POZULMAQ (ID - 33277)məch. 1. Üstündən xətt çəkilmək; silinmək, qaralanmaq (yazı haqqında). Yazılan pozulmaz. (Məsəl). Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimalı var idi. T.Ş.Simurq. Oğurluq haqqında çox yazıldı, pozuldu, heç bir...
|
POZULMAZ (ID - 33278)sif. Pozulmayan, başqa şəklə düşməyən, dəyişməz, sabit şəkildə qalan. Müəllimin bu sözləri özünün bütün mülayim ahəngi ilə, bütün mənalı ifadəsi ilə birlikdə bir vəsiyyət kimi, pozulmaz bir and kimi Firidunun xəyalına...
|
POZULMUŞ (ID - 33279)f.sif. 1. Üstündən xətt çəkilmiş; qaralanmış, silinmiş. Pozulmuş cümlə. Yazısı pozulmuş kağız hisdən sapsarı saralmışdı. B.Bayramov.
məc. Adi qaydadan çıxmış, nizamsız hala salınmış; nizamsız, pərakəndə. Pozulmuş... |
POZULUŞMA (ID - 33280)“Pozuluşmaq” dan f.is.
|
POZULUŞMAQ (ID - 33281)qarş. Araları dəymək, küsüşmək. [İnci:] Biz Mürşidlə bu binanın üstə pozuluşduq. S.Rəhman.
|
PÖHRƏ (ID - 33282)is. 1. Ağac və kolların dibindən göyərən zoğ(lar), bic(lər). Ağacın pöhrələrini qırmaq. - Illərdən bəri suyun lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, getgedə qalınlaşıb meşəyə dönmüşdü. İ.Şıxlı.
2.... |
PÖHRƏLƏNMƏ (ID - 33283)“Pöhrələnmək” dən f.is.
|
PÖHRƏLƏNMƏK (ID - 33284)f 1. Ağac və kolların dibindən pöhrə göyərmək. Nar ağacı tezpöhrələnir. - Yer buğlandıqca ağaclarpöhrələnir, güllər qönçələnir, taxıllar qalxırdı. İ.Şıxlı.
Cavan budaqlar, qollar, zoğlar əmələ gəlmək. Ağaclar... |
PÖHRƏLİ (ID - 33285)sif 1. Pöhrəsi olan; zoğlu. Pöhrəli ağac.
Çoxlu cavan ağaclar bitmiş. Qalın pöhrəli dağın ətəyini Qaradağ xanlığının geniş və qocaman bağı tutmuşdu. S.Rəhimov. |
PÖHRƏLİK (ID - 33286)is. Çoxlu cavan ağaclar bitmiş yer, çoxlu cavan ağac olan sahə. Pöhrəliyi tarla üçün təmizləmək. - Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizlətmişdi. S.Rəhimov. Rayon mərkəzindən çıxıb sola burulanda...
|
PÖRŞƏLƏMƏ (ID - 33287)“Pörşələmək” dən fis.
|
PÖRŞƏLƏMƏK (ID - 33288)f Pörtüb tükünü çıxarmaq, təmizləmək. [Odabaşı:] Ibrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi. Ə.Haqverdiyev. Növrəstə qazan asıb toyuğu pörşələməyə başladı. S.Rəhimov.
|
PÖRTLƏMƏ1 (ID - 33289)“Pörtləmək1” dən f.is.
|
PÖRTLƏMƏ2 (ID - 33290)“Pörtləmək2” dən f.is.
|
PÖRTLƏMƏK1 (ID - 33291)bax pırtlamaq 1 və 2-ci mənalarda.
|
PÖRTLƏMƏK2 (ID - 33292)bax pörtmək.
|
PÖRTLƏTMƏ (ID - 33293)“Pörtlətmək” dən fis.
|
PÖRTLƏTMƏK (ID - 33294)“Pörtləmək2” dən icb. Göyərti yumşalana qədər ağzı örtülü qabda pörtlədin.
|
PÖRTMƏ (ID - 33295)“Pörtmək” dən f.is.
|
PÖRTMƏK (ID - 33296)f 1. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, qızarmaq. Kiçikbəyimin buğdayı üzü pörtür, nəşə ilə əllərini ovuşdurur.. Çəmənzəminli. Gülşən pörtdü. Işin içindən çıxmaq üçün yol axtardı. Ə.Vəliyev.
Üzdən... |
PÖRTÜLMƏ (ID - 33297)“Pörtülmək” dən f.is.
|
PÖRTÜLMƏK (ID - 33298)f 1. Pərt olmaq, qızarmaq. [Sirat:] Gözlərin qızarıb, pörtülmüsən. Ə.Əbülhəsən.
2. məch. Qaynar suya salınıb çıxarılmaq, yaxud üstünə qaynar su tökülmək. Pörtülmüş (f.sif.) badımcanları aşsüzənə yığıb suyunun... |
PÖRTÜŞMƏ (ID - 33299)“Pörtüşmək” dən f.is.
|
PÖRTÜŞMƏK (ID - 33300)bax pörtmək 1 -ci mənada. Söylə, neçin pörtüşdün, söylə, qızardın neçin? S.Rüstəm.
|
PRAKTİK (ID - 33301)sif [yun.] 1. Praktikaya aid olan, praktika ilə, real tələbat və imkanlarla əlaqədar olan; təcrübi. Praktik məqsəd.
