PLANERİST (ID - 33077)[fr.] bax planerçi. [Reyhan:] Bir dəfə Şamxordan, planeristlər yarışından bizi Bakıya apardılar. Mir Cəlal.
|
PLANERİZM (ID - 33078)[fr.] Planerlərdə uçmaq işi, planer idmanı ilə məşğul olma.
|
PLANERODROM (ID - 33079)[fr. planeur və yun. dromos] Planerlərin durması və qalxması üçün meydança.
|
PLANET (ID - 33080)[yun. planetes - dolaşan] Günəşin ətrafında fırlanan və Günəş işığının inikası ilə işıqlanan göy cismi; səyyarə. Böyük planetlər. Mars planeti. - Görəcəksiniz, Aya, Marsa və ya başqa planetlərə ilk ayaq basanların birincisi...
|
PLANETARİ (ID - 33081)[yun.] 1. Qübbəvari ekranda planet və başqa göy cisimlərinin yerini və hərəkətini göstərən cihazlar sistemi, qurğu.
Belə qurğu vasitəsilə planetlərin yeri və hərəkəti nümayiş etdirilən xüsusi bina. Moskva planetarisi. |
PLANLAMA (ID - 33082)"Planlamaq” dan f.is.
|
PLANLAMAQ (ID - 33083)f. dan. Planmı çəkmək, planını almaq, planlaşdırmaq.
|
PLANLAŞDIRILMA (ID - 33084)"Planlaşdırılmaq” dan f.is.
|
PLANLAŞDIRILMAQ (ID - 33085)məch. Planı alınmaq, planı çəkilmək, planı tərtib edilmək. [Şirzad:] Məhsuldarlıq planlaşdırılarkən bütün imkanlarımız nəzərə alınmamışdır. M.İbrahimov.
|
PLANLAŞDIRMA (ID - 33086)“Planlaşdırmaq” dan f.is.
|
PLANLAŞDIRMAQ (ID - 33087)f. 1. Tikinti, qurğu və s.-nin planmı və ya layihəsini tərtib etmək, hazırlamaq, planlamaq. Binanı planlaşdırmaq.
Plana, çertyoja əsasən düzəltmək, yerləşdirmək; bir şeyin çertyoja, plana əsasən qurulması, yerləşdirilməsi... |
PLANLI (ID - 33088)sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən həyata keçirilən, plan üzrə olan. Planlı təsərrüfat. Planlı təchizat. Planlı tikinti.
|
PLANLILIQ (ID - 33089)is. Bir şeydə plan olması, bir şeyin plana tabe olması; müntəzəmlik, sistemlilik, mütəşəkkillik.
|
PLANSIZ (ID - 33090)sif. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsaslanmayan, plan üzrə olmayan, plana tabe olmayan. Plansız tikinti. // Sistemsiz, qeyri-müntəzəm, qeyri-mütəşəkkil. Plansız (z.) işləmək.
|
PLANSIZLIQ (ID - 33091)is. Planm olmadığı hal, plana uyğun gəlməmə, plan üzrə olmama; qeyrimüntəzəmlik, qeyri-mütəşəkkillik. Ən geridə qalan bu manqanın zəif cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillik, plansızlıqdır. Ə.Vəliyev.
|
PLANŞET (ID - 33092)[fr.] 1. geod. Çertyoj kağızını sərib üstündə işləmək üçün dördbucaq xüsusi taxta lövhə. Planşetlərin qar kimi ağ üzündə incə xətlərlə müxtəlif işarələr çəkilməyə başlanmışdı. Ə.Əbülhəsən.
geod. Geodezik... |
PLANTASİYA (ID - 33093)[lat. plantatio - əkin] Müəyyən kənd təsərrüfatı məhsulu (məs.: şəkər qamışı, pambıq, çay, qəhvə və s.) yetişdirmək sahəsində ixtisaslaşmış iri kapitalist əkinçilik təsərrüfatı.
2. Xüsusi kənd təsərrüfatı bitkisi... |
PLANTATOR (ID - 33094)[lat.] Plantasiya (1-ci mənada) sahibi.
|
PLASKART (ID - 33095)[alm.] 1. Səmişinə vaqonda nömrələnmiş yeri tutmaq hüququ verən sənəd.
2. dan. bax plaskartlı 2-ci mənada. Plaskart vaqon. |
PLASKARTLI (ID - 33096)sif. 1. Plaskartı olan. Plaskartlı bilet.
2. Plaskart üzrə sərnişinə verilən. Plaskartlı yer. |
PLASTIR (ID - 33097)is. 1. Dərmanlı parçadan lent, məlhəm.
2. Dərinin deşilmiş yerini tutmaq üçün müvəqqəti yamaq. |
PLASTİK (ID - 33098)[yun.] 1. “Plastika” dan sif Plastik incəsənət (heykəltəraş). // Xarici həcmi, formanın həmahəngliyi, müntəzəmliyi, ifadəliliyi ilə əlaqədar olan. Plastik təsvir.
İncə, müntəzəm, gözəl (bax plastika 3-cü mənada). Plastik... |
PLASTİKA (ID - 33099)[yun. plastike] 1. inc. Heykəltəraşlıq sənəti. Antik plastika. Plastika məktəbi. // Heykəltəraşlıq əsərləri.
inc. bax plastiklik. Heykəlinplastikası. Bədənlə ritmik zərif hərəkətlər göstərmə məharəti. Balet icraçıdan... |
PLASTİKLİK (ID - 33100)is. 1. Qəşənglik, zəriflik, ahəngdarlıq, vəznlilik. Hərəkətin plastikliyi. Heykəlin plastikliyi. - “Rənglilər rəqsi” musiqi və rəqsin plastikliyi cəhətdən çox zəngindir. S.Hacıbəyov.
