PLAŞ[rus. плащ] Yağmurdan qorunmaq üçün sukeçirməyən materialdan tikilmiş paltoya oxşar enli üst geyimi; bürüncək, yağmurluq. Tərlan əlini plaşının cibindən çıxartmayıb, Mürsəl kişinin yanındaca maşına söykəndi. M.Hüseyn. Əynində plaş olan bir adam evin qapısını döydü. Q.İlkin.
Paylaşın - Hamı bilsin
|