İzahlı lüğət

PƏRİ

is. [fars.] 1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! Qurbani. Yox mənim başqa pərilərdə, gözəllərdə gözüm. S.Rüstəm. Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni. Ə.Cavad.
□ İlham (şeir) pərisi - sənətkara ilham verən, onu ruhlandıran, şövqə gətirən amil. Ilham pərisinin açdığı dadlı; Dillərdən küsərəm, səndən küsmərəm! M.Müşfiq. Ey ilham pərisi, varsansa əgər; Bu axşam üstümə qanadını gər; Qanım bir hərarət alsın qanından; Çıxım bufikirlər burulğanından. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed