PÜSTƏis. [fars. ] 1. bot. Qışda yarpağı tökülən, quraqlığa davamlı, qabıqlı meyvə gətirən subtropik ağac. Bağçanın ortasında tək birpüstə ağacı vardı. M.Hüseyn. Ovalıqların bəzi yerlərində kiçikpüstə meşəlikləri tərkib etibarilə olduqca müxtəlifdir. M.Qaşqay.
2. Həmin ağacın bərk və şəffaf qabıqlı ləpəsi olan yaşılımtıl meyvəsi. Püstə ləpəsi. Üst qabıqdan ayrılan şirmayı kimi zərif ağ qabıqlı püstələryerə düşüb diyirləndi. M.Rzaquluzadə. // məc. Adətən şeirdə gözəlin ağzı, dodaqları püstəyə oxşadılır. Ey yanağı lalə, ləbləri püstə; Ağzı nabat, şəkkərzəban, bəri bax! M.P.Vaqif. Mən demədim sənə: “Ay ağzı püstə! Havadır oylağın, yerdir vətənin” . S.Vurğun. Paylaşın - Hamı bilsin
|