İzahlı lüğət

PAPİRUS (ID - 32377)

[yun.] 1. Tropik qamış bitkisi.
2. Həmin bitkinin, qədim misirlilərin və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı. // Bu material üzərində yazılmış qədim yazılar.

PAPKA (ID - 32378)

[rus.] Kağız qoymaq üçün kartondan, dəridən və s.-dən qovluq. [Yaşar:] Hər nə var - proyekt və ya başqa hesablar hamısı bu papkadadır. C.Cabbarlı. Bu zaman katibə papka əlində içəri girdi. Q.İlkin.

PAPUAS(LAR) (ID - 32379)

cəm Yeni Qvineyanın və Melaneziyanın bəzi başqa adalarının yerli əhalisi.

PARA1 (ID - 32380)

is. [fars. parə] 1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı. // Parça, tikə. Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoydu, atasına qoşub, məktəbə yola saldı. Ə.Haqverdiyev. [Əlikram] kəsdiyi...

PARA2 (ID - 32381)

is. Pul. Keçən gün [Zeynal] səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün ən aşağısı üç yüz manatpara alacaqdır. S.Hüseyn. Əhmədfındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları öz arxalığının astarına tikib...

PARABELLUM (ID - 32382)

[lat. para bellum - müharibəyə hazırlaş] Avtomat tapança növü. Bozumtul adyalla örtülmüş taxta çarpayıların başından sarı qoburlu alman parabellumu asılmışdı. M.Hüseyn.

PARABOLA (ID - 32383)

[yun. parabola - yaxınlaşma] riyaz. Bütün nöqtələri bir nöqtədən (fokusdan) və bir düz xətdən (direktrisadan) eyni məsafədə olan qeyri-qapalı əyri.

PARABOLİK (ID - 32384)

sif [yun.] 1. Parabola şəklində olan. Kometanın parabolik orbiti. Parabolik tağ. Paraboloid şəklində olan. Parabolik güzgü. // Parabola şəklində əyilmiş güzgüsü olan. Parabolik teleskop.

PARABOLOİD (ID - 32385)

[yun. parabole və lidos] riyaz. Bir parabolanın ucunun hərəkətsiz duran başqa parabolaya sürtünməsi nəticəsində alınan səth.

PARAD (ID - 32386)

[fr.] 1. Qoşunların təntənəli rəsmkeçidi; rəsm-keçid.
İdman, tələbə, gənclər və s. təşkilatların üzvlərinin təntənəli yürüşü.
Nümayiş. Idman paradı.

PARADIRNAQ (ID - 32387)

sif zool. Qoşadımaq, haçadırnaq (heyvan).

PARADOKS (ID - 32388)

[yun. paradoxos - gözlənilməz, qəribə] Adi və hamı tərəfindən qəbul olunmuş fikrə, mühakiməyə, qənaətə qəti uyğun olmayan, (bəzən ancaq ilk baxışda) düzgün mühakiməyə zidd olan nöqteyinəzər, fikir. // kit. Elmdə adi təsəvvürlərə...

PARADOKSAL (ID - 32389)

sif [yun.] Qeyri-adi, inanılmaz, ağlasığmaz. Lakin dünya xalqlarının tarixi müqəddəratında paradoksal hadisələr az deyil... Ə.Məmmədxanlı.

PARADOKSALLIQ (ID - 32390)

is. Qeyri-adilik, ağlasığmazlıq, inanılmazlıq.

PARAF (ID - 32391)

[fr.] Qısa imza, adının və atasının, yaxud familiyasının adının ilk hərfləri inisial (adətən diplomatik sənədlərdə).

PARAFİN (ID - 32392)

[fr.] Neftdən, habelə torf və ya boz kömürdən quru distillə yolu ilə alınan mumaoxşar ağ və ya sarımtıl maddə. // Həmin maddədən düzəldilmiş. Parafin şam.

PARAFİNLƏMƏ (ID - 32393)

“Parafinləmək” dən f.is.

PARAFİNLƏMƏK (ID - 32394)

f Üzərinə parafin sürtmək, parafin hopdurmaq. Çəlləyi parafinləmək.

PARAFİNLƏNMƏ (ID - 32395)

“Parafinlənmək” dən f.is.

PARAFİNLƏNMƏK (ID - 32396)

məch. Parafin sürtülmək, parafin hopdurulmaq.

PARAFİNLİ (ID - 32397)

sif Tərkibində parafin olan, parafin sürtdürülmüş, parafin hopdurulmuş.

PARAFLAMA (ID - 32398)

“Paraflamaq” dan f.is. Paraflamanın hüquqi əhəmiyyəti.

PARAFLAMAQ (ID - 32399)

f dipl. Beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq (adının, atasının adının, yaxud familiyasının ilk hərflərini yazmaqla). Ticarət müqaviləsini paraflamaq.

PARAFLANMA (ID - 32400)

“Paraflanmaq” dan f.is.

PARAFLANMAQ (ID - 32401)

məch. dipl. Rəsmi imzalanmaya qədər ilkin imza (paraf) qoyulmaq (beynəlxalq müqaviləyə). Sülh müqaviləsi paraflandı.

