İzahlı lüğət

PERO (ID - 32677)

[rus. nepo - lələk] Mürəkkəb, tuş və s. ilə yazmaq üçün yarıq sivri ucu olan metal qələm; qələmucu. Çernil, qrafil, pero, qarandaş; Icad edəni olaydı şil, kaş! M.Ə.Sabir.

PERPENDİKULYAR (ID - 32678)

[lat. perpendicularis şaquli] Başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq təşkil edən düz xətt. Düz xəttə perpendikulyar çəkmək.

PERPENDİKULYARLIQ (ID - 32679)

is. Perpendikulyar vəziyyət, perpendikulyar olma. Müstəvinin perpendikulyarlığı.

PERRON (ID - 32680)

[fr.] Dəmiryol stansiyasında qatarların yanaşıb dayandığı meydança; sərnişin platforması. Qatarperrona yanaşdı. - Tiflisə gedənlərin hamısı gözləmə otağından perrona çıxdılar. Ə.Vəliyev. [Sadıq] ipəkpijamada perronda gəzinirdi....

PERSEY (ID - 32681)

is. [lat.] Göyün şimal yarımkürəsindəki bürcün adı.

PERSOL (ID - 32682)

is. Paltar yuyulmasında istifadə olunan ağardıcı maddə.

PERSONA (ID - 32683)

is. [lat.] 1. Şəxs, zat, adam.
2. Tanınmış adam.

PERSONAJ (ID - 32684)

[fr.] Bədii əsərdə iştirak edən şəxs; surət, tip. Mənfi personaj. Komikpersonaj. - [“Arşın mal alan” da] səkkiz personaj iştirak edir. Ə.Sultanlı.

PERSONAL (ID - 32685)

[lat. personalis - şəxsi] Hər hansı bir idarənin, müəssisənin şəxsi heyəti; bir peşə qrupuna daxil olan işçilər. Tibb personalı.

PERSPEKTIV (ID - 32686)

[fr.] 1. rəs. Əşyanın, müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq, gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri. Şəkildə perspektiv yaxşı verilmişdir.
Uzaq bir müşahidə nöqtəsindən...

PERSPEKTİVLİ (ID - 32687)

sif. 1. Perspektivi, gələcəyi olan, inkişaf etməyə yaxşı şəraiti olan. Perspektivli neft sahəsi. Perspektivli iş.
2. Perspektivdə əks olunan, perspektiv nəzərdə tutulan (b ax perspektiv 1-ci mənada). Perspektivli dekorasiya.

PERSPEKTİVLİLİK (ID - 32688)

is. Perspektivli olma, gələcəyi olma.

PERSPEKTİVSİZ (ID - 32689)

sif Perspektivi, gələcəyi olmayan, inkişaf etməyə şəraiti olmayan (b ax perspektiv 3-cü mənada). Perspektivsiz mədən. - [Mehdizadə:] ..Mən heç gözləməzdim ki, sən belə perspektivsiz işə razılıq verəsən. Y.Əzimzadə.

PERSPEKTİVSİZLİK (ID - 32690)

is. Gələcəyi olmama, perspektivsiz olma.

PESO (ID - 32691)

is. [isp.] mal. Cənubi Amerika ölkələrinin çoxunda dövriyyədə olan pul vahidi.

PESSİMİST (ID - 32692)

[lat. pessimus - ən pis] b a x bədbin.

PESSİMİZM (ID - 32693)

[lat.] bax bədbinlik.

PEŞƏ (ID - 32694)

is. [fars.] 1. Sənət. [Dövlətlilərin] ..
peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. // İş, məşğuliyyət, sənət. [Hacı Kamyab:] Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Ə.Haqverdiyev....

PEŞƏKAR (ID - 32695)

[fars.] 1. is. Sənətkar. Kəndli qızıdır anam, bir peşəkardır babam. B.Vahabzadə.
sif Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş. Peşəkar boksçu. Peşəkar cani. Peşəkar ovçular hər il dövlətə milyon manatlarla...

PEŞƏKARLIQ (ID - 32696)

is. Sənətkarlıq.

PEŞİN (ID - 32697)

[fars.] bax avans. [Mayor Dilaraya:] Bəli, xanım, Cavanşir bəyin yalnızpeşin olaraq bizdən aldığı məbləğ mühacirətdə sizə ömrünüzün axırına qədər kifayət edər! Ə.Məmmədxanlı.

PEŞKƏŞ (ID - 32698)

is. [fars.] Bəxşiş verilən, bağışlanan şey; hədiyyə, bəxşiş. Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib ondan izn almaq məcburiyyətində idi. Ə.Haqverdiyev. □ Peşkəş etmək (eləmək)...

PEŞMAN (ID - 32699)

is. [fars.] Öz səhvini və ya nöqsanını başa düşərək buna təəssüflənmə. Hacı Nəsir ikinci dəfə evlənməyə çox peşman idi. S.S.Axundov. □ Peşman olmaq- bax peşmanlamaq. [Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan....

