PİNTİsif 1. Üst-başına, təmizliyə, səliqəsahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı. Pinti uşaq. - Qış getsə, gəlsə yaz; Pinti qız üzünü yumaz. (Ata. sözü). Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləripinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Ə.Haqverdiyev. // İs. mənasında. Pintilər sırasına; Yazıldı onun adı. M.Dilbazi.
2. məc. Səliqəsiz; təmiz iş görməyən. Paylaşın - Hamı bilsin
|