PARAQ (ID - 32402)

is. Uzun qulaqları və yekə başı olan it cinsi. Qapıya paraq; Saqqala daraq. (Ata. sözü). Adətdir quyruğun buduna qısar; Hər yerdə ki, görsə köpəyi paraq. Q.Zakir. Hələ alaçıqlara xeyli qalmış qıllı paraqlar qabağımızı kəsdi....

PARAQRAF (ID - 32403)

[yun.] 1. Kitab fəslinin, məqalə mətninin müstəqil əhəmiyyəti olan və adətən “§” işarəsi və sıra nömrəsi ilə ayrılan hissəsi. Nizamnamənin birinciparaqrafı.
2. “§” işarəsinin özü.

PARAQVAYLI (ID - 32404)

is. Paraqvayda yaşayan əhali və həmin əhaliyə mənsub olan adam.

PARALAMA (ID - 32405)

“Paralamaq” dan f.is.

PARALAMAQ (ID - 32406)

f Bütöv bir şeyi para-para etmək, parçalamaq, hissələrə bölmək. Sözün məni yaralar; Ürəyimi paralar. M.Ə.Sabir.

PARALANMA (ID - 32407)

“Paralanmaq” dan f.is.

PARALANMAQ (ID - 32408)

məch. Para-para olmaq, iki yerə bölünmək, parçalanmaq.

PARALATMA (ID - 32409)

“Paralatmaq” dan f.is.

PARALATMAQ (ID - 32410)

icb. Parçalatmaq, iki yerə böldürmək.

PARALEL (ID - 32411)

[yun. parallelos - yanaşı gedən]
sif b ax müvazi. Paralel səth. Paralelxətt. // is. Müvazi xətt. Paralel çəkmək. // Zərf mənasında. Otaqda paralel qoyulmuş iki taxtdan və bucaqdakı uzun qovaq taxtalarının üstünə səliqə ilə...

PARALELEPIPED (ID - 32412)

[yun. parallelos - paralel, epipedon - müstəvi] riyaz. Oturacağı paraleloqramkr olan çoxüzlü (cisim).

PARALELIZM (ID - 32413)

[yun.] 1. Bax müvazilik. Xətlərin paralelizmi.
2. Eyni işi görmə; təkrarlıq, təkrarlama, paralellik. Idarələrin işindəki paralelizm. Paralelizmi aradan qaldırmaq.

PARALELLİK (ID - 32414)

b a x paralelizm.

PARALELOQRAM (ID - 32415)

[yun. parallelos - paralel, qram] riyaz. Qarşı tərəfləri bərabər və paralel olan dördbucaqlı (cisim).

PARAMETR (ID - 32416)

[yun. parametron] 1. riyaz. Riyazi formula daxil olan və öz sabit qiymətini yalnız həmin məsələ şəraitində saxlayan kəmiyyət.
fiz. tex. Hər hansı bir şeyin, hadisənin əsas xüsusiyyətlərini səciyyələndirən kəmiyyət və ya...

PARANOYYA (ID - 32417)

is. [yun. paranoia - dəlilik] Sistematik sayıqlama ilə təzahür edən sabit psixi pozğunluq. Paranoyyanın gedişi. Şizofireniyadan fərqli olaraq paranoyyada hallüsinasiyalara təsadüf olunmur.

PARAPET (ID - 32418)

[ital. parapetto] Bir yerin boyunca uzanıb gedən alçaq divarcıq, məhəccər.

PARASIZ (ID - 32419)

sif. Pulu olmayan, pulsuz, kasıb. Adəmi adəm eyləyən paradır; Parasız adəmin üzü qaradır! M.Ə.Sabir. // Müftə, havayı, pulsuz. [Şah] dillərdə söylənən hər cür ləzzətli yeməkləri bişirtdirdi, pulsuz, parasız (z.) gələnə,...

PARASIZLIQ (ID - 32420)

is. Pulsuzluq. Mehriban Zeynalın parasızlığının səbəbini bilirdi. S.Hüseyn. Biryandan işsizlik, parasızlıq,.. bir yandan da sənət eşqi Həsəni rahat buraxmayıb, ruhuna əziyyət verirdi. B.Talıblı.

PARAŞÜT (ID - 32421)

[fr.] Təyyarədən və ya başqa uçucu aparatdan yerə tullanmaq, yaxud yük düşürmək üçün havada böyük bir çətir (zontik) kimi açılan alət. [Paraşütçü] gülə-gülə paraşütü yığmağa başlayıb ona heyranheyran baxan Kamala...

PARAŞÜTÇÜ (ID - 32422)

is. Paraşütizmlə məşğul olan adam. // Paraşütlə tullanan adam. Paraşütçü əsgər.

PARAŞÜTÇÜLÜK (ID - 32423)

bax paraşütizm.

PARAŞÜTİZM (ID - 32424)

[fransızcadan] Paraşütlə tullanışın nəzəriyyə və praktikası; paraşüt idmanı.

PARATİF (ID - 32425)

[yun. para və tif] tib. Qarın yatalağı mikroblarına yaxın olan basillərin törətdiyi keçici xəstəlik.

PARAZİT (ID - 32426)

[yun. parasitos] biol. 1. Başqa bir orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki və ya heyvan; tüfeyli.
Bit, birə, taxtabiti, gənə kimi həşərat haqqında. Parazitlərlə mübarizə. məc. İstismarçı, müftəxor,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed