PİNQVİN (ID - 32977)[lat. pingouin - yağlı] zool. Kürəyəoxşar qanadları olan, yaxşı üzən, lakin uça bilməyən iri Cənub qütb dəniz quşu.
|
PİNSET (ID - 32978)[pincette] bax maqqaş 1-ci mənada.
|
PİNTİ (ID - 32979)sif 1. Üst-başına, təmizliyə, səliqəsahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı. Pinti uşaq. - Qış getsə, gəlsə yaz; Pinti qız üzünü yumaz. (Ata. sözü). Əmi oğlu evə gələndə deyir ki, türk arvadları...
|
PİNTİLİK (ID - 32980)is. Pinti adamın halı; kirlilik, səliqəsizlik. [frəngiz:] Bax, bu pintilik xəstəliyinə qarşı yürüş eləmək lazımdır. B.Bayramov.
|
PİON (ID - 32981)is. Qaymaqçiçəklilər fəsiləsindən iri, qırmızı və ya ağ gülləri olan çoxillik bəzək bitkisi.
|
PİONER1 (ID - 32982)is. [fr. pionnier - ilk yolaçan, bani, əsasını qoyan] 1. Birincilər sırasında olaraq hələ tanınmayan yeni bir ölkəyə daxil olmuş və orada məskən salmış adam.
məc. kit. Elm, mədəniyyət sahəsində yeni bir şeyin əsasını qoymuş... |
PİONER2 (ID - 32983)is. [fr.] Sovet dövründə: könüllü uşaq kommunist təşkilatının üzvü. Gedir pionerin qızıl dəstəsi; Dağlara əks edir baraban səsi. S.Vurğun.
|
PİPET (ID - 32984)[fr.] Gözə damcı və s. tökmək üçün rezin ucluq keçirilmiş şüşə borucuq.
|
PİPİK (ID - 32985)is. Bəzi quşların (məs.: xoruzun və bəzi toyuqların) başında olan qırmızı ət parçası, çıxıntı. Qaraş ərik ağacının başına dırmaşmış beçənin qanlı pipiyinə baxıb “baş üstə” dedi. M.İbrahimov.
|
PİPİKLİ (ID - 32986)sif Pipiyi olan. Pipikli toyuq. Pipikli quş.
|
PİR1 (ID - 32987)is. [fars.] 1. Qoca, çox yaşlı kişi, ixtiyar. Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. Aşıq Ələsgər. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir - mənə meydanda ad verən o qoca - ozan...
|
PİR2 (ID - 32988)b ax ocaq 3-cü mənada. Şəhərdə böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur etmişdi. Çəmənzəminli. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. H.Sarabski.
|
PİRAMİDA (ID - 32989)[yun. pyramis, pyramidos]
riyaz. Oturacağı çoxbucaqlı və ya üçbucaqlı; yanları isə üçbucaqlı olan həndəsi cisim. Dördbucaqlı piramida. Piramidanın yan üzləri. Qədim Misir fironlarınm həmin şəkildə iri daşlardan qurulmuş... |
PİRAMİDAL (ID - 32990)sif Piramida şəklində olan, piramidaya oxşayan.
|
PİRAMİDKA (ID - 32991)[rus.] Oxa keçirilən, getdikcə kiçilən müxtəlif rəngli halqalardan ibarət uşaq oyuncağı.
|
PİRAMİDON (ID - 32992)[yun. pur - od, am(moniakon) - qətranlı kitrə və eigos - şəkil] əcz. Ağrıkəsən və qızdırmanı salan dərman.
|
PİRANİ (ID - 32993)sif [fars.] Qoca, ağsaqqal, ixtiyar, nurani. Pirani kişi. - Qoca pirani bir kişi oturub qabağında manqal, əlində batman kitab. (Nağıl). Mən onu görmüşdüm pirani çağda; Uşaqdan da uşaq, uşaq kimiydi. M.Araz. // Məc. mənada. Bu nurani...
|
PİRANİLİK (ID - 32994)is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq, nuranilik.
|
PİRAT (ID - 32995)[lat. əsli yun.] tar. Dəniz qulduru.
|
PİRATLIQ (ID - 32996)is. tar. Dəniz quldurluğu.
|
PİRKEŞİK (ID - 32997)is. [rus. “прикаяник” sözünün təhrif olunmuş forması] 1917-ci il rus inqilabından qabaq: mağazada qulluq edən xidmətçi; satıcı. [Hacı Murad:] Tacirbaşı Hacı Əlinin o zaman birpirkeşiyi vardı. S.S.Axundov. [Ana:] Oğlum,...
|
PİRLİK (ID - 32998)is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq; nuranilik, piranilik. Pirlik etmişdi məni sərsəri; Qalmamışdı zövqü səfa əsəri... Q.Zakir.
|
PİROJKİ (ID - 32999)[rus. “пирожок” söz. cəmi] dan. Kiçik piroq, balaca piroq. Pirojki bişirmək. Ətli pirojki.
|
PİROJNA (ID - 33000)[rus. пироженное] Adətən şirin iç (krem, badam və s.) qoyulmuş yağlı xəmirdən bişirilən şirniyyat məmulatı. Kremli pirojna.
|
PİROKSİLİN (ID - 33001)[yun. pur - od və oxys ağac] Partlayış işlərində və tüstüsüz barıt hazırlanmasında işlədilən partladıcı maddə.
|
PİROQ (ID - 33002)[rus.] Hər hansı bir şeydən iç qoyulmuş xəmir məmulatı. Povidlo və riçal piroq və ponçik bişirmək üçün ən yaxşı şirnidir.
|
PİROTEXNİK (ID - 33003)[yun. pur - od və technike bacarıq] Pirotexnika mütəxəssisi.
|
PİROTEXNİKA (ID - 33004)[yun.] Texnikanın, alışqan xəlitələr, siqnal raketləri, fişəng və s. hazırlamaqla məşğul olan sahəsi.
|
PİS (ID - 33005)sif. 1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava. // Öz işini yaxşı bilməyən,...
|
PİSİKDİRMƏ (ID - 33006)“Pisikdirmək” dən f.is.
|
PİSİKDİRMƏK (ID - 33007)f. dan. Qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək. Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb [Nəcəfi] pisikdirdi. M.İbrahimov. Qumru istəyir ki, Babacanı pisikdirib, Bünyadı onun evindən çıxartsın, Bünyada özü...
|
PİSİKMƏ (ID - 33008)“Pisikmək” dən fis.
|
PİSİKMƏK (ID - 33009)f dan. 1. Qorxmaq, vahiməyə düşmək, ürkmək. Qaranlıqda pisikmək.
2. İncimək, qəlbinə dəymək. Yəhya Kamal pisikdi, küsdü, getdi. Mir Cəlal. |
PİSKƏNDƏ (ID - 33010)is. [fars.] məc. Qabığı soyulub qurudulmuş əncir. Nənə isə əncirin qabıqlarını soyandan sonra sərib, piskəndə qurudardı. H.Sarabski.
|
PİSLƏMƏ (ID - 33011)“Pisləmək” dən fis.
|
PİSLƏMƏK (ID - 33012)f Haqqında pis rəy, mənfi fikir söyləmək; pis hesab etmək. Hərəkətini (işinı) pisləmək.
|
PİSLƏNMƏ (ID - 33013)“Pislənmək” dən f.is.
|
PİSLƏNMƏK (ID - 33014)məch. Haqqında pis fikir, pis rəy söylənmək, pis hesab edilmək. Hərəkəti pislənmək. Işi pislənmək.
|
PİSLƏŞMƏ (ID - 33015)“Pisləşmək” dən fis.
|
PİSLƏŞMƏK (ID - 33016)f 1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. Məhsul pisləşib.
2. Halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq. Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi.... |
PİSLİK (ID - 33017)is. 1. Pis şeyin hal və keyfiyyəti (yaxşılıq ziddi). Yolun pisliyi. - Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. C.Məmmədquluzadə.
2. Pis iş, alçaqlıq, rəzillik, pis əməl,... |
PİSNİYYƏTLİ (ID - 33018)sif. Niyyəti, arzusu, istəyi, məqsədi yaxşı olmayan; qara fikirli.
|
PİSNİYYƏTLİLİK (ID - 33019)is. Niyyəti, məqsədi, arzusu, istəyi pis olma; qara fikirlilik.
|
PİS-PİS (ID - 33020)sif. b ax pis (çoxluq bildirir). Pis-pis işlər. Pis-pis hərəkətlər. Pis-pis sözlər. [Mirpaşa:] Mahmud qoşulub pis adamlara. Z.Xəlil. [Sona xanım:] Heç ürəyim bir dəqiqə sakit olmayır, başıma pis-pis fikir gəlir. Ə.Haqverdiyev. //...
|
PİSTOLET (ID - 33021)[fr.] Tapança. Zabit yerə yıxıldı, pistoleti əlindən düşdü. S.Vəliyev. □ Pistolet-pulemyot - yaxın məsafələrə atmaq üçün sürətli avtomatik silah.
|
PİSTON (ID - 33022)[fr.] 1. Patronda barıtı alışdırmaq üçün partladıcı qalpaqcıq. Patrona piston qoymaq. Pistonu nəmdən qorumaq. // Oyuncaq tüfəng və tapançalar üçün içi barıtlı xırda kağız piləkcik. Rəngarəng pistonlar. // Nasosun içində...
|
PİSTONLAMA (ID - 33023)"Pistonlamaq” dan f.is.
|
PİSTONLAMAQ (ID - 33024)f Piston qoymaq, piston salmaq. Patronu pistonlamaq.
|
PİSTONLANMA (ID - 33025)"Pistonlanmaq” dan f.is.
|
PİSTONLANMAQ (ID - 33026)məch. Piston qoyulmaq, piston salınmaq (patrona).
|
Bu səhifə dəfə baxılıb