Bilavasitə bir işlə məşğul olan, bir işə, ya şəxsə rəhbərlik edən. Praktik rəhbərlik. Hər hansı elmi... |
PRAKTİK (ID - 33302)[yun.] Öz işini təcrübi cəhətdən yaxşı bilən, öz ixtisası üzrə böyük təcrübəsi olan; ancaq praktika yolu ilə böyük təcrübə qazanmış adam. // İşgüzar adam.
|
PRAKTİKA (ID - 33303)[yun. praktikos - işcil] bax təcrübə. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir və bunun səbəbi də operanı yazarkən onun musiqi tekstində və həmçinin yaradıcılıq fantaziyamda muğam...
|
PRAKTİKANT (ID - 33304)[yun.] Təcrübə keçən adam; təcrübəçi. Praktikant tələbə.
|
PRAKTİKİ (ID - 33305)bax praktik. Atasının təklifi [Əzizin] ağlına batsa da, bu işin praktiki həllində acizlik çəkirdi. Ə.Vəliyev.
|
PRAKTİKLİK (ID - 33306)is. Həyata praktik münasibət, hər şeydən fayda götürmə bacarığı; praktisizm (2-ci mənada).
|
PRAKTİKUM (ID - 33307)[yun.] Hər hansı bir fənn üzrə praktik məşğələ növü (əsasən ali məktəblərdə). Kimyadan praktikum. Praktikum rəhbəri.
|
PRAKTİSİZM (ID - 33308)[yun.] 1. Nəzəri biliyin əhəmiyyətini qiymətləndirməyərək, praktik fəaliyyətə üstünlük vermə.
2. Bir şeyə işgüzar münasibət. // İşləri öz xeyrinə qura bilmə bacarığı. |
PRAQMATİKA (ID - 33309)is. [yun.] İşarə sistemi ilə onu tətbiq edənin arasındakı əlaqəni öyrənən bilik sahəsi.
|
PRAQMATİST (ID - 33310)[yun.] 1. Praqmatizm tərəfdarı.
2. Tarixi faktların şərhində praqmatizm tərəfdarı olan tarixçi. |
PRAQMATİZM (ID - 33311)[yun. pragma - iş, praktika] 1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara...
|
PRAPORŞİK (ID - 33312)[rus.] Ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə belə rütbəsi olan hərbi xidmətçi.
|
PRAVOSLAV (ID - 33313)[rus. православ] 1. Xristianlığın mühüm bir qolu olub Bizansda təşəkkül tapan dini məzhəb. Pravoslav məzhəbinin nümayəndələri.
Bu məzhəbə etiqad edən (adam). Pravoslav xalqlar. Pravoslav missionerlər. |
PRAVOSLAVLIQ (ID - 33314)is. Xristianlığın başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və Balkanlarda yayılmış mühüm cərəyanlarından biri. Pravoslavlığın ehkam mərkəzləri. Pravoslavlığın dini fəlsəfəsi.
|
PREAMBULA (ID - 33315)is. [fr.] Hər hansı bir qanunun, qərarın giriş hissəsi.
|
PREDİKAT (ID - 33316)[lat.] 1. Məntiqdə: hökmün obyekti haqqında deyilən fikir; məntiqi xəbər. Predikatın və subyektin ənənəvi anlayışları. Predikatın yeni şərhi.
2. qram. Xəbər. |
PREDİKATİV (ID - 33317)sif [lat.] mənt. qram. Predikat funksiyasında işlənən, predikat olan. Predikativ zərf.
|
PREDİKATİVLİK (ID - 33318)is. mənt. qram. Predikatın xassəsi. Predikativlik xüsusiyyəti. Predikativliyin ifadə vasitələri.
|
PREDNİZOLON (ID - 33319)is. [lat.] tib. Metobolik prosesləri tənzimləyən hormonal dərmanlardan biri.
|
PREFEKTÜRA (ID - 33320)is. [lat.] 1. Qədim Roma imperiyasında inzibati bölgü.
İnzibati ərazi vahidi. Ərazi vahidinin idarəetmə orqanı. |
PREFERANS (ID - 33321)[fr.] Kart oyunlarından birinin adı. Preferans oynamaq.
|
PREFİKS (ID - 33322)[lat. praefixus - artırılmış] qram. Ön şəkilçi.
|
PRELÜD (ID - 33323)[lat.] 1. Musiqi əsərinə giriş.
2. Əsasən fortepiano üçün müəyyən quruluş forması olmayan müstəqil musiqi pyesi. Şopenin prelüdləri. |
PREMYERA (ID - 33324)[fr. premiere - birinci] Pyes, opera, balet və s.-nin ilk tamaşası. Yeni baletin premyerası.
|
PREPARAT (ID - 33325)[lat. praeparatus - hazırlanmış] 1. Tədqiqat, müşahidə və ya tədris məqsədi ilə hazırlanmış heyvan və ya bitki orqanizmi hissəsi. Anatomik preparat.
Tədqiqat üçün hazırlanmış kimyəvi maddə. Radioaktiv preparat. Laboratoriya... |
PREPARATÇI (ID - 33326)is. Preparat hazırlamaqla məşğul olan şəxs.
|
Bu səhifə dəfə baxılıb