PEŞMANÇILIQ (ID - 32700)

1. B ax peşmanlıq. Bunun axırı peşmançılıqdır, - deyə Imamverdi qardaşını məzəmmət edərdi. S.S.Axundov. Gözəlin səsindən peşmançılıq nidaları yağırdı. M.Hüseyn. Peşmançılıqla şəklində zərfi- təəssüflə, təəssüf...

PEŞMANLAMA (ID - 32701)

"Peşmanlamaq” dan f.is.

PEŞMANLAMAQ (ID - 32702)

f Peşman olmaq, peşmançılıq çəkmək.

PEŞMANLIQ (ID - 32703)

is. Peşman olma, peşmançılıq. ..Peşmanlıq qara boğanaq kimi birdən [Zeynalı] bürüyüb sıxmağa .. başlayırdı. Çəmənzəminli.

PEŞMƏK (ID - 32704)

is. [fars.] Nazik tellər şəklində şərq şirniyyatı. Burada şityağ, camış qatığı, həfitəbecər, .. peşmək və iki şüşə konyak var idi.. B.Talıblı.

PETIT (ID - 32705)

[fr. petit - kiçik] Kiçik mətbəə şriftlərindən birinin adı. Mətni petitlə yığmaq.

PETLİSA (ID - 32706)

[rus. петлица] Rəsmi geyimlərin yaxalığına tikilən rəngli fərqlənmə nişanı.

PETROQRAFİK (ID - 32707)

sif. [yun.] Petroqrafiya ilə əlaqədar olan, petroqrafiyaya aid olan. Petroqrafik tədqiqat.

PETROQRAFİYA (ID - 32708)

[yun. petros - daş, qaya və grapho - təsvir edirəm] Geologiyanın dağ süxurlarını, onların mineraloji və kimyəvi tərkibini, quruluşunu, yayılma, əmələgəlmə qanunauyğunluqlarını və s.-ni öyrənən sahəsi.

PEY (ID - 32709)

is. [fars.] köhn. 1. İz, ləpir.
Ard, arxa.
Kətan kirişi.

PEYCER (ID - 32710)

is. [ing.] Xəbər yetirən, məlumat çatdıran cihaz.

PEYCİNQ (ID - 32711)

is. [ing.] İnformasiya ötürmə və qəbul etmə.

PEYDA (ID - 32712)

[fars. ]: peyda etmək (eləmək) büruzə vermək, göstərmək. Çox eləyib iztirab peyda; Allahdan etdilər təmənna. Füzuli. Peyda olmaq - büruzə çıxmaq, zahir olmaq, aşkara çıxmaq, görünmək. Bir vaxt Mədinənin ətrafında böyük bir...

PEYDƏRPEY (ID - 32713)

zərfi [fars.] Dalbadal, bir-birinin ardınca, arasıkəsilmədən. Hava qaralır, ildırım şığıyır, göy peydərpey guruldayır.. Ə.Haqverdiyev. ..Gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü, çomaqlar peydərpey enib qalxırdı.....

PEYGAM (ID - 32714)

is. [fars.] klas. Xəbər, sifariş. Vaqifəm, canana göndərdim peyğam; Gözüm yollarında qaldı sübhü şam. M.P.Vaqif.

PEYGƏMBƏR (ID - 32715)

is. [fars.] 1. Müxtəlif dini etiqadlara görə, Allahın əmrlərini xəbər verən və şərh edən şəxs; rəsul, nəbi. Yüz iyirmi dörd min peyğəmbərimiz; Hər birinin ayrı məqamı vardır. Aşıq Ələsgər.
məc. Gələcəkdən xəbər...

PEYGƏMBƏRÇİÇƏYİ (ID - 32716)

is. bot. Açıq-göy rəngli yabanı gül.

PEYGƏMBƏRİ (ID - 32717)

bax qarğıdalı.

PEYGƏMBƏRLİK (ID - 32718)

is. 1. Rəsulluq, nəbilik. Peyğəmbərlik tam ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha yüksək mövqe yoxdur. “Qabusnamə” .
məc. Gələcəkdən xəbər vermə. □ Peyğəmbərlik etmək - gələcəkdən xəbər...

PEYİN (ID - 32719)

is. Üzvi gübrə kimi işlədilən saman, xəzəl və s. qatışığından ibarət heyvan və quş ifrazatı. Atpeyini.

PEYİNDAĞIDAN (ID - 32720)

bax peyinsəpən.

PEYİNQURDU (ID - 32721)

is. zool. Peyinliklərdə yaşayan cücü.

PEYİNLƏMƏ (ID - 32722)

“Peyinləmək” dən f.is.

PEYİNLƏMƏK (ID - 32723)

f. Peyinlə gübrələmək, peyin vermək. Bostanı peyinləmək.

PEYİNLƏNMƏ (ID - 32724)

“Peyinlənmək” dən f.is.

PEYİNLƏNMƏK (ID - 32725)

məch. Peyinlə gübrələnmək, peyin verilmək.

PEYİNLİ (ID - 32726)

sif. Peyin səpilmiş, peyin tökülmüş, peyin verilmiş. Peyinli lək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed