PAMAZI (ID - 32327)bax bumaze. [Ağa Kərim xan:] ..Mən heç ömrümdə azar görməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov.
|
PAMBIQ (ID - 32328)is. 1. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisi, həmçinin bu bitkinin ağrəngli lifləri. Pambıq əkini. Pambıq tədarükü. Pambıq bitkisi ən qədim mədəni bitkilərdən biridir.
Yolun... |
PAMBIQATAN (ID - 32329)is. Xam pambığı əl, ya maşında çiyid, zir-zibil və s.-dən təmizləməklə məşğul olan adam, fəhlə. [Hacı:] Ey Ağa Mirzə Mehdi, atanın pambıqatan olması oğluna eyib edər? N.Vəzirov.
|
PAMBIQÇI (ID - 32330)is. Pambıq əkib-becərməklə məşğul olan kəndli. Şirin .. Muğan pambıqçısı idi. Ə.Əbülhəsən.
|
PAMBIQÇILIQ (ID - 32331)is. Kənd təsərrüfatının pambıq əkib-becərməklə məşğul olan sahəsi; pambıq əkib-yetişdirmə işi. Pambıqçılığı inkişaf etdirmək. - 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycan torpaqları pambıqçılığın...
|
PAMBIQQURUDAN (ID - 32332)sif. Pambığı qurutmağa məxsus. Pambıqqurudan meydançalar.
|
PAMBIQLI (ID - 32333)sif. 1. Pambıq olan, pambıq əkilmiş. Pambıqlı tarla. - Ağpambıqlı geniş Muğan; Geniş çöllər bizimkidir. Aşıq Şəmşir.
2. Pambığı olan, içərisinə pambıq qoyulmuş. Pambıqlı yorğan. - [Çimnaz] pambıqlı canlığını əyninə... |
PAMBIQLIQ (ID - 32334)is. Pambıq əkilmiş sahə, pambıq tarlası. Pambıqlığı becərmək. Pambıqlığı sulamaq.
|
PAMBIQTƏMİZLƏYƏN (ID - 32335)sif. Yığılmış pambığı çiyid, zir-zibil və s.-dən təmizləyən. Pambıqtəmizləyən zavod.
|
PAMBIQYIĞAN (ID - 32336)is. Pambıq yığmaq, pambıq toplamaqla məşğul olan adam. [Qulu:] Hər gün saat birdən üçə qədərpambıqyığanların istirahət saatlarıdır. İ.Əfəndiyev. // Sif. mənasında. Pambıqyığan qız. Pambıqyığan maşın.
|
PAMFLET (ID - 32337) |
PAMFLETÇİ (ID - 32338)is. Pamflet yazan yazıçı, pamflet müəllifi.
|
PAMPA (ID - 32339)is. [isp.] Cənubi Amerikada ot örtüyü ilə zəngin olan bəzi ərazilərə verilən ad.
|
PAMPERS (ID - 32340)is. [xüs.] Sidikhopduran.
|
PAN (ID - 32341)[pol. pan] Polyak, habelə 1917-ci il inqilabından əvvəl ukraynalı və belorus mülkədar; zadəgan, ağa.
|
PANAMA (ID - 32342)[coğr. is-dən] 1. Yay şlyapası növü. Ağayarın halı çox pərişandı, həmişə qaşları üstünə əydiyi həsirpanaması indi peysərinə aşmışdı. Ə.Əbülhəsən.
2. Adətən birrəngli süni ipək parça növü. |
PANDEMİYA (ID - 32343)[yun. pandemia - ümumxalq] Bütöv bir ərazini, ölkəni və s. tutan yoluxucu xəstəlik - epidemiya.
|
PANDİT (ID - 32344)is. Kəşmir brahmanlarının ümumi adı.
|
PANDUS (ID - 32345)is. [fr.] Binalarda pilləkən əvəzinə istifadə edilən maili müstəvi.
|
PANEL (ID - 32346)[alm. paneel] 1. Bina quraşdırma işlərində istifadə edilən iri dəmir-beton və ya taxta lövhə-plitə.
2. Binanın içəri divarlarının aşağısına taxtadan, dəmirdən və s.-dən vurulan haşiyə, köbə və ya çəkilən rəng. |
PANELLİ (ID - 32347)sif. Panellərdən tikilmiş, panellərdən quraşdınlmış. Panelli ev. Panelli divar.
|
PANNO (ID - 32348)[fr.] 1. Divarın, tavanın şəkil, yapma omament və s. ilə bəzədilmiş hissəsi.
2. Divarın, tavanın həmin hissəsini bəzəmək üçün şəkil, barelyef və s. |
PANORAM(A) (ID - 32349)[yun. pan - hamı və horama - görünüş] 1 .Yuxarıdan işıq düşən girdə binanın divarlarında çəkilmiş iri şəkil; məkan sənəti növlərindən biri. Panoramanm ən yaxşı nümunələri. Panorama tamaşaçıda real məkan illüziyası...
|
PANSİON (ID - 32350)[fr.] Xarici ölkələrdə və 1917-ci il inqilabından qabaq Rusiyada: qapalı təhsil-tərbiyə müəssisəsi (burada tərbiyə olanların bütün təminatı həmin müəssisənin öhdəsində olur). [Pəricahan:] ..Mən irəliki kimi şəhərə köçəcəyəm...
|
PANSİONAT (ID - 32351)[fr.] 1. Hər hansı bir yerdə yaşayan adamın hər şeylə təmin olunması (bəzi məktəblərdə, kurortlarda və s.-də).
