PEŞƏis. [fars.] 1. Sənət. [Dövlətlilərin] ..
peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. // İş, məşğuliyyət, sənət. [Hacı Kamyab:] Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Ə.Haqverdiyev. Axund, Tahirzadənin yaşını, işini, peşəsini, təhsilini soruşdu. Mir Cəlal. 2. Adət, xasiyyət, vərdiş. [Fatmanisa:] Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Ə.Haqverdiyev. ..[Yusif] gecdən-gec dilləndi: - Dedi-qodu yaymaq Qaradonlunun köhnə peşəsidir.. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|