların qəfəsələrinə pəsməndə mallar gəlib çıxardı....
|
PƏST (ID - 32873)is. [fars.] köhn. 1. Alçaq (hündür, uca, yüksək olmayan).
2. mus. Aşağı registrdə yavaş səslə oxumaq; bəm. Pəstdən oxumaq. |
PƏSTƏHA (ID - 32874)is. [fars.] 1. Hissə, detal. Maşının pəstəhası.
2. məc. Fırıldaq, hiylə, kələk, hoqqa. [Niyaz:] Di yaxşı, şələni götür, düş yola, səndən çoxpəstəhalar çıxacaq. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Gəlsin görək qaraçı oğlu... |
PƏŞƏNG (ID - 32875)is. köhn. 1. Üzüm salxımı.
2. Tumluq üçün saxlanan tərəvəz bitkisi. |
PƏTƏ (ID - 32876)is. Bir şey almağa hüquq verən vərəqəcik. Benzin pətəsi. - Bir gün anam yüklərin hesabını saxlamaq üçün ona pətə verdikdə, o, anamın əlini tutdu. C.Cabbarlı.
|
Bu səhifə dəfə baxılıb