PRAQMATİZM[yun. pragma - iş, praktika] 1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara vermişdir). Praqmatizm fəlsəfəsinin mərkəzində biliyin məzmununu onun praktik, əməli nəticələri ilə müəyyən edən “praqmatizm prinsipi” durur.
Tarix elmində: inkişafın obyektiv qanunlarını açıb göstərmədən tarixi hadisələrin xarici əlaqə və ardıcıllığını izah etməklə kifayətlənən cərəyan. Paylaşın - Hamı bilsin
|