İstirahətə gələnlərin gecələməsi üçün yer, avtomobillərinin dayanması üçün dayanacaq və s. olan mehmanxana... |
PANTEİST (ID - 32352)[yun.] Panteizm tərəfdarı.
|
PANTEİZM (ID - 32353)[yun. pan - hamı və theos Allah] Allahı təbiətlə eyniləşdirən və təbiəti Allahın təcəssümü sayan dini-fəlsəfi dünyagörüşü.
|
PANTEON (ID - 32354)[yun. pan - hamı və theos Allah] 1. Qədim yunanlarda və romalılarda: bütün allahların şərəfinə tikilmiş məbəd.
Hər hansı bir çoxallahlı dinin bütün allahları bir yerdə. Görkəmli şəxsiyyətlərin dəfn olunduğu yer. |
PANTOKRİN (ID - 32355)[monq. pynty - maral buynuzu və yun. krino - ayırıram] əcz. Maral buynuzundan hazırlanan dərman preparatı (müxtəlif xəstəliklərdə tonusu artırmaq üçün işlədilir).
|
PANTOMİMA (ID - 32356)[yun. pantomimos] İştirakçılarının hiss və fikirləri danışıqla yox, jest (əl-qol hərəkəti) və mimika ilə ifadə olunan teatr tamaşası. // Adətən dili bilmədikdə və ya pis bildikdə, əlavə ünsiyyət vasitəsi kimi tətbiq edilən...
|
PANTOPON (ID - 32357)[yun. pan - hamı və lat. opium] əcz. Tərkibində morfi olan dərman preparatı (ağrıkəsən və yuxugətirən vasitə kimi işlədilir).
|
PAPA (ID - 32358)[lat.] Roma katolik kilsəsinin başçısı. [İblis:] Bəzən oluram birpapa! Cənnət satıram mən; Isa dirilib gəlsə də qorxar qəzəbimdən. H.Cavid.
|
PAPAQ (ID - 32359)is. 1. Əsasən tüklü dəridən tikilən baş geyimi. Buxara dərisindən papaq. Sur papaq. - Aslan zağarası getmiş papağını çıxardıb, əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. ..[Dadaş] kepkasını götürüb, gümüşü papağını...
|
PAPAQALDIQAÇ, PAPAQGÖTÜRDÜQAÇ (ID - 32360)is. İki dəstə uşağın papaqla oynadığı bir oyun.
|
PAPAQCIQ (ID - 32361)“Papaq” dan kiç.
|
PAPAQÇI (ID - 32362)is. Papaq tikən usta, papaq tikib satan adam. Məşədi Əhməd papaqçı idi. S.Hüseyn. Bakıda ümumiyyətlə peşəkarlar: xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı və s. çox olardı. H.Sarabski.
|
PAPAQÇILIQ (ID - 32363)is. Papaqçının işi, peşəsi, sənəti. Papaqçılıq etmək. - Papaqçılığın getgedə tənəzzülü [Məşədi Əhmədə] dükan saxlamaq imkanı verməmişdi. S.Hüseyn.
|
PAPAQLAMA (ID - 32364)papaqlama qar - iri-iri parçalar şəklində yağan qar. Sübh açılır, külək əsir, şaxta daha da qüvvətlənir, papaqlama qar arasıkəsilmədən yağırdı. Ə.Vəliyev.
|
PAPAQLAMAQ (ID - 32365)f İri-iri parçalar şəklində, lopa-lopa yağmaq (qar haqqında). Dünəndən başlayan qalın qar papaqlayır, yer üzünü qaplayırdı. S.Rəhimov.
|
PAPAQLANMA (ID - 32366)“Papaqlanmaq” dan f.is.
|
PAPAQLANMAQ (ID - 32367)f k.t. Yekəlib yumşalmaq (pambıq haqqında).
PAPAQLI1. sif Başında papağı olan, papaq geymiş. Papaqlı kişi. - Aslan atasının papaqlı şəklini göstərmişdi. S.Rəhimov. // zərf Başında papaq olaraq, başında papaq olduğu halda.... |
PAPAQLIQ (ID - 32368)sif Papaq tikmək üçün yarar. Papaqlıq dəri.
|
PAPAQSIZ (ID - 32369)sif Başında papaq olmayan, papaq geyməmiş, başıaçıq. Papaqsız oğlan. // zərf Başıaçıq. Papaqsız gəzmək.
|
PAPEY (ID - 32370)f köhn. İzləmə, təqib etmə.
|
PAPIŞ (ID - 32371)is. [fars.] Adətən evdə geyilən yüngül ayaqqabı. // Ümumiyyətlə, ayaqqabı mənasında. [Fatma xanım:] O uşaqdı?.. Xeyr, bəbədi. Ayağına papış gərək, döşünə döşlük. N.Vəzirov.
|
PAPİROS (ID - 32372)[alm. papier - kağız] Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). Papiros çəkmək. Papiros qutusu. -Mahmud dinməzcə bir papiros yandırıb, gözlərini yerə zillədi. Y.Əzimzadə. □ Papiros kağızı - adətən...
|
PAPİROSALIŞDIRAN (ID - 32373)bax papirosyandıran.
|
PAPİROSDOLDURAN (ID - 32374)sif Papiros gilizlərinə tütün dolduran. Papirosdolduran maşın. // İs. mənasında. Papiros dolduran alət, cihaz.
|
PAPİROSQABI (ID - 32375)is. Papiros qoymaq üçün qutu; portsiqar. [Nəsir bəy] küçə qapısında cibindən bir gümüş papirosqabı çıxarıb içindən bir papiros götürüb yandırdı. Ə.Haqverdiyev.
|
PAPİROSYANDIRAN (ID - 32376)is. Papiros yandırmaq üçün alət; alışqan, papirosalışdıran. Kolxoz sədri masanın dalından qalxdı, papirosyandıranı çıxardı.. Ə.Əbülhəsən.
|
Bu səhifə dəfə baxılıb