İzahlı lüğət

PAPAQ

is. 1. Əsasən tüklü dəridən tikilən baş geyimi. Buxara dərisindən papaq. Sur papaq. - Aslan zağarası getmiş papağını çıxardıb, əlindəki kağızı onun içinə qoydu.. M.Hüseyn. ..[Dadaş] kepkasını götürüb, gümüşü papağını başına qoydu.. S.Rəhimov. // Ümumiyyətlə, hər növ baş geyimi.
2. Bir şeyi yuxarıdan örtən şey; qapaq.
□ Papaq eləmək - bildirmək, xəbər eləmək. Xeyir iş olanda bizə də bir papaq elə. Papağını əyri (çəp) qoymaq - xatircəm olmaq, rahat olmaq; özünü qayğıdan, məsuliyyətdən azad hiss etmək. [Rüstəm:] Bizim zamanda planları yerinə yetirdin, papağını çəp qoy, neyləsən, söz deyən olmayacaq. M.İbrahimov. Papağını əyri (çəp) qoyub gəzmək - heç bir işlə məşğul olmamaq, boş-boş, avara-avara gəzmək. Papağını göyə atmaq - çox razı olmaq, çox sevinmək. [Qızyetər Nəcəfə:] Sən papağını göyə at ki, Şirzadla gəzirəm. M.İbrahimov. Papağını qabağına qoymaq yaxud qabağına qoyub fikirləşmək - yaxşı-yaxşı düşünmək, hər tərəfli düşünmək, götür-qoy etmək. [Səkinə Rüstəmə:] Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana söykənən kəlləmayallaq uçar. M.İbrahimov. Papaq kimi qaralmaq - uzaqdan qaraltı kimi görünmək, nəzərə gəlmək. [Pəri nənə:] Gördüm ki, bir topa adam papaq kimi qaralır. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed