.....i_l_by_id_with_comments
PANSİON[fr.] Xarici ölkələrdə və 1917-ci il inqilabından qabaq Rusiyada: qapalı təhsil-tərbiyə müəssisəsi (burada tərbiyə olanların bütün təminatı həmin müəssisənin öhdəsində olur). [Pəricahan:] ..Mən irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. S.S.Axundov. // İnqilabdan qabaq Rusiyada: bəzi orta məktəblərdə pullu ümumi yataqxana. [Faiq əfəndi:] Əsəd,.. Qori darülmüəlliminində olan pansiona bir nəfər şagird qəbul etmək üçün verdiyimiz ərizəni oranın müdiri qəbul etmişdir. A.Səhhət. // Yeməklə bərabər otaq verilən mehmanxana növü; pansionat.
Paylaşın - Hamı bilsin
|