PƏRİŞANLIQis. 1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. M.P.Vaqif.
2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq. Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi çox pərişanlıq. S.Ə.Şirvani. Hacı Nəsir .. [Nurəddinin] pərişanlığından qəmgin olardı.. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|