İzahlı lüğət

PİS

sif. 1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava. // Öz işini yaxşı bilməyən, təcrübəsiz. Pis usta. Pis təşkilatçı. // Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. Pis xasiyyət. - [Sənəm:] Indi mən nə deyirəm ki, pis söz demirəm ki?! Ü.Hacıbəyov.
Bəd, alçaq, rəzil, şərəfsiz, namərd. Pis adam. Pis qonşu. - [Əşrəf Zeynala:] Xülasə, pis övlad gərək ortalıqdan götürülsün. Çəmənzəminli. // Qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. Pis hərəkət. Pis (z.) danışmaq. Özünü pis (z.) aparmaq. // Is. mənasında. Pis adam. Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. Xəstə Qasım.
Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən. Pis yuxu görmək. -Maralın vahiməsi Cumanı bəzən min cürpis fikrə, şübhəyə salırdı. Ə.Əbülhəsən. // Mənfi. Xəbər də, deyəsən, pis xəbər idi? Mir Cəlal. Ümid pis cavabı xəyalına gətirmək istəmirdi. B.Bayramov.
□ Pis ağız - söyüşkən, ağzıyava, ağzıpərtöv, hərzə adam haqqında. Çox pis ağzı var. Pis ağzını açma! Pis göz - bir şeyi gördükdə ona xətər yetirən, onu gözə gətirən adam haqqında. Pis göz sənə dəyməz, gözəlim, xoş nəzərim var. Ə.Vahid. Pisinə gəlmək - xoşuna gəlməmək, acığına gəlmək. [Musa:] Doğrusu, mənim də pisimə gəldi, getmədim. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed