.....i_l_by_id_with_comments PƏRSƏNG sözünün izahı / PƏRSƏNG sözünün mənası

İzahlı lüğət

PƏRSƏNG

is. [fars. parə səng - daş parçası] 1. Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daşı götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov. // İçində şeylə çəkiləcək qabın ağırlığı, çəkisi. □ Pərsəngini tutmaq - qabın (taranın) çəkisini (ağırlığını) təyin etmək.
məc. Çəki, əhəmiyyət, ağırlıq. Hər sözün bir pərsəngi var. (Ata. sözü). Geymisən pərsəngini; Gey, sallan pərsəngini; Desəm dağlar götürməz; Dərdimin pərsəngini. (Bayatı).
məc. Danışarkən söz arasında yerliyersiz təkrar edilən, deyilən söz, ifadə.
□ Pərsəng aparmaq - ağlı çatışmayan, özünü gic kimi aparan adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

P

PE

......
....