İzahlı lüğət

PİR1

is. [fars.] 1. Qoca, çox yaşlı kişi, ixtiyar. Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. Aşıq Ələsgər. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir - mənə meydanda ad verən o qoca - ozan gözümə göründü. M.Rzaquluzadə. // Qoca adama müraciət. [Qurbanəli:] Ey pir, daha səbrim tükənmiş. S.S.Axundov.
2. Bir təriqət banisi və ya başçısı. // məc. Ustad, başçı, müəllim. Qıraram dəstəni, vurram nəfəri; Ərənlərin piri yanımda gərək! “Koroğlu” . Şair olan dərsi alırpirindən; Baş açmadım səgrəqibin sirrindən. Qurbani.
□ (A) pir olmuş - yarızarafat, yarıistehza ilə deyilən ifadə. [Rüstəm bəy:] A pir olmuş, azarlı orada can verir. S.S.Axundov. [Mustafa:] Pir olmuş, nə edim, əsgərlikdir, bəxtəvərliyə göndərmirlər ki... Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PUF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed