İzahlı lüğət

PLATFORMA

[fr.] 1. Möhkəm materialla örtülü hündür, düz meydança, səki. Zenit topunun platforması. // Stansiyada dəmiryol yatağı boyunca düzəldilmiş belə meydança, səki. Vağzalın platformasında bir neçə nəfər adam görünürdü. S.M.Qənizadə. [Stansiyada] zəif surətdə işıqlanmış platformada yuxulu sərnişinlər o yan-buyana qaçırdılar. T.Ş.Simurq. // Kiçik dəmiryol stansiyası; yarımstansiya.
Alçaq bortlu üstüaçıq yük vaqonu. Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq. Açıq platformalarda gümüş rəngli kabel muftaları düzülmüşdü. H.Seyidbəyli.
məc. Hər hansı partiya və qrupun fəaliyyət proqramı, məramı, siyasi tələbləri. Partiyanın seçki platforması.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PIY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed