PÜSKÜRTMƏ (ID - 33527)“Püskürtmək” dən f.is.
|
PÜSKÜRTMƏK (ID - 33528)icb. Geri oturtmaq, geri atmaq, geriyə çəkilməyə məcbur etmək. Düşməni mövqelərindən püskürtmək.
|
PÜSKÜRTÜ (ID - 33529)is. Püskürmə işi; püskürmə. Vulkan püskürtüsü. // Püskürmə halında olan vulkanın ağzından çıxan kütlə; lava.
|
PÜSTƏ (ID - 33530)is. [fars. ] 1. bot. Qışda yarpağı tökülən, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac. Bağçanın ortasında tək birpüstə ağacı vardı. M.Hüseyn. Ovalıqların bəzi yerlərində kiçikpüstə meşəlikləri tərkib...
|
PÜSTƏQARIN (ID - 33531)sif. Azyeyən, azacıq yeməklə doyan. Püstəqarın adam.
|
PÜSTƏLİK (ID - 33532)is. Püstə ağacları əkilmiş yer. Püstəliyi becərmək.
|
PÜSTƏYİ (ID - 33533)sif. Püstə rəngdə olan; açıqyaşıl. Püstəyiparça. - [Kəblə Heybətin] ayağında püstəyi rəngdə sarı başmaq var idi.
Sarabski. [Əsəd] .. püstəyi rəngli köynək geyib qırmızı zolaqlı qalstuk bağlamışdı. Ə.Sadıq. |
PÜŞK (ID - 33534)is. Bir mübahisəni həll etmək, yaxud bir şeyə haqqı olduğunu və ya bir şeyin üsul və qaydasını müəyyən etmək üçün eyni cür nişanlar arasından bəxtəbəxt götürülən şərti nişan, şey. Püşk atdılar, püşk düşdü kiçik...
|
PÜŞTƏ (ID - 33535)is. [fars.] köhn. Kiçik təpəcik; torpaq və ya qum topası, yığımı.
|
PÜŞTİ (ID - 33536)is. [fars.] köhn. Oturub söykənmək üçün divara dayadılan döşək. [Səkinə xanım:] Gülsəba, yerə bir döşək sal, dalısına birpüşti qoy. M.F.Axundzadə. Tut ağacının altında zərif Kaşan xalçaları salınmış, məxmər döşəkçələr,...
|
PYEDESTAL (ID - 33537)[fr.] Üzərinə heykəl, sütun və s. dikəldilən bədii tərtibatlı özül; altlıq, postament. Qranit pyedestalın üzərində böyük şairin 5 metr hündürlüyündə tunc fiqurası qoyulmuşdur.
|
PYES (ID - 33538)[fr.] 1. Səhnədə göstərilmək üçün yazılmış dram əsəri. M.F.Axundzadənin pyesləri. Pyesi tamaşaya qoymaq. - 1922-ci ildən başlayaraq “Aydın” və “Oqtay Eloğlu” pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulur. M.Arif.
2.... |
Bu səhifə dəfə baxılıb