PROTOKOL[yun. protokollon] İclasda, müşavirədə, istintaqda və s.-də baş verən hadisələrin qeydiyyatının, görülən işlərin və qərarların yazıldığı sənəd. Iclasın protokolu. Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında qətnaməyə zidd gedən olmasın. Mir Cəlal. // Hər hansı bir faktı, hadisəni təsdiq edən sənəd. Haman saat kənd Şurası sədri gəlib protokol yazdırdı. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|