2. Yoğurula bilmə, istənilən şəklə... |
PLASTİLİN (ID - 33101)[yun. plastos] Heykəltəraşlıqda işlədilən gildən və ya mumdan hazırlanmış qurumayan plastik kütlə.
|
PLASTİNKA (ID - 33102)[rus.] 1. Səs yazılmış patefon və ya qrammofon valı. Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar. C.Cabbarlı.
2. Fotoaparatda şəkil çəkmək... |
PLAŞ (ID - 33103)[rus. плащ] Yağmurdan qorunmaq üçün sukeçirməyən materialdan tikilmiş paltoya oxşar enli üst geyimi; bürüncək, yağmurluq. Tərlan əlini plaşının cibindən çıxartmayıb, Mürsəl kişinin yanındaca maşına söykəndi. M.Hüseyn....
|
PLAŞ-ÇADIR (ID - 33104)is. Həm plaş, həm də çadır kimi istifadə oluna bilən sukeçirməyən plaş. Zəhra yaralını plaş-çadırın arasına qoydu. Ə.Vəliyev.
|
PLATFORMA (ID - 33105)[fr.] 1. Möhkəm materialla örtülü hündür, düz meydança, səki. Zenit topunun platforması. // Stansiyada dəmiryol yatağı boyunca düzəldilmiş belə meydança, səki. Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə....
|
PLATİN (ID - 33106)[isp. platina] Boz, ağ rəngli qiymətli metal; ağqızıl.
|
PLATO (ID - 33107)is. [fr. ] Aşağısı sıldırımlı olan düzənlik. PLATONİK sif. [xüs. is. -dən] 1. Platonizm fəlsəfəsi ilə əlaqədar olan.
2. Bax əflatuni. Əsrlərdən bəri mistik dona geydirilmiş platonik eşqə qarşı poeziyaya bir növ epikürizm... |
PLATONİZM (ID - 33108)[xüs. is. -dən] Qədim yunan filosofu Platon və onun ardıcıllarının idealist fəlsəfəsi.
|
PLAZMA (ID - 33109)[yun. plasma] biol. Qanın maye hissəsi.
|
PLEBEY (ID - 33110)[lat.] tar. Qədim Romada: şəxsən azad, lakin əvvəllər heç bir siyasi hüquqa malik olmayan aşağı təbəqələrə mənsub adam.
|
PLEBİSSİT (ID - 33111)[lat. plebiscitum - xalqın qərarı] Ümumxalq rəy sorğusu; referendum.
|
PLENAR (ID - 33112)sif [lat. plenarius - tam] Hər hansı bir təşkilatın seçilmiş rəhbər orqanının bütün üzvlərinin iştirakı ilə olan, keçirilən. Plenar iclas.
|
PLENUM (ID - 33113)[lat. plenum - tam] Plenar iclas. Plenumun qərarları.
|
PLEVRA (ID - 33114)[yun.] anat. Ağciyər və döş boşluğunun divarını örtən pərdə.
|
PLEVRIT (ID - 33115)[yun.] tib. Plevranın iltihabı.
|
PLİTƏ (ID - 33116)[rus. плита] 1. İri, yastı səthi düz daş, metal və s. parçası. Mərmərplitə. Beton plitə. Çuqun plitə.
2. B ax pilətə. Qaz plitəsi. |
PLİTKA (ID - 33117)[rus.] 1. Kiçik plitə (bax plitə ci mənada). Keramika plitkası. // Bir şeyin kiçik, yastı, dördbucaqlı parçası. Şokolad plitkası.
2. Bax pilətə. Elektrik plitkası. |
PLOMB (ID - 33118)[lat. - qurğuşun] 1. Bağlanmış qapılara, qablaşdırılmış mallara, qapalı qutulara və s.-yə asılan, üzərinə damğa basılmış qurğuşun və ya başqa materialdan hazırlanmış möhür növü. Qutuya plomb vurmaq.
2. Dişdəki oyuğu... |
PLOMBİR1 (ID - 33119)[coğr. addan] Qaymağa meyvə, şirə və s. qatılmaqla hazırlanan dondurma növü.
|
PLOMBİR2 (ID - 33120)[lat.] Bağlı qapılara, mallara plomb vurmaq üçün alət.
|
PLOMBLAMA (ID - 33121)“Plomblamaq” dan f.is.
|
PLOMBLAMAQ (ID - 33122)f 1. Bağlı qapılara, mallara plomb vurmaq. Vaqonu plomblamaq. Malı plomblamaq. Kassanı plomblamaq.
2. Plomb qoymaq. Dişi plomblamaq. |
PLOMBLANMA (ID - 33123)“Plomblanmaq” dan f.is.
|
PLOMBLANMAQ (ID - 33124)məch. 1. Plomb vurulmaq (qapıya və s.-yə).
2. Plomb qoyulmaq (dişə). |
PLOMBLU (ID - 33125)sif. 1. Plomb vurulmuş, plombu olan; plomblanmış. Plomblu qapı. Plomblu kassa.
2. Plomb qoyulmuş, plombu olan, plomblanmış. Plomblu diş. |
PLOMBSUZ (ID - 33126)sif Plombu olmayan, plomb vurulmamış; plomblanmamış.
|
Bu səhifə dəfə baxılıb